“DEDİM Kİ, ƏGƏR QIRMIZI XƏTT KEÇİLƏRSƏ...” – Ərdoğan Putinə xəbərdarlıq edib! + VİDEO (Yenilənib)

“Ən son dünən axşam Putinlə danışdıq. Son hadisələri ətraflı müzakirə etdik. Dedim ki, Qafqazdakı bu işə son verək. İstəyirsənsə, bu işi birlikdə həll edə bilərik. Siz Paşinyanla bunu müzakirə edin, mən də İlham qardaşımla. Amma bir şeyə qərar vermək lazımdır. Bu işi həll edəcəyik, yoxsa etməyəcəyik? Biz səmimiyik, mən sizin də səmimi olmağınıza inanıram. Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, üzrlü saysınlar, atamızın oğlu da olsa gözümüz görməz”. “Report” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bizə deyirlər ki, Suriyadan Azərbaycana silahlı göndərirsiniz. Mən də Putinə söylədim ki, hazırda kəşfiyyat vasitəsilə təsdiq etdiyimiz 2 min civarında PKK və YPG-lilər Ermənistandan aldıqları 600 dollar maaşla orada savaşırlar. Mənə deyir ki, onlardan xəbərim yoxdur. Elə mən də sizə xəbər edirəm bu barədə dedim. Təbii ki, hörmətli Putinin PKK-ya üz verəcəyini düşünmürəm, ancaq Paşinyana bunu deməlidir. Əks təqdirdə lazım olanı edərik”, - dövlət başçısı qeyd edib. 

Ərdoğan deyib: “Azərbaycanlı qardaşlarım hazırda itirdikləri torpaqlarının ciddi qismini geri alıblar. İnşallah, ən qısa zamanda itirdikləri torpaqların tamamını geri alacaqlar və Azərbaycan türkləri yenidən torpaqlarına qayıdacaqlar. İnanıram ki, zəfər azərbaycanlı qardaşlarımındır. Rəbb yar və yardımçıları olsun! Buradakı mübarizədə hər an yanlarında olduq, yanlarında olmağa davam edəcəyik”.

635x100

Şərhlər

Vətəndaş 2020-10-29 15:40:05

Doğru dürüst mərd Ərdoğan!

Vusale 2020-10-29 10:57:53

Allah var etsin Azərbaycanı və turk xalqını

Xalq 2020-10-28 21:09:29

ÇOX Sağ OL! KİŞİ OĞLU KİŞİSƏN SƏN! SƏNİN QADABALAN DÜŞSÜN BÜTÜN DÜŞMƏNLƏRİMİZİN ÜRƏYİNİN BAŞINA. SƏNƏ ÖLKƏMİZDƏ HEYKƏL QOYULMALIDIR İNŞAALLAH QOYULACAQ DA. ALLAH ÖMÜR VERSİN QARDAŞ SƏN TÜRK DÜNYASINA ÇOX LAZIMSAN!

t.ədalət 2020-10-28 20:42:55

Rusiya bizə əl yeri qoymadı ki,onun xəyanətini bağışlayaq.Öldürülən dinc əhalinin qanı yerdə qalmaz.Əfqanıstanda,Suriyada olduğu kimi burdada Rusiya körpə uşaqların qanını tökür.Belə dövlət terrorçudur.Bu ad altında yaşamaq təhqirdir.Biz yaxşı bilirik ki,bizi raket atəşinə tutan Rusiya və onun xüsusi təyinatlılarıdır.erməni adı altında Rusiya hər cür yaramazlığı edir.Özünü sakit göstərən Putin,əslində hər cür təxribatları törədənləri idarə edsəndir.

Konul xanim 2020-10-28 19:57:46

Allah Sizi qorusun,bashimizin ustunden eskik olmayasiniz!!!Siz hormetli prezidentimize boyuk qardashsiniz.Var olun!!!

OXUCU 2020-10-28 19:52:04

Türk dünyasının qəhrəman oğlu Allah sizi qorusun.Siz bizim arxa dayağımız,sərkərdəmizsiz.

Natiq 2020-10-28 19:00:00

Kişi adamsan

Sahin 2020-10-28 18:48:02

Erdogan Atatürkden sonra hakimiyyetde olmus ve hele olacaq en boyuk bir sexsiyyetdir Allah qorusun

Kifayət 2020-10-28 18:44:42

Sizə sonsuz təşəkkürümü bildirirəm.İnsallah Vətən işğaldan azad olsun sizi və Çavuşoğlunun əllərindən öləcəm.Dunya bir daha göstərdi ki, Türkün Türkdən başqa dostu yoxdur.!!!!

Xalq 2020-10-28 18:09:03

SAĞ OL QARDAŞ! KİŞİ OĞLU KİŞİSƏN SƏN!

Cəmşid Dərələyəzli 2020-10-28 18:00:33

Cənab Putin bir şeyi anlamalıdır ki, itini vaxtında ayağına bağlamsa əgər, Qafqaz barıt çəlləyinə dönər və çılləyin alovu Rusiyaya belə sıçrayar. Bu isə Rusiyanın sonu olar.

Hemsedrlerden IMTINA OLUNSUN ! 2020-10-28 17:48:32

Daqliq Qarabaq Azerbaycan erazisidir, BMT RECMI TESDIQLEYIB . ATƏT - in Minsk qrupunun hemsedrlerinin ( ABŞ, Fransa, Rusiya ), IXTIYARI YOXDUR Azerbaycanin DAXILI ISHLERINE QARISHMAQA, bu sebebden, IMTINA OLUNMALIDIR hemsedrlerin Daqliq Qarabaqa aid fealiyyetlerinden !!!

Hemsedrlerden imtina olunsun ! 2020-10-28 17:24:33

Daqliq Qarabaq Azerbaycan erazisidir ve BMT RESMI TESDIQLEYIB !!! Azerbaycanin DAXILI ISHLERINE QARISHMAQ HUQUQU YOXDUR ATƏT - in Minsk qrupunun hemsedrlerinin ( ABŞ, Fransa, Rusiya ), bu sebebden, IMTINA OLUNMALIDIR bu hemsedrlerin fealiyyetinden !!!

OQTAY 2020-10-28 17:00:19

ESQ OLSUN TURKUN,BOYUK OQLU!!!SIZINLE NEINKI,AZERBAYCAN, BUTUN DUNYA MUSELMANLARI, FEXR EDIR!!!

Vətəndaş 2020-10-28 16:21:54

YAŞASIN TÜRKİYƏ,YAŞASIN ƏRDOĞAN-TÜRK MİLLƏTLƏRİNİN LİDERİ!

Pirzadə 2020-10-28 15:48:27

Qardaş dövlət və dövlət başçısı belə olar. Uca Allah Sizləri və bir millət olan azəri- türk millətimizi qorusun.

Fatime 2020-10-28 15:10:07

Tesekkur turkun turkden basqa dostu yoxdur ,

Son yazılar