“ATƏŞKƏS QEYD-ŞƏRTSİZ OLA BİLMƏZ" - “Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib”

“Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir”.

“Report” xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu sözləri Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən operativ müşavirədə deyib.

“Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm.”- deyə, Dövlət başçısı bildirib.

635x100

Şərhlər

Mirzə Qafarlı 2020-10-26 11:01:20

Cənab Prezident, Ali Baş komandan! Hər zaman olduğu kimi Qarabağ və ərazi bütövlüyümüz uğrunda apardığınız mübarizədə hər zaman Sizi dəstəkləyirəm. Bəli bir daha 28-30 il gözləməyə səbrimiz, dözümümüz qalmayıb. Bu döyüşlərdə itkilərimizin əksəriyyətinin səbəbi Minsk qrupu həmsədrlərinin bu 28 il mənfur düşmənimiz olan ermənilərə danışıqlar vasitəsi ilə vaxtı uzatmalarıdır. Odur ki, Sizin fikir və mövqeyinizlə tam razıyam. Bu məqsədinizi həyata keçirməkdə Allah Sizə kömək olsun! Allah Sizi və Azərbaycan Ordusunu qorusun! Zəfər Azərbaycanındır! Qarabağ Azərbaycandır!

t.ədalət 2020-10-26 01:26:36

Allah Axərbaycan ordudusunu qorusun!Allah bizi qalib eləsin!

Son yazılar