Menu

AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXMADA YENİ ANTİ-REKORD - 34 nəfər vəfat etdi

24.11.2020, 17:36
AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXMADA YENİ ANTİ-REKORD - 34 nəfər vəfat etdi

Azərbaycanda koronavirus infeksiyasına 3 646 yeni yoluxma faktı qeydə alınıb, 1 259nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan daha 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 98 927 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 65 734 nəfər müalicə olunaraq sağalıb, 1 194 nəfər vəfat edib, aktiv xəstələrin sayı 31 999 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 358,ötən müddət ərzində isə ümumilikdə 1 631 597 test aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol