"RUSİYA İLƏ TÜRKİYƏ MÜQAVİLƏ İMZALAYIB" - Ərdoğandan Qarabağla bağlı yeni açıqlamalar + VİDEO

İşğal altındakı ərazilərin və Dağlıq Qarabağın bütövlükdə işğal altından azad olunması münasibətilə qardaşım İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarımızı təbrik edirəm”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əldə olunan razılaşmaya görə, Qarabağın qalan qismi də Azərbaycana təhvil veriləcək. Razılaşmaya görə, Ermənistan Kəlbəcəri 15 noyabradək, Ağdam və Qazax rayonlarını 20 noyabradək, Laçını isə 1 dekabradək Azərbaycana qaytarmalıdır. Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətti təmin ediləcək və bu məqsədlə yol çəkiləcək. Eyni zamanda Xankəndi ilə Ermənistan arasında yol çəkiləcək. Türkiyə razılaşmanın tətbiq edilməsini müşahidə və nəzarət etmək üçün bölgədə qurulacaq ortaq sülhməramlı qüvvələr arasında Rusiya ilə birgə yer alacaq. Atəşkəsə nəzarət üçün yaradacağımız ortaq Türkiyə-Rusiya monitorinq mərkəzi ilə bağlı saziş bu səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad etdiyi bölgədə qurulacaq”, - Türkiyə prezidenti qeyd edib.

"Razılaşmaya görə, Ermənistan Kəlbəcəri noyabrın 15-dək, Ağdam rayonunu Qazax rayonunun işğal altında olan kəndlərini noyabrın 20-dək, Laçını isə dekabrın 1-dək Azərbaycana qaytarmalıdır” - deyə  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“İşğalın ardından evlərindən didərgin salınan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında yurdlarına geri dönəcəklər”, - o qeyd edib.

“Qarabağın yenidən Azərbaycan yurdu halına gəlməsi ilə hamısını rəhmətlə yad etdiyimiz Məhəmməd Əmin Rəsulzadənin, Ənvər paşanın, Nuri paşanın, Zeynalabidin Tağıyevin, Hüseyn Cavidin, Əhməd Cavadın, Heydər Əliyevin ruhu şad olub”- deyə,  Ərdoğan söyləyib.

“Azərbaycanlı qardaşlarımızın sevinci sevincimiz, qürurları qürurumuzdur. Azərbaycan ordusunun Ermənistana qarşı apardığı mübarizə işğalda olan torpaqlarını yenidən qazanmağın həyəcanını eynilə bizlər də Türkiyədən hiss etdik və bu həyəcanı bizlərdə sizinlə bərabər yaşadıq! Bundan sonra Azərbaycanla daha yaxın və güclü əməkdaşlığımız olacaq, ortaq gələcəyimizi birgə quracağıq”, - o vurğulayıb.

O, iki dövlət, bir millət olaraq, Azərbaycan və Türkiyənin eyni yolda addımlayacağını bildirib.

635x100

Şərhlər

Şaiq 2020-11-11 15:57:21

Yaşa Ulu Türküm, Yaşa Türkiyəm, Yaşa Canım Azərbaycanım.

Son yazılar