RUSLAR XANKƏNDİNDƏ, TÜRKİYƏ HƏRBÇİLƏRİ ŞUŞADA... - "Moskva istədiyini qəbul etdirə bilməyəcək"

Rusiya sülhməramlıları Xankəndində olduğu üçün Türkiyə hərbçiləri Şuşada yerləşəcək. Amma təbii ki, Türkiyə bayraqlı hərbi maşınları bütün Qarabağda görə biləcəyik. Beləliklə, Türkiyə Böyük Millət Məclisinin noyabrın 17-də verdiyi rəsmi qərarla Türkiyə hərbçilərinin Qarabağda rolu artıq rəsmiləşdi.

Türkiyə Prezident Administrasiyasından Türkiyə parlamentinə təqdim olunan və təsdiqlənən qanun layihəsindən də görünür ki, Türkiyənin Azərbaycana göndərməyi planlaşdırdığı heyət sadəcə Ortaq Monitorinq Mərkəzində fəaliyyət göstərəcək kiçik hərbi və mülki heyətdən ibarət olmayacaq. Azərbaycana gələcək Türkiyə əsgərlərinin sayını və konkret məqsəd və hədəflərini də yalnız Prezident Ərdoğan müəyyənləşdirəcək.

Və bu çərçivəyə mətndən də görünür ki, sərhədlərin qorunmasından tutmuş, bir çox məsələlərə də müdaxilə etmək imkanı salınacaqdır. Bu da o deməkdir ki, Azərbaycana gələcək olan sıradan bir heyət deyil, konkret səlahiyyətlərlə gələn Türkiyə qoşunudur. Bu o deməkdir ki, artıq hansısa başqa böyük dövlətlər istədiyini oldu-bitdi ilə həyata keçirə bilməyəcək və Azərbaycanın ərazi bütünlüyü təmin ediləcək, sərhədlərdə Türk qoşunları dayana biləcək. Hətta Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və yeni çəkiləcək yolda belə. Çünki yaxın perspektivdə Rusiyanın Türkiyə ilə uzlaşması rusların geosiyasi maraqlarına da uyğundur.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Türkiyə sülhməramlı qüvvələrinin Qarabağda Rusiya ilə Monitorinq Mərkəzində iştirakı ikitərəfli razılaşmada əldə olunub. Artıq Türkiyə sülhməramlı qüvvələrinin Azərbaycana göndərilməsi TBMM tərəfindən qəbul edildi. Deməli, Türkiyə hərbi qüvvələri Qarabağ ərazisində mövcud olacaq. Bura Hadrut, Şuşa, Xocavəndin ərazisini əhatə edə bilər: “Rusiya ilə masada Türkiyə ciddi müzakirələr aparır. Burada Türkiyə sülhməramli qüvvələrinin olması hərbi və siyasi cəhətdən Azərbaycanın maraqlarına xidmət edir. 

Rusiya müəyyən şəkildə burada Azərbaycana istədiyini qəbul etdirə bilməyəcək. Həmçinin bu onu göstərəcək ki, burada nə Abxaziya, nə də Cənubi Osetiya presedenti olmayacaq. Türkiyə diplomatik müstəvidə ərazi bütövlüyü sənədlərində həlledici maraqlarımızı axıra kimi bizimlə qoruyacaq”.

635x100

Şərhlər

Vətəndaş 2020-12-06 20:46:31

Laçın dəhlizinin saxlanılmasının mənasını anlayan varmı? Axı CNQ vətəndaşları vizasız hərəkət edə bilir.Azərbaycan vətəndaşlığını qəbul edən erməni əsilli vətəndaşlar Azərbaycan pasportu ilə qonşu ölkələrə sərbəst hərəkət edə bilərlər.vuXb

Eli 2020-11-24 01:02:18

Qurban olaram Hamınıza!İnşaallah haqq edalet bütün Türk torpaqlarında berqerar olacaq

semed 2020-11-18 16:30:40

DOQMA EVINIZE XOS GELMISINIZ

Azerbaycan aşiqi 2020-11-18 11:33:58

Yaşasın edaletli qüdretli TÜRKİYEM VE EZİZ AZERBAYCANIM

Son yazılar