Menu

AZƏRBAYCANDA GÜNÜN KORONAVİRUS STATİSTİKASI AÇIQLANDI - 130 nəfər sağalıb

01.09.2020, 16:22
AZƏRBAYCANDA GÜNÜN KORONAVİRUS STATİSTİKASI AÇIQLANDI - 130 nəfər sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 130 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 578 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 977 nəfər müalicə olunaraq sağalıb, 536 nəfər vəfat edib, 2 065 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 597, bu günə qədər isə ümumilikdə 928 666 test icra olunub.

Şərhlər

Hidayət 2020-09-01 18:54:18

TƏBİB bu yeni yoluxmuş143 nəfərinharada və neçə nfər olduğunu şirə edə bilərmi? Çünki bu statistikanın doğruluğuna kifayət qədər şübhələr mövcuddur.i aydı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol