Milli Məclisin deputatı Vahid Əhmədov bir neçə gündür ki sosial şəbəkələrdə müzakirə edilən rusdilli məktəblərin bağlanması təklifiylə əlaqədar gedən diskusiyalara münasibət bildirib.
V. Əhmədov “Qafqazinfo” ya açıqlamasında insanların çox dil bilməsinin özü üçün müsbət hal olduğunu vurğulayıb.
Bununla bərabər rusdilli məktəblərin ölkədə çoxalmasının da tərəfdarı olmadığını nəzərə çatdırıb: “Düzdür, Azərbaycan-Rusiya münasibətlərində bu məktəblərin olmasının da müəyyən qədər rolu olub. Bizim dövlət başçımız da balanslaşdırılmış siyasət aparır. Ancaq artıq zaman dəyişib. Biz gördük ki, 30 ildə Rusiya faktiki olaraq Azərbaycanın Qarabağ problemini həll etməyə mane oldu, ancaq biz onlarla həmişə yaxşı münasibətdə olmuşuq. Cənab Prezident onları yüksək səviyyədə qəbul edib, sazişlər, strateji müqavilələr imzalanıb. Onlar bizim qonşumuzdur. Amma bizim milli mənsubiyyətimiz, Konstitusiyamız var. Bizdə əsas olan dövlət dilidir. Ola bilsin rus dilinə, ingilis dilinə də maraq olsun. Ancaq dövlət səviyyəsində burada ehtiyatlı olmaq lazımdır. Əgər Rusiya Qarabağ probleminin həllində bizə yardım edən dövlət deyilsə, onun məktəblərinin sayını burada niyə genişləndirməliyik ki? Rusiya əksinə Ermənistana bu illər ərzində silah verib, indi də verməkdə davam edir. Həmin silahlarla da bizim uşaqlarımızı məhv edirlər”.
Deputat xatırladıb ki, Türkiyə illər öncə burada müəyyən məktəblərini açmışdı: “Türklər bizim qardaşımızdır, onlara arxayınıq və bilirik ki, Azərbaycanın hər məsələsində, o cümlədən Qarabağ məsələsində yanımızda olurlar. Təklif edirəm ki, rus dilində də olan məktəblər də digər məktəblər kimi özəl olsun. İngilis dilində olan məktəblər bizdə dövlətin himayəsində deyil ki? Birdən-birə yox, yavaş-yavaş belə bir planlar Təhsil Nazirliyi tərəfindən hazırlanaraq hökumətə təqdim edilməlidir.
Rus dilini təbliğ etmək istəyənləri başa düşürəm. Amma onlar getsinlər Moskvaya, Leninqrada təbliğat aparsınlar, Azərbaycanın haqq səsini müdafiə etsinlər. Görək həmin adamları Rusiya televiziyalarına buraxacaqlar?! Əlbəttə, buraxmayacaqlar. Bizdə kifayət qədər savadlı rus dilini bilən insanlar var. Təəssüflər olsun ki, Rusiyada mətbuatla bağlı məsələlərdə əksəriyyət yerləri ermənilər tutublar. Rusdilli məktəbləri müdafiə edənlərin ola bilsin müəyyən maraqları var, bunu başa düşürəm, amma məktəblər özəlləşsin, kim bu dildə oxumaq istəyirsə, gedib pul verib oxusun. Niyə dövlət bunu maliyyələşdirməlidir ki? İnsanların da rusdilli məktəblərə uşaqlarını qoymağa meyli çoxdur. Ancaq dövlət səviyyəsində bu məsələlərə ciddi yanaşmalıyıq. Yavaş-yavaş öz dilimizə hörmətlə yanaşmalıyıq”.

Şərhlər
Vahid müəllimin fikirlərilə tamamilə razıyam.
Hakimiyyət dairələrinə və Təhsil nazirinə: Azərbaycanda 200 min rus yaşadığı üçün məktəblərdə rusdilli təhsil həyata keçirilir.Amma Rusiyada 2,5 milyon azərbaycanlı yaşadığı halda. Rusiyada Azərbaycan dilli təhsil həyata keçirmir.Düşünməyə dəyər.
Təhsil Nazirliyinə təklif edirəm ki, rus dili bölmələri ümumtəhsil məktəblərində ləğv edilsin.Rus dilində özəl orta məktəb və liseylər yaradılsın.
Vahid Əhmədovun dediyi məsələlərdə rus dilinin və rus xalqının günahı yoxdur. Bu bizim millət və siyasət olaraq öz günahımızdan ki, bir-birimizlə əcnəbi dildə danışmağı böyük şərəf hesab edirik.Almanlar bir-birilə heç vaxt ingiliscə danışmırlar.Elə ruslar, yaponlar da.Bizdə isə millətdə və siyasətdə natamamlıq kompleksləri olduğu məmurlar da sadə xalq da, gənclər də bir-birilə işdə və evdə rusca danışırlar.Burada rus dilinin günahı yoxdu.
Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ənənələri, Qarabağ problemi haqqında əsərlər, məqalələr rus dili vasitəsilə ən azı 12-13 ölkədə oxunur və təbliğatı rol oynayır. Elə dəyərli alimlərimiz var ki, onların qiymətli işlərindən dünya xəbərsizdir, çünki nə ingilis, nə rus dilini bilmirlər.
Təssüf ki,Azərbaycan dilini heç olmasa Qafqaz regionunda beynəlxalq dilə çevirə bilmədik. Hətta indi turx xalqları - Baskiriya, Tatarıstan, Özbəkistan, Saxa,Altay, Qazaxıstan, Türkmənistan biz Azərbaycan türklərinin yalnız rus dilində başa düşür.Yəni bir neçə turx xalqının anlaşması da bu dildə baş verir.
Vahid Əhmədov rus dilinə siyasi aspektdən yanaşır.Amma dil ölkələr və xalqlar arasında mədəni və elmi əməkdaşlıq vasitəsdir. Bu, ilk növbədə beynəlxalq dil statusuna malik dillərə aiddir. Rus dili də hazırda beynəlxalq ünsiyyət vasitəsi olan 2-3 dildən biridir. MDB məkanındakı yaradıcı insanlar, elm və mədəniyyət xadimləri, turistlər, siyasətçilər bir- birini rus dilində başa düşürlər.
DOĞRU,DÜZGÜN.
Nəqədər ki,AZərbaycanda bəzi Nazirliklərdə ermənilər və erməni qarışıqlar mövcuddur,nə qədər ki, məmurlar Rusun quyruğundan əl çəkmir bu yazı və tələblərin heç bir mənası yoxdur.Erməni prəstlərin Azərbaycanda nazirliklərdə yerləşdirilməsi Azərbaycan xalqını həmişə bədbəxtçiliyə düçür edib.Bunu anlamağın vaxtı keçir..
Nəqədər ki,AZərbaycan hakimiyyətində,məsul Nazirliklərdə ermənilər və erməni qarışıqlar mövcuddur,nə qədər ki, iqtidar Rusun quyruğundan əl çəkmir bu yazı vətələblərin heç bir mənası yoxdur.Erməni prəstlərin Azərbaycanda başda yerləşdirilməsi Azərbaycan xalqını həmişə bədbəxtçiliyə düçür edib.Bunu anlamağın vaxtı keçir.ç
Ay Vahid Müəllim, Ceyhun Bayramov Moskvada fəxrlə deyir ki, Azərbaycanda Rus məktəblərinin sayını artırırıq.Siz isə əks fikir bildirirsiniz.Sağ əlin soldan xəbəri olmur? İnsanın hansı dildə (lap ingilis,moltanı dili olsun)təhsil alması önəmli eyil.Önəmlisi qəlbən Azərbaycanlı olması,vətənini,torpağını sevməsi və ilk öncə öz ana dilini mükəmməl bilməsidir.....
O..həəəə...))))
Düzgün yanaşmadır. Və aydın oldu ki, bu qədər rus məktəblərinin olmasının bir səbəbidə balanslaşdırılmış siyasətdi. Və gec də olsa yavaş-yavaş yuxudan ayılırıq. Dövlət xadimləri və məsul şəxslər əl üzlərini soyuq su ilə yusalar daha tez ayılarıq. Bəs Ermənistan necə? Orada da balanslaşdırılmış siyasət var? Görəsən orada nə qədər rus bölməsi (yəni "sektoru"), rus məktəbi var? Onlar da balanslaşdırılmış siyasət aparırlar Rusiya ilə?
Ermenistanda gunden gune rus bolmesi azalir.Rusiya onun dalinda durur grtsin dursun.Bizde eksine ermenlere komek edib Qarabagda hel ustegel silah verir 2016 aprelinde bize dayandirdi.Rus bolmesi kim isteyir getsin Rusiyaya ya da ilde 10000kechirtsin mekteblere.
Heyvan! Fikri tamamlamağa imkan ver! Şərəfinizi ləyaqətinizi pula satmısınız. Xalqın problemlərini bir yana qoyub, Ramizdən yazın! Rüşvətxor alçaqlar!
Konstantin Simonovun bir sözü var: "ÖZ ANA DİLİNDƏ TƏHSİL ALMAYAN İNSAN NƏ QƏDƏR MİLLİYƏTÇİLİK MASKASI TAXARSA TAXSIN, MƏNSUB OLDUĞU MİLLƏTƏ YOX, DİLİNİ DANIŞDIĞI MİLLƏTƏ XİDMƏT EDƏCƏKDİR!". ... İllərdir bu siyasətin qurbanı olub millətimiz. İş o yerə gəlib ki, rus dili bilməyənə işə də götürmürlər! Amma bunun səbəbi Azərbaycan dilini bilməyən, dilini bildiyi millətə xidmət edən məmurlardır!
Axır ki, ayılmağa başlayıblar
Çox düzgün qeyd edir.. Rusdilli məktəblər özəl olsa daha yaxşı olar ...Istəyən oxusun istəməyən də getsin kurslarda öyrənsin rus dilini ...Öz dövlət dilini bilməyən Elmar Məmmədyarov kimi nazirlərin ucbatından belə günlərə qalmışıq ....Daha SSRI erası bitdi...Kim etiraz edirsə təkid edirəm ki, Cümhuriyyət dövrünün baş naziri olmuş Nəsib bəy Yusifbəylinin həyatını oxusun və görsün ki necə patriot nazirimiz olub ...Oxumaqsa heç zaman gec deyil...
Vahid müəllim! Fikirlərinizi dəstəkləyirik.
Hörmetl i millet vekilimizin teklifleri teqdire lahiqfir br bu meseleye aidiyyayı dövlet orqanları xüsusi diqqet ayırıb gündelik nezaretde saxlamalıdırlar.Mence bu mesele hamımızın gündelik nezaretinde olmalıdır.Mence öz milli heydiyyatına menliyine hörmet etmeyen millete heç kim hörmet etmez be o bu hörmete layiq deyil.
Dilə yavaş yavaş yox birdən hörmət edilməlidir özü də lap çoxdan indi yox
Çox hörmətli Vahid Əhmədov "Yavaş-yavaş öz dilimizə hörmətlə yanaşmalıyıq" fikrinizi anlamadım niyə yavaş-yavaş, bəlkə tez bir zamanda sürətlə
Vahid Əhmədov həmişə düz danışır vicdanlı adamdır mənim ona hörmətim böyükdür illər öncə o, mənim mərhum qardaşımın mühəndis işlədiyi müəssisədə baş direktor olub onun haqqında o qədər dəyərli fikirləri olub ki