“QAYINATASININ HESABINA YAŞAYAN ANTİPOD, PARAZİT..." - "Onun övladlarının damarında ermənilərin qanı axır"

“Mənim davam onunla deyil, Ramiz Mehdiyevlədir”

Karantin qaydalarını pozaraq övladına toy edən və buna görə 15 gün müvəqqəti istintaq təcridxanasında saxlanılan Prezident Administrasiyasının eks rəhbəri Ramiz Mehdiyevin kürəkəni azadlığa çıxan kimi jurnalistlərə açıqlama verib. 

O, bir çox şəxsləri tənqid edib, bəzi jurnalistləri isə cəzalandıracağı ilə hədələyib. İ.Əliyev deputat Fəzail Ağamalı haqqında isə “xırda ünsür” ifadəsini işlədib. O, R.Mehdiyevi tənqid edən bir çox şəxsləri də bu cür adlandırıb.

Millət vəkili Fəzail Ağamalı Musavat.com-a açıqlamasında bildirdi ki, kürəkən cənab prezidentdən bağışlanması xahişini məlum toyla bağlı məlumatlar KİV-də gedən zaman etməli idi: “O, atmış olduğu addıma və törətmiş olduğu cinayətə görə dövlətdən, xalqdan üzr istəyər, bağışlanmasını rica edərdi. Amma bunu etmədi. Çünki qayınatası kimi hikkəlidir, içərisi kin-küdurətlə doludur. Ondan aldığı tərbiyə ilə hər kəsi aşağılamağı həyat tərzi seçib. Mənim və daha 5-6 nəfərin də adını çəkərək, bizi ünsür adlandırır. Şüurlu həyatımı Azərbaycan xalqının istiqlalına, dövlətçiliyinə həsr edən Azərbaycan vətəndaşıyam. Milyonlardan biri kimi dövlətimə, xalqıma xidməti özümə şərəf bilirəm. Tərcümeyi-halım şəffafdır. Övladlarımın damarında türk qanı axır. Tərtəmizdir. Həm ana, həm ata tərəfdən. Onun övladlarının damarında isə millətə düşmən ermənilərin qanı axır. Öncə bu haqda düşünüb, sonra danışsın”. 

Müsahibimiz qeyd etdi ki, yaradılmış şəraitdən istifadə edib, minlərlə insanın hüququnu pozan, malikanəsini alan R.Mehdiyev və kürəkəni xalqın böyük təpkisinə və haqlı tənqidinə tuş gəlib. 

“Bunu mən etmədim, xalqımıza da bu çağırışı mən söyləmədim” deyən deputatın sözlərinə görə, əksinə, bir neçə il bundan qabaq müşahidələri əsasında qələmə aldığı bir yazısında ölkədəki korrupsiya və rüşvətxorluq sistemi barədə yazmışdı: “Orda yazdığım arqumentlər lakonik şəkildə R.Mehdiyevin 4 məqaləsində və kürəkəninin dediklərində öz əksini tapır. Bunlar sanki xalqdan üstündülər. Xalq bunların bütün hikkələrinə, baş əyməlidir. “Doğru edirsiz” deyib, onların şan-şöhrət içində yaşamasına, qanunların tapdamasına göz yummalıdır. İnsanların çoxu sosial şəbəkədə R.Mehdiyevin portretini cızdı. Onun yaratdığı haqsızlıqlara uğramış insanlar efirə çıxıb, danışdılar. Bütün bunlar R.Mehdiyevin əməlləridir. Kürəkəni də bu gün ondan öyrəndiklərini ortaya qoyub”.

F.Ağamalı kürəkən İ.Əliyevin ona “xırda ünsür” deməsinə də münasibət bildirdi: “Dediyi söz ona daha çox yaraşır. O, daha çox xırda ünsürdür. Qayınatasının kölgəsində yaşayan ünsür, antipotdur. O, sağalmaz xəstəliyə düçar olan parazitdir. Görün bu adamın harınlığı və idarəolunmazlığı hansı səviyyədədir ki, onun haqqında düz və ya səhv məlumat yazan saytı öz adından cəzalandıracağını elan edir. Halbuki, deyə bilərdi ki, məhkəməyə müraciət edəcəm, hüquq çərçivəsində sözümü deyəcəm. Amma deyir, məhz özüm cəzalandıracam. Baxın, harınlığın və idarəolunmazlığın daha bir göstəricisi. Görünür ki, bu cür insanların törətdiyi cinayətlər araşdırılmalıdır, onların ayrı-ayrı vətəndaşların ixtiyarında olan mülkləri mənimsəməsinə hüquqi müstəvidə qiymət verilməlidir. Bu cür harın insanlar, Azərbaycan xalqının və dövlətinin hesabına parazitcəsinə milyonlar qazananlar Azərbaycan cəmiyyətindən, ictimai mühitindən uzaqlaşdırılaraq, qanun qarşısında layiqli və hüquqi cavablarını almalıdır”.

Deputat sonra R.Mehdiyevin kürəkəninə daha bir mesaj verdi. Bildirdi ki, onun R.Mehdiyevin kürəkəni ilə heç bir davası yoxdur: “Mənim davam Ramiz Mehdiyevlədir. Bu davam millətin bu günü və gələcəyi, milli dövlətçiliyimizin əbədi yaşarlığı üçün aparılan davadır”.

635x100

Şərhlər

t.ədalətə 2020-09-07 14:08:41

Atalığı yox atası

İsa 2020-09-07 12:22:34

30 il niyə demirdin Ramiz ermənidir?

Haqqı deyən 2020-09-07 09:41:28

Bu adam kimi yıxsalar onu baltalayacaq. Məndə Fəzail Ağamalının cavan vaxtı R.Mehdiyevin qarşısında əyildiyini əks etdirən şəkli var. Təəssüf olsun ki, bura yerləşdirmək olmur. Baxıb xəcalət çəkərdi.

Kəmfürsət 2020-09-07 09:28:56

FAS - ağlınıza başqa şey gəlməsin- açması :- federalnaya antimonopolnaya slujba

Mahir 2020-09-07 09:17:04

Ey AGA(nin)MALI !!!! Bu İlham heç.. Təkcə biir kəlməsi ilə ümumxalq nifrətini yekə qarnına o ki var yıgdı.Sən isə 30 ildir .....

Güllü 2020-09-07 08:52:49

Hamı yazır, hamı danışır. Hər şeyi də bilirik. Nəticəsi nə oldu? Allah Azərbaycanı qorusun anası erməni olanlardan, kimliyini bilməyən bic balalardan.

RT 2020-09-07 08:26:13

Fezail milleti ele salir ((((Malades ona,,,,

DIPUTAT FAZALIA 2020-09-07 02:09:09

AYE,IRI UNSUR,DEMEDIYINE GORE ACIQIN TUTUF.DOSTUN SIYAVUWWW HANI

X 2020-09-07 00:37:45

Bu toy olmasaydi binlarin talanciliqlari cehenneme ermenikokenlikler uze cixmayacaqdi.?Men bu toya xeyir dua vermek mecburiyyetindeyem. Sag ol toy

veten dashı 2020-09-06 23:35:18

Ramiz Mehdiyev buna ne edib görəsən,bu bu qədər qisas hiissi ilə yanir.....

miri 2020-09-06 23:23:27

Bir millət üçün dava aparani Ağamalı olacaqsa, o millətin halı olar ağlamalı

Eli 2020-09-06 23:18:13

Bu milletin niye bı qeder özüne hörmet etmeyen ....nümayendeleri var.Bunlar niye bir birini ermeni töremesi adlandırıllar.Bunların heç kişiliyi de yoxdur.Ancaq rus terbiyyesi almışlar bu eqidede olurlar.Ele bil Xruşovun Brejnyevin vaxtıdır.Niye bu bedbextler Turkiyyeden nümune götürmürler.

qaçqın 2020-09-06 23:03:21

fəzail nə xidmətin olub bilmirəm ama azca tərbiyən olsa idi sən deyərdin ki millətim mənim daha istehfa vermək vaxtımdı--noolub 30 ildi oturmusan o kresloda nəyin artıqdı xam

İ.Mustafaoğlu 2020-09-06 22:25:26

Azərbaycanımızın inkişafı və xalqımızın rifahı naminə ölkıəmiz Ağamalıdan, xaqımıza xidmət etməyən Nazirlərdən Və icra başçılarından təmizlənməlidir..

Ədalət 2020-09-06 21:59:09

Sağol Fəzail bəy.Sizə olan hörmət birə-beş arttı.

Togrul 2020-09-06 21:31:01

Ama yaman deyibaa “xirda unsur”

ssk 2020-09-06 21:24:53

Ramiz Mehdiyevin arvadının erməni olmasını Azərbaycanda hamı bilir,özü də çoxdan,Fəzail Ağamalının hünəri var idisə bu haqda 5-6ay qabaq danışardı.

Mubariz 2020-09-06 21:14:35

Necədə oxşaylrlar bir-birinə ,Ağa-malı səndə öz əmlaklarını necə əldə etdiklərini açıqla ,zatən Yutubda var ,bir hissəsi

bisavad 2020-09-06 20:58:50

Ağamalı müəllim qanın tərkibini necə müəyyən edirsiniz. Deyəsən tibb elminə yenilik gətirirsiniz. Afərin. Bütün dünya tibb akademiyalarında insan qanının tərkibinin milliyyətə görə dəyişməsini bilmirlər.

t.ədalət 2020-09-06 20:40:43

Azərbaycan nazirlərinin əksəriyyətinin ya damarlarından erməni qanı axır,ya da balaları bu dərdə mübtəla olublar.Hətta atalığı erməni olan da var.

Aborigen 2020-09-06 20:10:07

"Bu davam millətin bu günü və gələcəyi, milli dövlətçiliyimizin əbədi yaşarlığı üçün aparılan davadır”. Ey böyük davakar! Bu günə qədər hansı qayanın kölgəsində yatmışdın? İndi oyanmısan ki, dava edəcəyəm! Sənin davan kimin nəyinə lazımdır. Kül olsun bu millətin başına ki, onun davasını sən edirsən.

Son yazılar