"Biz işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqik. Ermənistanın baş naziri yalnız müqəddəratın təyini barədə danışır".
Prezident İlham Əliyev bu barədə TASS informasiya agentliyinə müsahibəsində müşahidəçilərlə bağlı söhbətinin davamında bildirib.
Paşinyanın bu prinsipləri qəbul etmədiyini söyləyən Azərbaycan Prezidenti deyib: “O, daha əvvəl özünün “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə əslində danışıqlar prosesini pozub. Onda bizə nə təklif edilir? 30 il mövcud olmuş və heç bir nəticəyə gətirib çıxarmamış status-kvoya yenidən qayıtmaq? Əgər biz görsək ki, erməni tərəfi deyir: bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ikincisi, biz baza prinsiplərinə sadiqik, üçüncüsü, biz işğal edilmiş ərazilərdən öz qoşunlarımızı çıxarmağa razıyıq. Bax, onda gəlin müşahidəçilər məsələsini müzakirə edək”.
Dövlətimizin başçısı qeyd edib ki, bu məsələ tezliklə razılaşdırıla bilər: “Lakin bunlar olmadıqda, bizə mahiyyət etibarilə nə təklif edilir? Dayanmaq? Bizim ərazilərimizin işğaldan azad olunmasını davam etdirməmək? Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir. Bu, ədalətsizlikdir. Hesab edirəm ki, Azərbaycana münasibətdə bu, düzgün olmayan yanaşmadır. Qoy, erməni tərəfi desin, qoy, Ermənistanın çox danışmağı xoşlayan və çox vaxt danışdıqları ölkəsinə çox baha başa gələn baş naziri desin ki, bəli, torpaqlar işğaldan azad ediləcək, qoşunlar çıxarılacaq. Mən qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikinin verilməsini də təklif etmişdim. Sonra biz Moskvada bir günlük danışıqlar çərçivəsində bunu etməyin texniki baxımdan mümkün olmadığını başa düşdük və bu mövqedən geri çəkildik. Bununla belə, biz Ermənistan tərəfinin öz qoşunlarını işğal altında olan ərazilərdən çıxarmağa hazır olmasını eşitmədik. Bu, baş verən kimi belə adlandırılan müşahidəçilər məsələsinə baxıla bilər”.

Şərhlər
İşğalçılı ruhu hərbi terrorçuları və digər erməniləri tərk etmədiyi aşkar hiss olunur, Son erməni Azərbaycan ərazisini tərk edənə qədər durmaq, dayanmaq yeni işğal və viranələr təhlükəsidir!
CƏNAB PRİZİDENT YALVARIRIQ SİZƏ MOSKVAYA GETMƏYİN.SİZƏ GÖRƏ ÇOX NARAHATIQ.ALLAH SİZİ SAXLASIN.
Son xəbərlər, DQMVyə yeni silahlar ötürülməsi, orada da son silahın yerə qoyulmasına əmin olmayınca dayanmaq olmaz
Cənab PREZİDENT, erməni MÜQƏDDƏRATına hərbi terrorla məhv edilmiş on minlərlə DQMV azərbaycanlıları və yüz minlərlə ətraf rayon vətəndaşları mane olmurdular? Bu SSRİnin buraxılacağını öncədən dəqiq bilən ermənilərin Azərbaycana qarşı mümkün qədər məhv edici müharibəsi idi. Tam-Yüz minlərlə azərbaycanlını da Ermənistan Milisi qovdu? DQMV( Artsax) əhalisi də Ermənistana köçəndən sonra iki respublika arasında status-kvo alınmırmı? Mübarizə əhalisi azalan Ermənistana də
Salam. İNSALLAH müzəffər ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə qələbə çalacaq. Cənab İlham Əliyev isə Türk Dünyası tarixinə qızıl hərflərlə düşəcək. ALLAH ŞƏHİDLƏRimizə rəhmət etsin. Dayanmaq olmaz. Mənfur düşmənin xisləti bizə məlumdur.
Danışıqların obyektiv yeri Kremlin(RF nümayəndələri də olsun) iştirakı olmadan Cənubi Qafqazın əski-neytral paytaxtı Tçilisidir!
CƏNAB PREZİDENT MOSKVAYA GETMƏ
Danşqlar 3cü lkd aarilmaldr
Elə vaxtilə o torpaqların hamısını Rusiya alıb verib də Ermənistana. Onlara inanmaq olmaz
Rusiya verdiyi heç bir təklifə getmək olmaz. İndi tarixi şərait yaranıb Rusiyanın nəzarətindən birdəfəlik çıxıb torpaqlarımızı alaq. Danışıq yolu ilə erməni torpaq verməyəcək. 27 ildir 1 metr torpaq veribmi? Əlbətdə yox.
Həyasız millətdi üz vermək olmaz onlara
Cənab ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV ALLAH SİZİ XALQIMIZA ÇOX GÖRMƏSİN AMİN AMİN AMİN İNŞALLAH . HƏR BİR VƏTƏNDAŞ İLHAM ƏLİYEVİN ƏTRAFINDA SIX BİRLƏŞMƏYƏ ÇAĞIRIRAM. İLHAM ƏLİYEV CANIMIZDAN ƏZİZ VƏ DƏYƏRLİDİR
Biz də danışıq istənirik
Dağlıq Qarabağö münaqişəsini yaradan Rusiya olduğu üçün,Rusiya bizə erməninin xeyrinə olanları təklif edəcək.Biz görüşləri və danışıqları Moskvadan aralıda,lap elə Kiyevdə aparmalıyıq.Moskva bizi ermənilərion ayağı altına yıxmaq istəyir.Düşmən ölkədə xeyir tapmaq olmaz.Nə qədər gec deyil,oradan uzaqlaşmalıyıq.Onsuz da Türkiyə Rusiyanın bu ağöılsız təkliflərinin reallaşmasına yol verməyəcək.Danışıqların,ancaq bir yolu var,o da ermənistanınb tam təslim olması və Dağlıq Qarabağdan tam çəkilib getməsi!