PAŞİNYANIN ÖZ 6 SUALINA 6 CAVABI VƏ... - Baş nazirin həyasızcasına məsuliyyətdən qaçmaq cəhdi

Danışıqlarla problemin həllini hələ də mümkünsrz sayan işğalçı ölkənin rəhbəri cəbhədəki məğlubiyyətin məsuliyyətini cəmiyyətinin üzərinə yıxmağa çalışır

Ermənistanın Baş naziri Qarabağ cəbhəsində yaranan durumun və müharibədəki məğlubiyyətin səbəblərini izah etməyə çalışıb.

“AzPolitika.info” xəbər verir ki, Paşinyan özünün sosial şəbəkə səhifəsində yayımladığı paylaşımda müharibədən yayınmağın mümkünlüyündən bəhs edib. Münaqişə ilə bağlı özü-özünə 6 sual verib, sonra da onları cavablandıran Paşinyan baş verənlərə görə məsuliyyətdən boyun qaçırmağa çalışıb.

Ermənistanın məğlubiyyətini dolayısı ilə etiraf edən Paşinyan qeyd edib ki, müharibənin qarşısını almağın yalnız bir yolu mövcud idi. Bu da Azərbaycanın tələblərinə riayət edərək işğaldakı əraziləri tərk etməkdən ibarət olub: “Qarabağda müharibənin qarşısını almaq olardı, lakin bunun üçün ərazilər verilməli və Qarabağın qeyri-müəyyən statusuna razılıq verilməli idi.”

Baş nazir qeyd edir ki, bu zaman Ermənistan Qarabağın statusunun müəyyənləşdirilməsilə bağlı mexanizmlərin mövcud olmaması reallığını qəbul etməli idi.

Suallardan biri də Dağlıq Qarabağın statusunun ümumiyyətlə danışıqlar yolu ilə müəyyən edilməsinin mümkünlüyü barədə olub.

İşğalçı ölkə rəhbəri həyasızcasına bildirib ki, danışıqlarla buna nail olmaq mümkün deyildi: “ Yox, çünki son belə imkan 2011-ci ildə Kazanda tükənmişdi...

Bu cavabı ilə özü-özünü və erməniləri aldatmağa çalışan Paşinyana hər zaman danışıqlar masasında olan və Azərbaycan Prezidentinin də dediyi kimi, sülh prosesinin son mərhələsində Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdiriləcəyinə dair bəndi yada salmaq sərf etməyib.

“Müharibədən qaçmaq olardımı” sualına cavab verən Paşinyan yazır ki, bu, nəzəri cəhətdən mümkün idi, ancaq bunun üçün işğal olunan ərazilər qaytarılmalıydı.

“Müharibə Qarabağın statusunu həll edəcəkmi” sualına isə Paşinyan “Bəli, əgər müharibədə uğurlar əldə etsək” deyə mücəərrəd cavab verib.

Əslində, məhz bu cavabla Paşinyan müharibə meydanındakı məğlubiyyətlərini etiraf edib. Göründüyü kimi, ermənilərin rəsmi təbliğatı işğalçı ordunun “nailiyyətləri” barədə gecə-gündüz yalan informasiyalar paylaşsa da, Paşinyan özü “ əgər müharibədə uğurlar əldə etsək” deməklə bu təbliğatın puç olduğunu, indiyə qədər heç bir uğur əldə edilmədiyini və buna ümidlərinin qalmadığını etiraf edib.

Nəhayət, son suala – “Müharibədə uğur əldə etmək mümkündürmü” sualına yenə mücərrəd cavb verən işğalçı ölkənin baş naziri ortaya birmənalı və inamlı mövqe qoya bilməyib, bunun bir sıra şərtlərə bağlı olduğunu deyib: “Bəli, əgər biz bu tapşırıq ətrafında milli potensialımızı birləşdirə bilsək, səmimi və fədakarcasına bu hədəfə yüklənsək”.

Göründüyü kimi, ümidsizliklə və icrası mümkün olmayan mücərrəd şərtlərlə yüklənən bu müraciətində Paşinyan bir tərəfdən cəbhədəki məğlubiyyətlərini, digər tərəfdən isə Ermənistanı çox qaranlıq və qeyri-müəyyən perspektiv gözlədiyini etiraf edir.

Baş nazirin bu paylaşımının ən əsas məqsədi isə danışıqlardan qaçmasının, eləcə də özündən razı, cığal və Azərbaycana qarşı saymaz münasibətinin bədəlini bütün erməni xalqına ödətdiyini ört-basdır etmək, məğlubiyyətin və minlərlə erməninin məhv edilməsinin məsuliyyətindən boyun qaçırmaqdır.

Həmçinin o, bundan sonra qaçılmaz olan növbəti məğlubiyyətlərə görə də məsuliyyətdən qaçmağa və hər şeyi erməni cəmiyyətinin, onun artıq tükənmiş potensialının üzərinə yıxmağa çalışır.

Cəlal

AzPolitika.info 

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2020-10-20 15:54:22

al bu da sənə yallı, burnumdan necə gətirdilər....Şuşadan bu xatirələrsə qalacaq"Ölüsünü qoyub Dirisinə ağlayan Paşik. Kompyüterdə Şuşada oynadığı yallının vidyosuna baxır. Və kəndi-kəndinə deyir "ara ay şakal yallı getməyə yer tapmırdın,

Son yazılar