“BU ALÇAQ OYUN POZULUR...” - “İşğalçılara səssiz qalanların sözünün heç bir dəyəri yoxdur”

“Ermənilərin qədim Azərbaycan torpağı Qarabağın işğalına qarşı kor, kar, lal qalanların bu gün sərgilədikləri duruş ikiüzlülükdür”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında Azərbaycan torpaqlarına Ermənistanın təcavüzü barədə danışarkən bildirib.

“İşğalçılara səssiz qalan, vətənini qoruyanı isə suçlayanların sözünün bizim üçün heç bir dəyəri yoxdur”.

Bu barədə “Haber Global” məlumat yayıb.

Onun sözlərinə görə, işğalçıların əməllərinə cavab verməyənlərin sözlərinin qiyməti yoxdur.

“Bu alçaq oyun pozulur. Qalıcı sülhün yolu Ermənistanın işğal etdiyi hər qarış Azərbaycan torpaqlarından geri çəkilməsindən keçir”, - deyə Türkiyə prezidenti bildirib.

Türkiyə Prezidenti bir daha Azərbaycanın yanında olduqlarını vurğulayıb: “Bunu burada bir daha bildirmək istərdim. Türkiyə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın yanında olacaq.

TBMM olaraq Azərbaycanın yanında olduğumuz bir daha bildirildi. Ermənistan işğal etdiyi ərazilərdən çıxarılmalıdır”.

635x100

Şərhlər

safa 2020-10-10 17:50:44

hormetli PREZIDENT, kas ki dünya kor , kar olmayı sizin dediklerinizi de eşide. bu yolda bizi tek qoymayın

Cəmşid Dərələyəzli 2020-10-02 08:52:52

Sağol sayın başkan. Biz Sizə, Böyük Türk millətinə güvənib də bu yola çıxdıq. Qardaş sesi, Qardaş harayı bizim üçün çox önəmli. İnşallah bu zafer çalınacaq. Qazamız mübarek olsun. .

Azer Semedov 2020-10-01 22:24:24

Alah Türkü qorusun hemişe bir birine yardım edenlerden qorusun Amin.

Vətəndaş 2020-10-01 20:37:33

ALLAH DÜRKİYƏNİ QORUSUN,TÜRK QARDAŞLARIMIZI, ALLAH ƏRDOĞANI QORUSUN

Aynur 2020-10-01 17:52:19

Qurban olaram sizə , Türkiyəmizə və cənab Ərdoğana . Nə yaxşı varsınız , hər zaman bir olaq . Bu meydanda bizim ali baş komandanımızı tək qoymayın .

Cavan 2020-10-01 17:45:58

Allahdan Sizə uzun ömür can sağlığı arzulayıram.Siz türk dünyasının fəxrisiniz.

Xalq 2020-10-01 17:36:00

10 miliyonluq Azərbaycan xalqının ən istəkli qardaşı sənə quzu kəsim, canım sənə qurban RƏCƏB PAŞA. Sən xilaskarsa

B.Qarabağlı 2020-10-01 16:22:26

Cənab Prezident doğru qeyd edib! Hər bir erməni bilir ki, onlar azərbaycanlılardan daim qayğı və mühafizə görüblər! Əcnəbi və mürtəce ermənilərin hərbi genosidlə Azərbaycanı işğalı isə tarixdə insanlar tərəfindən törədilmiş ən vəhşi cinayətdit, CƏNAB QUTTERREŞ və GÜLBEQYAN!

t.ədalət 2020-10-01 15:52:29

Dilinə qurban!Siz bizi uzun illər məruz qaldığımız erməni təəsirindən xilas etdiniz!Təəssüf ki hələ də anası,arvadı,bacısı və qaynanası erməni olan məmurlarımız var.Onlar,həm də fərarilərdir.

t.ədalət 2020-10-01 15:52:29

Dilinə qurban!Siz bizi uzun illər məruz qaldığımız erməni təəsirindən xilas etdiniz!Təəssüf ki hələ də anası,arvadı,bacısı və qaynanası erməni olan məmurlarımız var.Onlar,həm də fərarilərdir.

t.ədalət 2020-10-01 15:52:28

Dilinə qurban!Siz bizi uzun illər məruz qaldığımız erməni təəsirindən xilas etdiniz!Təəssüf ki hələ də anası,arvadı,bacısı və qaynanası erməni olan məmurlarımız var.Onlar,həm də fərarilərdir.

Son yazılar