AZƏRBAYCADA KORONAVİRUSA YOLUXMA TƏHLÜKƏLİ HƏDDƏ YÜKSƏLDİ - Günün statistikası

Azərbaycanda bu gün koronavirus infeksiyasına 946 yeni yoluxma faktı qeydə alınıb,228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 49 min 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 279 nəfər müalicə olunaraq sağalıb, 671 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 009 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 291 min 534 test aparılıb. Bugünkü test sayı isə 10 037-dir.

635x100

Şərhlər

Xalx 2020-10-25 18:55:03

ramin, bəlkə bir az yavaşıyasan...

Adil 2020-10-25 17:08:26

Operativ Qərargah araşdırsın ki, bu xəstələrdən neçə nəfəri hərbi vəziyyətlə əlaqədar uçotdadır

Son yazılar