Menu

BU GÜNÜN KORONAVİRUS STATİSTİKASI AÇIQLANDI - 171 nəfər sağalıb...

11.09.2020, 17:04
BU GÜNÜN KORONAVİRUS STATİSTİKASI AÇIQLANDI - 171  nəfər sağalıb...

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 037 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, aktiv xəstə sayı 2 040 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 108, bu günə qədər isə ümumilikdə 995 376 test icra olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol