“QARDAŞIM ƏRDOĞAN O SÖZLƏRİ DEMƏSƏYDİ...” - İlham Əliyevdən Türkiyənin misilsiz dəstəyi barədə açıqlama

“Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Bu gün Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər mənim qardaşım deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı. Ona görə bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik”, - ölkə başçısı qeyd edib.

“Minsk qrupunun fəaliyyəti ilə əlaqədar məsələyə, mən artıq bir neçə dəfə demişəm ki, Minsk qrupu 1992-ci ildə yaradıldı. O zaman hansı əsaslar buna səbəb oldu biz bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu bölgədə onların hər hansı maraqları da yoxdur, təsiri də yoxdur. Ona görə əgər bu münaqişənin həll edilməsini istəyirlərsə, - biz bunu istəyirik, - elə ölkələr olmalıdır ki, onlar real həyatda sülhün təmin olunmasına xidmət edə bilsinlər” - deyə Prezidenti İlham Əliyev söyləyib.

“Təbii ki, biz qardaş Türkiyəni bu prosesdə görürük. Biz bunu alqışlayırıq. Biz bilirik ki, Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. Biz o dərinliyə getmək istəmirik. Ona görə mən demişəm ki, de-yure, ya da de-fakto, fərq etməz. 

Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var. Çünki əziz qardaşım, hörmətli Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi ilə bağlı hörmətli Putinlə dəfələrlə görüşmüşdür, dəfələrlə danışmışdır. Artıq uzun illərdir, yəni, on ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir. Mənim bundan xəbərim var. Həm Türkiyə Prezidenti, həm Rusiya Prezidenti bu haqda mənə demişdilər. Onsuz da Türkiyə var. İndi daha çox, daha böyük həcmdə, daha böyük miqyasda var.

Bilirsiniz ki, Türkiyənin Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlu cənab Lavrovla, Türkiyənin Müdafiə naziri cənab Hulusi Akar cənab Şoyqu ilə telefonla danışırlar. Kim deyə bilər ki, Türkiyə prosesdə yoxdur. Türkiyə yoxdursa, nə üçün danışırsınız? Türkiyə var. Biz də əlimizdən gələni edəcəyik ki, bundan sonra da olsun. Çünki Türkiyənin burada iştirakı olmasa, bu məsələ həll edilə bilməz. Bunu hər kəs anlamalıdır. O ki qaldı, yenə də deyirəm, bu məsələnin formal tərəfinə, bu formal tərəf qala bilər, Minsk qrupu da qala bilər, onsuz da 30 il ərzində bir nəticə hasil etmədi. Ancaq bu məsələ nə qədər tez həll olunarsa, o qədər də tez Minsk qrupuna ehtiyac qalmayacaq”, - ölkə başçısı qeyd edib.

635x100

Şərhlər

t.ədalət 2020-10-14 20:34:56

Çox sağ olun,cənab Prezident!Siz,bu gün həm Ali Baş Komandan,həm də müzəffər bir əsgər kimi Vətənimizin keşiyində dayanmışsınız! Siz də əsgərlərimiz kimi yuxunuza haram qatır,bəlkə də heç yatmırsınız da.Siz,həqiqətən,üzərinizə götürdüyünüz vəzifəni-- Vətənin və millətin keşiyini layiqincə çəkirsiniz!Siz,Azərbaycanın həmişəlik prezidentisiniz!

OQTAY 2020-10-14 19:21:31

Erdoqan,neinki,Turk dunyasina elede Islam devletleri ,ucun Allah terefinden gonderilmis LIDERDIR!!!

OQTAY 2020-10-14 19:21:31

Erdoqan,neinki,Turk dunyasina elede Islam devletleri ,ucun Allah terefinden gonderilmis LIDERDIR!!!

Son yazılar