ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransanın prezidentlərinin oktyabrın 1-də verdikləri birgə bəyanatdan sonra bu ölkələrin xarici siyasət idarələrinin rəhbərləri də birgə bəyanatla çıxış ediblər. Oktyabrın 5-də yayılan bəyanatda onlar Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dərhal dayandırılmasına çağırıblar.
Xarici işlər nazirlərinin bəyanatı prezidentlərin bəyanatından daha məzmunlu və konkretdir. Bəyanatın məğzi sonda əksini tapıb: “Həmsədr ölkələr ATƏT və beynəlxalq ictimaiyyət tərəfindən, Minsk Qrupuna üzv ölkələrin dəstəyi ilə onlara verilmiş mandatı tam şəkildə həyata keçirməkdə qərarlıdır. Bu mandata uyğun olaraq, həmsədrlər tərəfləri ləngimədən nizamlanma prosesinin hər iki tərəfə yaxşı məlum olan mövcud baza prinsipləri və müvafiq beynəlxalq sənədlər əsasında bərpası üzrə üzərlərinə öhdəlik götürməyə çağıraraq onlarla qarşılıqlı fəaliyyəti ardıcıl olaraq artırmağa davam edəcəklər”.
Bəyanatı şərh edən siyasi təhlilçi Şahi Cəfərli bildirib ki, burada Azərbaycana, Türkiyəyə və bütün dünyaya mesaj var: “Həmsədr ölkələr bildirirlər ki, münaqişəni məhz biz həll edəcəyik, bu məsələ bizə həvalə olunub, başqası müdaxilə etməsin və ya münaqişə tərəflərindən biri təkbaşına bu məsələni həll edəcəyini düşünməsin. Sonrakı cümlədə baza prinsiplərindən bəhs olunur, vurğulanır ki, bunların nədən ibarət olduğu hər iki tərəfə yaxşı məlumdur – yəni ki, bundan qaça bilməzsiniz”.
Ekspertin sözlərinə görə, baza prinsipləri deyəndə yenilənmiş Madrid prinsipləri nəzərdə tutulur. Həmin prinsiplər aşağıdakılardır:
– Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması;
– Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi;
– Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması;
– Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə yolu ilə müəyyənləşdirilməsi;
– Bütün məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması;
– Sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatları.
"Bu prinsiplər 2009-cu ilin iyul ayında “Böyük səkkizlər”in (G8) İtaliyanın Akvill şəhərində keçirilən zirvə toplantısında Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında əksini tapıb. 2010-cu ilin iyununda Kanadada (Muskoka) keçirilən G8 zirvəsində həmsədr ölkə prezidentlərinin bəyanatında bu çərçivə bir daha təkrar edilib. Həmin il dekabrın 1-də Astanada keçirilən ATƏT sammitində isə həmsədr ölkə liderləri ilə Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanata imza atıblar. Bəyanatda münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də ABŞ, Rusiya, Fransa prezidentlərinin Akvill və Muskoka bəyanatları əsasında həllinə bağlılıq ifadə olunub”.
Şahin Cəfərli hesab edir ki, prinsiplərin içərisində Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə (səsvermə, referendum) yolu ilə müəyyənləşdirilməsi müddəası çox təhlükəlidir: “Əgər təkrar bu prinsiplər əsasında danışıqlar başlayacaqsa, Azərbaycan həmin müddəanı birmənalı rədd etməlidir, yaxud danışıqlara bu şərtlə razılıq verməlidir ki, həmin müddəa baza prinsipləri sırasından çıxarılsın, hazırlanacaq həll planında, sülh müqaviləsində əksini tapmasın. Dağlıq Qarabağ üzərində Azərbaycan dövlətinin suverenlik hüquqlarının bərpasını ehtiva etməyən istənilən sülh təklifi və ya müqaviləsi ədalətsizdir və qəbul olunmamalıdır”.
“AzPolitika.info”

Şərhlər
Əgər Ermənistanla dəhliz olacaqsa, dovlət sərhədi necə qorunacaq? Ermənilər yenə Qarabaöa axışıb aranı qatacaqlar.
Əsla geriyə yol yoxdur ! Yalnız irəli ! Minsk qrupunun fəaliyyətini 30 ildə bütün dünya gördü yetər artıq ! Bizi sinir etməyin !!!!
Minsk qurupu redd olsun bu rusiya veTurkiye vasiteciliyi ile hell olunacaq bir meseledi cunki bu itlerin xaltasl rusiyanln elindedi
Minsk qrupu bizə lazım deyil.Koridor ve referendum ümumiyətlə qəbul edilməzdir.
bundan sonra, bu qədər .
ATƏT 30 il müddətində beynəlxalq institutların nüfuzunu sıfıra endirdi. ATƏT sülhməramlı olacağına etimadı itirib. Qarabağın taleyini Azərbaycan və Türkiyədən başqa ədalətli həllini təmin etməyəcək. Qərbi Azərbaycandan 100 minlərlə soydaşımız zorla deportasiya olundu. Bəs onların iradəsini ifadəetmə (səsvermə, referendum) haqqı yoxdurmu? Niyə onların öz dədə-baba yurdlarına dönməsi söhbət mövzusu deyil? Guya ermənilərin iradəsini ifadəetmə (səsvermə, referendum) yolu ilə müəyyənləşdirilməsi ilə məsələ yoluna düşəcək.Bu şərt , əlbəttə, təhlükəlidir. Ara dincliyi yaradıb bu havadarlar yenə ermənilərin qulaqlarına pıçıldayacaqlar ki, torpaqları zəbt elə. Tarix Azərbaycan Prezidenti İlham Əliyevə bu fürsəti qismət edib.Torpağımızın, xalqımızın taleyini birdəfəlik xilas etsin. Madrid prinsipi, nə bilim nə prinsipi niyə indiyə kimi həyata keçirilmədi.Özünüz dediyiniz prinsipləri gerçəkləşdirə bilmirsiniz.İndi son anda bu variant işə salmaq istəyirsiniz. Cənab Prezident buna yol verməyəcək.Mənim torpağımda nə dəhliz? Biz Rusiyaya, Gürcüstana gedəndə dəhliz şərtimiz lazım olurmu? Necə digər qonşu dövlətlər arasında sərhəd münasibətləri var, bizdə də elə olsun. Ermənilərə heç bir imtiyaz verilməməlidir. Yaxud da nə imtiyaz veriləcəksə dövlətimizin Lideri özü qərar qəbul edəcək.Hələliksə tprpaqlarımız təcavüzkarlardan təmizlənməli, sərhədlərimiz möhkəmləndirilməli, yalnız bundan sonra status məsləsinə baxıla bilər. Allahdan Cənab Prezidentimizə bu taleyüklü məsələlərdə daha ciddi dözümlülük, müdriklik, qətiyyət arzulayıram… Biz Prezidentimizə inanırıq….
Bunlar kimdir? Avara, bivec adamlardır bunlar. bunlardan yaxşı olar ki, canımız qurtarsın. Onlar heç bir şeyi yoluna qoya bilməyən adamlardır. Minsak qrupu artıq ləğv olunmalıdır. Ehtiyac yoxdur ona.
QARABAĞ BİZƏ ERMƏNİSİZ LAZIMDIR. ORADA 1 ERMƏNİ QALSA PROBLEM DƏ QALACAQ.
Minsk qrupunun işğalçı olduğu ortaya çıxdı.
Azərbaycan xalqı nə bu danışıqlara, nə də bir metr torpağını belə güzəştə getməməlidir. Cəhənnəm olub getsinlər bu torpaqlardan...
Bu simalari yene gormek mecburiyyetinde qalsaq vay bizim halimize ...
"Dağlıq Qarabağ Muxtar Vilayəti" Azərbaycanın bədənində xəstə Kor bağırsaq və ya Öd kisəsi kimi bir şeydir. Onu tam müalicə etmək, ordakı etrməniləri kəsib atmaq lazımdır ki, bədəni zəhərləməsin.
Cənab Ş.Cəfərli, sənədlərdə hərbi genosidlə öz mülklərindən qovulmuş azərbaycanlı ailələri və dövlətin DQMV hüququna diskramision münasibət aşkardır1? Necə olub ki, Azərbaycan tərəfi milyona yaxın Ermənistan deportantlar və yarım milyon hərbi terrora məruz azərbaycanlı ailələrinin hüquqlarını 2009 və 2010cu il sənədlərində 25 minlik DQMV erməni ailələrinin üstün hüquqlarına qurban veriblər? Bu Ermənistanın 14.06.1988 tarixli fərmanı kimi rəsmi işöal cinayəti deyilmi?
Heç bir muxtariyyət verilə bilməz erməni digalarina.Eyer muxtariyyət verilsə onlara ermenistsndan qovulan 200 min azərbaycanlılara muxtariyyət verilməlidir Ermənistan ərazisində
Azərbaycan hükuməti dərhal Minsk qrupundan imtina haqqında qərar verməlidir!Yoxsa,başımız ağrıyacaq.
Danışıqlara başlamaq qələbədən geri dönmək deməkdir. Ermənistana koridor vermək düşməni qalib etmək deməkdir. Bu dözülməzdir. Bu satqınlıqdır.. Bu ən iyrənc güzəştdir.Millətin iradəsinə ziddir. Referendumsa ümumiyyətlə olmayacaq!
Şahin Cəfərli tam haqlıdır. Hansısa statusdan söhbət gedə bilməz. Muxtariyyət filan olmamalıdır- bu gələcəkdə yenə arzulara zəmin yaradacaq.Azərbaycanın sıradan rayonlarıdırlar.