BU GÜN KORONAVİRUSA YOLUXANLARIN SAYI AZALDI - 81 nəfər sağalıb...

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 92 yeni yoluxma faktı qeydə alınıb, 81 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 280 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 836 nəfər müalicə olunaraq sağalıb, 576 nəfər vəfat edib, aktiv xəstə sayı 1 868 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 011, bu günə qədər isə ümumilikdə 1 057 803 test icra olunub.

635x100

Şərhlər

Deputat 2020-09-24 21:53:18

Hər gün əziyyət niyə çəkirsiz. 1 həftə qabağa məlumatları yazın getsin. Vaxtınızı maraqlı şeylərə , məsələn testlərdən gələn pulları saymağa, sərf edin.

Son yazılar