BU GÜNÜN KORONAVİRUS STATİSTİKASI AÇIQLANDI - 167 nəfər sağalıb...

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38172nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35607nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib, aktiv xəstə sayı 2 006olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7351, bu günə qədər isə ümumilikdə 1 002 727 test icra olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar