“ONLARIN DA BAŞI ERMƏNİLƏRİN BAŞI KİMİ ƏZİLMƏLİDİR" - "Döyüş gözlənilir..."

"Mənə belə gəlir ki, biz Ermənistan tərəfindən təxribatlara hazır olmalıyıq. Mənim gümanıma görə, döyüş gözlənilir". Bunu "Qafqazinfo"ya açıqlamasında deputat Fəzail Ağamalı Ermənistanın Baş Naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, döyüş baş verərsə, Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq Rusiyanın hər hansı bir təpkisini, xahişini, təzyiqini nəzərə almadan sona qədər getməlidir: "Əgər Rusiya bu proseslərə qoşularsa artıq son hadisələr göstərdi ki, qardaş Türkiyə Azərbaycanla bərabər olacaq. Mənə elə gəlir ki, gedən proseslər Azərbaycanın ziyanına deyil. Sadəcə olaraq biz bundan istifadə edib öz üstünlüyümüzə söykənərək qardaş Türkiyənin Azərbaycanın yanında olmasını da nəzərə alıb Ermənistana çox sarsıdıcı, ağır və son zərbələri vurmalıyıq. Bütövlükdə Dağlıq Qarabağ, Xankəndi də daxil olmaqla Azərbaycanın torpaqları azad edilməli və suverenliyimiz təmin olunmalıdır. Xalqımız buna hazırdır və dövlətimizlə bərabərdir. Ola bilsin ki içəridə müəyyən təxribatlar törədə biləcək rusiyapərəst qüvvələr ola bilər. Mən əminəm ki, bizim xüsusi xidmət orqanlarımız bunun fərqindədir və dərhal onlar da zərərsizləşdirilməlidir. Onların da başı ermənilərin başı kimi əzilməlidir".

Deputat vurğulayıb ki, Rusiyanın rəhbərliyi altında Ermənistanda planlar hazırlanmaqdadır: "Bizim üçün narahatlıq doğuran bu planların detalları bəlli deyil. Burada iki məqamı yaddan çıxarmaq olmaz. Tovuz istiqamətində ağır məğlubiyyətə uğrayan Ermənistan iyulun 17-dən Rusiyadan geniş şəkildə davamlı olaraq silahlandırılmaqdadır. Baxmayaraq ki, Şoyqu Bakıya gələndə Şuşa nağılı danışdı. Guya ora inşaat materialları daşınır. Buna orta məktəb şagirdi də inana bilməz.
Bir neçə gün əvvəl Paşinyan qondarma Dağlıq Qarabağ Respublikasında terrorçulara görüşə tələsdi. O görüşdə qeyd etdi ki, ciddi planları var. Bu nə plandır hələ bilinmir. Ancaq bunun təqribi şifrəsi ondan ibarətdir ki, Tovuz döyüşündən sonra həm Ermənistanın ciddi məğlubiyyətə uğraması, həm də Türkiyə ilə Azərbaycan arasında genişmiqyaslı 10 gün davam edən müxtəlif spektrli hərbi təlimlərin keçirilməsi və Türkiyənin prezidenti səviyyəsində Azərbaycana açıq dəstəyin verilməsi Rusiyanı ciddi şəkildə narahat edib".

635x100

Şərhlər

musa kinq-qonq 2020-09-08 21:45:12

Ə. Fəzail Ağlamalı bəs bizim əks kəşvyatımız harda yatır öyrənsin də bə ermənilərın gizli planını ..

VETERAN 2020-09-02 11:06:34

TAMAMILƏ DOĞRUDUR.ARTIQ VAXTIDIR.

Fuad 2020-09-02 10:57:21

Siyavuş başa cilddə! Heç fərqi yoxdur.Nəticə eynidir.Yatıb məqamgözləyənlərdir.

Ay, Ana VƏTƏN MV 2020-09-01 20:21:41

Niyə, BMT TŞ və dünyaya bəyan etmirsən ki, ermənilər necə təhdiddədir ki, DQMV uçan son Azəri vertolyotu 1/3 əsr öncə məhv edilib. Erməni Baş Naziri isə heç bir icazəsiz öz respublikasından çox ora uçur?

Aydın 2020-09-01 18:41:50

Fəzail müəllim uzun illərdir Milli Məclisin kreslosunu zəbt edib.Ondan nə millət,nə dövlət bir mənfəət görməyib.Amma ona bir deyən yoxdu ki,ay balam,Milli Məclis seçkili orqandır.Niyə oranı dədənizin evinə ,çevirmisiniz?

Mehdi 2020-09-01 15:57:37

Əli muəllim,cox duz deyirsiniz.Saq olun.

Eli 2020-09-01 14:26:05

Mehdi müellim bunda heç bir günah yoxdur günah 6 defe millete vekil seçenlerdedir ki bınun özü millete tehqirdir öxü dr bu tek deyil.İkincidi insznın daxili alemi sifetinde eks olunur ki onu dd derrakeli insanlar o deqiqe sezirler.

Soltan 2020-09-01 10:54:29

İçərilərimizdə olan ruspərəstlər elə Fəzail Ağamalıoğlu ilə bir məclisdə ,nazirlər və digər vəzifəlilər çərisində kifayət qədərdir.... Fəzail bəy onlarla müarizə aparırmı v nə edib?Bilirsiniz bo.. Zahid Oruc-boş yazılarla çıxışlar edib özünüzə xal qazanmaq praktikasını boş verin.Faktiki işə keçməyin vaxtı keçir.İnsanları çaşdırmaq yox.baş qatmaq yox iş görmək vacibdir (ermənilər kimi ).ç!

Mehdi 2020-09-01 10:37:42

Nətəri də elə bil Hafiz haciyevle ekiz qardasdilar.

Mehdi 2020-09-01 10:14:53

Deyirem görəsən bu adamin sifetini görən 10 milyonluq xalqin birçə nəfərinin də bundan xosu gəlir.Bu adama məsləhetim odurku hec vaxt efirə cixmasin və özunu söydurməsin.Isteyir yaxsi danissin isteyir pis.Sifətini göstərməsin...

Son yazılar