Menu

BU GÜN AZƏRBAYCADA KORONAVİRUSA YOLUXANLAR YENİDƏN ARTDI... - 115 nəfər sağalıb

29.08.2020, 17:29
BU GÜN AZƏRBAYCADA KORONAVİRUSA YOLUXANLAR YENİDƏN ARTDI... - 115 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 188 yeni yoluxma faktı qeydə alınıb, 115 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada koronavirusdan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 576 nəfər müalicə olunaraq sağalıb, 529 nəfər vəfat edib, 2 069 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 384, bu günə qədər isə ümumilikdə 910 890 test icra olunub.

Şərhlər

Afət 2020-08-29 18:53:14

Bu statistikanın necə ortaya çıxdığı maraq doğurur.Axı ölkədə belə statistika aparılmır.Bu rəqəmlər yalnız siyasi məqsəd daşıdığı ehtimalı ortadadır.insanları uzun illərdir yanlış statistika ilə aldatmısınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol