BU GÜN KORONAVİRUSA YOLUXANLARIN SAYI AZALDI - 2 nəfər vəfat edib...

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 1 787-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 965, bu günə qədər isə ümumilikdə 1 095 543 test icra olunub.

635x100

Şərhlər

Musa 2020-09-26 22:28:41

Bütün dünyada yəqin ki bizdə də əhaliyə hava yeməklə su ilə nə isə verirlər insanlar halsızlaşır ağrıyır. Bunu ona görə edirlər ki virus adı ilə ortaya çıxan bu cinayətə qarşı insanlar çıxış edə bilməsinlər. Bun taqətləri olmasın.Yatsınlar. Əbədi yuatsınlar

Son yazılar