Menu

“SAVADSIZ KADRLAR ONUN GÖZÜNÜN İŞIĞI İDİ...” – “Bunlarımı deyirsiniz?!”

08.09.2020, 08:46
“SAVADSIZ KADRLAR ONUN GÖZÜNÜN İŞIĞI İDİ...” – “Bunlarımı deyirsiniz?!”

“Əli İnsanovun son müsahibəsində bu fikirlər diqqətimi çəkdi: "Yeni gələn kadrlara mən fikir verirəm, heç bir təcrübəsi olmayan, öz sahələrindən belə başı çıxmayan, heç bir şey edə bilməyəcəkləri də bəri başdan bəlli olan bir yeni qruppadır." Əli İnsanov nəslinin kadrları ölkəyə korrupsiya, dövlətin qanunlarına saymamazlıq, yekəxanalıq, mədəniyyətsizlik gətiriblər”.

“AzPolitika” xəbər verir ki, bunları tanınmış təhsil eksperti, deputat Etibar Əliyev sabiq səhiyyə naziri Əli İnsanovun son müsahibəsinə münasibət bildirərkən yazıb.

Deputat özünün “Feysbuk” səhifəsində paylaşdığı yazısında daha sonra qeyd edir: “Əli İnsanovun 12 il rəhbərlik etdiyi səhiyyə sistemi korrupsiya, yerlibazlıq, istedadlı kadrların vurulması ilə bataqlığa yuvarlandı. Feodal təfəkkürlü Ramiz Mehdiyevin heç bir elmə və standarta söykənməyən kadr siyasəti, əlləm-qəlləm işləri ölkədə savadlı insanların əlini işdən soyutdu. Həbs olunan icra başçılarının himayədarı idi. Savadsız kadrlar onun gözünün işığı idi. Onun himayə etdiyi, lakin işdən azad olunmuş icra başçıları indi də toplaşıb dövlətin əleyinə iş aparırlar. Əli İnsanov nəslinin şanlı kadrlarından biri Azərbaycan təhsil sistemini yerlə-yeksan etdi. Məktəb direktoru, maarif müdiri vəzifələrinin qiymətini 11-ci sinif şagirdləri də bilirdi. Cümhuriyyətdən miras qalmış Bakı Dövlət Universiteti gözəl tostlar deyən birinin rəhbərliyi ilə kollec səviyyəsinə endirildi. Biri Pedaqoji Universitetdə artıq türk tələbələrdən rüşvət tələb edəndə Türkiyə səfirinin işə qarışmasından sonra vəzifədən kənarlaşdırıldı. “Narxoz”, AZİ korrupsiya yuvasına çevrilmişdi. Vergi cəlladı Fazil Məmmədovun əlindən ölkədə sahibkar qalmadı. Az qala Əli Həsənovu unutmuşdum. Adam savadsızlığı və ambisiyası ilə ölkə mətbuatını 100 il geri atdı. Bunlarımımı deyirsiniz?! Mən ölkəni yağmalayan, onun inkişafına mane olanların hələ bir neçəsinin adını çəkdim”.

E.Əliyev yazısını hazırkı komanda haqda fikirlərini qeyd etməklə yekunlaşdırır: “İndiki kadrlar birmənalı şəkildə rüşvətxorluqdan uzaq, yüksək təhsil görmüş, sizlər kimi yalançı sədaqətdən danışmayan insanlardır. Postsovet məkanına diqqət edin: yalnız bizdə keçmiş korrupsionerlər islahatlara müqavimət göstərirlər. Qalan respublikalarda belə insanlar tamailə siyasi səhnədən siliniblər...”

Vaqif NƏSİBOV

“AzPolitika.info”

Şərhlər

Arif 2020-09-24 09:30:44

Etibar müəllim nədənsə yaxşı bildiyi şeyləri demir. Məsələn, demir ki, 11 ildir Təhsil qanunu imzalanıb, amma onun hələ də əsasnaməsi təsdiq olunmayıb. Əsasnaməsi olmayan təhsil görəsən qanunidirmi?Demir ki, nə məqsədlə 11 ildir DİSTANT təhsili tətbiq etmirlər.Bunu da gözəl bilir, amma heç vaxt onu deməz. Çox gözəl bilir ki, niyə belə edirlər. Düzdür qabaqlar distant təhsildən danışardı, biz də inanırdıq. Elə bilirdik ki, həqiqətən də təhsilimizə can yandırır. Deputat olandan sonra daha səsi çıxmır. Heç ona göndərilən məktublara, müraciətlərə də cavab vermir.

ABM 2020-09-09 09:04:20

Etibar müəllim dəqiq araşdırma verdiyinizə görə sizə alqışlayıram! Uğurlar olsun.Mən Sizin savadınıza və qabiliyyətli Millət vəkili olacağınızı bilirdim.Uğurlar arzulayıram!!!

Nara☆ 2020-09-09 06:50:24

Amma nə var, düz yazılıb..Allah bundan sonrasını salamat eləsin.

İ.Mustafaoğlu 2020-09-08 22:01:01

Etibar Əliyev, sizin sözünüzə o vaxt inamaq olar ki, efirə çıxıb deyəsən Ki.MM deputatlar saxta yolla seçilib ? Onda sizin sözünüzə inanmaq olar...

Oxucu 2020-09-08 21:59:53

Etibar nə vaxtdan akademiklərin savad səviyyəsini müəyyənləşdirən olub?

Eli 2020-09-08 18:33:31

Mence dünyada müellim adından uca bir ad yoxdur tebiiki senedler içeridinde.Bu öz yerinde.Ancaq Etibar müellime bir sualım var .Nece bilirsiz Tehsil nazirliyimizin kadrlarını ki butun sahelere iqtisadiyyat ,diplımatiya ves.sahelerınde yüksek vezifelere ki yerleşdiririk yeqin ki bunun vezifede olan kortupsioner örmurların terbiyesine tesiri olar da her halda müellimlere baxıb yenı yeni kadrlara baxıb koofupsiyadan el çekib haqq yola qayıdarlar.Ele deyil Etibar müellim.Nece bilirsiniz?Düzmü fikirleşirik.

Eli 2020-09-08 17:51:43

Hörmetli deputatın fikirlerinde heqiqet var ancaq o pis olmaz ki sabiqler yox hazırda vezifede olan be hele de dövleti talayan yüksek ranqlı memurların da adını çekse onda deyerem bu insan esl Millet Vekilidir ,yoxsa bununla Ağa malının heç bir ferwi yoxdur Qorxmadsın adları desin onun deputat toxunulmazluğı var.Ürekli olsun.

Seyid və Akif bəylərə 2020-09-08 17:45:53

Milli Azadlıq şüarı ilə Hərbi Kapitalizmə keçidi açıqlamaq olarmı? Covid-19 Ə.İnsanov üçün yeni hünər meydanıdır! Ancaq, o da, həmin sahənin ən savadlı adamına heç bir dəyər və iş imkanı verməyib!?

oleq 2020-09-08 17:39:09

Şəxsiyyətinə hörmət etdiyim tələbə dostumiuz Etibarın haqsızlıga qarış mübarizəsinə həmişə dəstək olmuşam, İnsanova haqsız sataşması öz nüfuzuna zərbə vurur,çünki Əli müəllim Azərbaycan tarixində ən savadlı mütəxəssis və vətənpərvər bir insandır.İndiyəcən vərəm əlehinə iki dərmanın ixtiraçısı kimi tanınır

Nazim 2020-09-08 14:04:26

Misir merdanovun adini niye cekmirsiz? eli insanov kimi o da yerlibazliga soykenerek iwleyirdi

müəllim 2020-09-08 12:14:06

Bəli Əli insanov kobud yekəxana birisidir

t.ədalət 2020-09-08 11:01:13

Kiminləsə iqtidar düşmən ola bilər,bu onun öz işidir.Ancaq Əli İnsanov kiomi bir akademiki savadsız elan etmək,ən azındasn ....Mənim bu kişi ilə tanışlığım yoxdur.Lakin elmli bir həkim olduğu ittifaq səviyyəsində məlum idi.O ki qaldı "tost deyən" Abel Məhərrəmova,o,indiki rektordan çox-çox savadlı və bacarıqlı birisi idi.Kiminsə tapşırığı ilə adam azadlığın itirəndə,gərək şər-şəbədə qoşmasın.Adətən,çox kitab oxuyan,ancaq özü üçün nəticə çıxara bilməyənlər haqsız olurlar.

Seyid veteran 2020-09-08 10:13:59

Mən əsl ziyalı axtarıram ki, çıxıb kişi kimi etiraf etsin ki, parlamen saxta yolla formalaşıb. Onsuzda belə olduğunu bütün Azərbaycan xalqı bilir və belə vəziyyətdən çıxmağın çarəsini bilmir....

Iqtisadı 2020-09-08 10:08:17

Azərbaycanda dərman ixtira edən necə şəxs ver? Allah ölkəmizi ,millətimizi bəladan qorusun,hec bu havadan yaxşı iy gəlmir.

Akif 2020-09-08 09:48:11

...Etibar Əliyev bilsin ki, Əli İnsanov ağ ciyər xəstəlikləri üzrə savadlı alimdir və mən bunun şahidi olmuşam. ..

Mubariz 2020-09-08 09:41:48

E.Əliyev savadlı ,müstəqil adamlar vəzifəyə təyin olunmur ,necə ki ,MM-ə təyinat kimi,yenə kürəkənlər ,qohumlar ,qudalar .Əgər müsabiqə keçrilsə onların heç biri orada olmazdılar. Sonda AzPolitika ,son dönəmlər ,kimlərdənsə çəkinirsiz ,Az Tv -yə oxşamayın ,uğurlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol