MUSABƏYOVLA ZÖHRABYANIN OLMAYAN FƏRQİ... - Deputatın NTV-yə biabırçı açıqlaması nəyə xidmət edir?

“Türkiyə hərbçilərinin gəlməsinin və azərbaycanlılarla ermənilərin arasında durmasının mənası yoxdur. Ermənilər üçün Türkiyənin hərbi iştirakı təhlükəsizlik hissini artırmır, əksinə...”

Bu fikirlərin altına məsələn, Ermənistan parlamentinin ən ləçər, şərçi qadın deputatlarından biri olan, hər imkan düşəndə Azərbaycanı və Türkiyəni “xortdan” obrazında göstərməyə çalışan Naira Zöhrabyanın imzasını qoysaq, hər kəs buna inanar. Çünki belə bir fikri yalnız erməni millət vəkili, yaxud uzağı Ermənistanın mənafelərinə xidmət edən Rusiya deputatı deyə bilər və deyir də. 

Naira Zöhrabyan

Ancaq yox, bunu Azərbaycan Milli Məclisinin üzvü, kimlərinsə adını millət vəkili qoyduğu Rasim Musabəyov Rusiyanın NTV kanalına açıqlamasında deyib.

Faktiki olaraq, Türkiyənin bölgəyə gəlişi və sülhməramlı qismində çıxışına qarşı olan bu fikirlərin Azərbaycanın milli maraqlarına nə dərəcədə uyğun olduğunu xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur. 

Ancaq bu politoloq, Elmar Məmmədyarovun tüksüz formasını xatırladan qafasıyla sanki başa düşmür ki, ermənilərin təhlükəsizliyini və maraqlarını təmin edənlər artıq noyabrın 10-dan Qarabağa gəliblər, Türkiyənin bölgədə hərbi varlığı isə ermənilərin yox, Azərbaycanın təhlükəsizliyinin təminatı üçündür. Guya başa düşmür bunu? 

Əlbəttə ki, gözəl başa düşür. Sadəcə, tipi, növü, qafası, nəhayət, məramı bir zamanlar Azərbaycanı Prezident Aparatındakı məlum postdan idarə edənlər kimi azərbaycançılıqdan, türkçülükdən uzaqdır. 

Belələrinin kimlərə, hansı qüvvələrə xidmət etdikləri elə də böyük sirr deyil. O və onun kimilər üçün bəlkə də “sülhməramlıların” Qarabğda yox, Bakıda yerləşdirilməsi ən ideal variant olardı. Hələ üstəlik erməniləri də yığıb buraya gətirərdilər...

Ümumiyyətlə, kimə, nəyə lazımdır axı belə “politoloqlar”? Rusiyanın buradakı danışan dili olmaq üçünmü? Bəlkə müharibənin gedişində gecə-gündüz Rusiya və digər xarici ölkələrin telekanallarında, internetdə, sosial şəbəkələrdə durmadan Azərbaycanın mövqeyini müdafiə edən, xarici media orqanlarına açıqlamalar verən görmüşük bunu? Xeyr! 

Beləsi bu ağır günlərdə də bir şeyə yaramırsa, əksinə, sözün əsl mənasında yaramaz fikir və açıqlamalar verirsə, dövlətin, xalqın, elə hakimiyyətin özünün mövqeyinə, maraqlarına zərbə vurursa, bunun Azərbaycan bayrağının əks olunduğu deputat nişanı gəzdirməyə hansı mənəvi haqqı ola bilər?

Bu adam milliyətcə rus olan deputat Mixail Zabelin qədər də olmadı. İnanın ki, hətta o da Rusiyanın xoşuna gəlmək üçün belə ziyanlı mövqe ortaya qoymazdı. Əksinə, Zabelin ən azından bəzi açıqlama və addımlarıyla müharibə dövründə Musabəyov kimilərdən daha çox azərbaycanlı oldu!

Mixail Zabelin

Nəhayət, belələrini o parlamentə oturdanlar heç olmasa onlara başa salsınlar ki, millətin bu tarixi, həssas, kədərlə, şəhid qanı ilə yoğrulmuş gözü yaşlı sevincini yaşadığı günlərdə insanların əsəblərilə, xalqın heysiyyatıyla oynama, ağzını yum otur.

Adamdakı düşüncəyə baxın, sonradan NTV-də səsləndirdiyi bu biabırçı fikirlərinə haqq qazandırmağa çalışan Musabəyov deyib ki, “bunu Rusiya auditoriyası üçün səsləndirmişəm”, yəni onlara xoş gəlmək üçün. 

Belə çıxır ki, bir millət vəkili, yaxud siyasətçi öz ölkəsi üçün strateji və tarixi əhəmiyyət kəsb edən məsələni müsahibə verdiyi ölkənin auditoriyasına uyğunlaşdırmalıdır? Deməli, “tovariş” Musabəyov erməni telekanalına açıqlama versəydi, deyəcəkdi ki, Qarabağ Ermənistana məxsusdur və Azərbaycan nahaq yerə bu torpaqları azad edib? 

Bəlkə də bu başabəla politoloq düşünüb ki, Azərbaycanda heç kim NTV-yə baxmır və orada ağzına gələni danışa bilər. Və bir məsələ də maraqlıdır ki, Rusiyanın hər zaman Azərbaycana qarşı qərəzli və düşmən mövqeyilə seçilən bu kanalı nədənsə 125 deputatın arasından məhz Musabəyovu seçib danışdırdı...


Belə görünür ki, erməni işğalına qalib gəlməyi bacaran dövlətimizi, xalqımızı, cəmiyyətimizi hələ nəyə, kimə xidmət etdikləri qaranlıq qalan siyasi tör-töküntülərə, maşalara, eləcə də, seçki saxtakarlığına, məmur oliqarxiyasına, korrupsiyaya və digər çoxsaylı neqativlərə yol açan mühitə qarşı çətin mübarizə gözləyir.

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Bozqurd 2020-12-14 15:11:18

Sənin baban da bir vaxtlar ruslara yaltaqlanıb millətini satdı. Sən də o satqının nəvəsisən də, ondan nə fərqin var? Hələ utanmadan deyir bunu rus publikası üçün demişəm. Onda sənin nəyin siyasətçi oldu? Çöban siyasəti səndən yaxşı anlayır. İndiyədək başımıza gələnləri, yanımızda əsl qardaş kimi dayananları ayırd edə bilmirsənsə sən bu millətin nəyinə lazımsan? Get deputat mandatını təhvil ver.

Mirelem 2020-12-08 00:02:37

Zahid Oruc da onun tayidir.5-ci Kolon!

Alim 2020-12-07 19:19:56

Allah beləlrindən xalqımızı qorusun.

oleq 2020-12-07 16:52:06

о тək deyil,qabaqları tezliklə alınmalıdır

İ.Mustafaoğlu 2020-12-07 14:15:27

Mən həmişə demişəm ki, Prezidentimizi xalq qəlbən sevir və onun daxili - xarici siyasətini dəstəkləyir. Prezidentimizə xəyanət edənlər dövlət büdcəsini talan edib, boğazdan yuxarı tərifləyənlərdir. Cənab Prezident Sizi qəlbən sevirik, Sizi xaqımız sevir. Bütün sahələrdə, o cümlədən Parlament və Bələdiyyə buraxılmalı, islahatlar aparılmalı, dövlətimizə xəyanət edənlər tutduqları vəzifədən uzaqlaşdırılmalıdır. Daxili düşmən, xarici düşməndən qorxuludur. Onların əməllərini araşdırıram və görürəm ki, sizi ğazdan yuxarı tərifləyir, oğurladıqları dövlət büdcəsi hesabına..... Cənab Prezident biz sizinləyik ! Azərbaycanımızın inkişafı naminə Ulu Tanrı Sizi qorusun.

Qabil Hesenov 2020-12-07 11:58:41

Bele dirnaq arasi deputatin mandati alinmalidir ki gelecekde digerlerine de ders olsun.

Patriot 2020-12-07 11:34:06

Ay Rasim senin o qeder qrexin varki reqibin vekiller kollegiyasinin ūzvū ile hūnerin çatmadi debata çixa bilmedin

B.Qarabağlı 2020-12-07 10:34:42

Cənab H.Hüseynov və digərləri, axı hər iki ölkədə çoxdan aşınmış Nairə və Rasim kimi hakimiyyət kukuşkaları az deyil? Dərin düşüncəli ideya və qətiyyətli vətəndaşlar üzə çıxarılmalı, hər iş saf-savadlı insanlara tapşırılmalıdır!

Abbas Rzayev 2020-12-06 23:31:28

Əgər doğrudan da Rasim Musabəyov yazılan kəlmələri ruslara xoş gəlmək üçün işlədibsə bu.... son həddidir. Qardaş Türkiyə dövlətinin Qarabağdakı mövqeyini bu cür qiymətləndirmək əclaf və namussuz ermənilərin dəyirmanına su tökmək kimi qiymətləndirilməlidir. Ar olsun belə millət vəkilinə!!!

veten dashı 2020-12-06 21:54:20

Belələri nə yazıq ki,hələ palamentdə də,hakimiyyət dairələrində,cəmiyyətimizdə coxdu...Sovet tərbiyəsi hər zaman bizi soyumuzdan ,kökümüzdən uzaqlaşdırmağa çalışıb.Hələ bir tərəfdə də qəlblərimizdəki Peyğəmbər övladlarına olan məhəbbəti öz mənfur niyyətləri ücün istifadə etmək arzusundadırlar.Odur ki, hər vətən övladı ayıq-sayıq olmalı birlik və istiqrarımızı müqəddəs şəhidlərimizin qanına and içərək qorumalıyıq.Dövlətimiz də bu günlərdə qazandığımız birliyin daha da möhkəmlənməsi ücün korrupsiyaya son qoymalı və demokratik düşüncəyə yol acmalıdır.Əks halda biz qarabağı itirə bilərik..

İ.Mustafaoğlu 2020-12-06 20:50:37

rasim kimi deputatlara Parlamentdə yer olmamalıdır...?

Akif m. 2020-12-06 18:48:50

Tahir Kərimli də onlara dəstək olur.

İlqar Ağasəfoğlu 2020-12-06 18:39:10

MSN yeni dronun istehsalına başlamalıdır. Adı da ....olsun. Bax onda əsli-kökü xəyanətlə yoğrulmuş antimilli satqınlarla birdəfəlik haqq-hesab çəkmək olar.

Kələntər 2020-12-06 14:42:40

Qəzənfərin nəvəsindən nə gözləyirdiniz ki ?

Azər 2020-12-06 12:21:49

Bu adam həm politoloq kimi, həm deputat kimi həm də vətəndaş kimi ya-rar-sız-dır!!! Bu qədər bəsit.

Xalx 2020-12-06 11:54:31

PUA- lardan birini bunun üstünə buraxmaq lazımdır...

boris 2020-12-06 11:46:26

erməninin xətrinini Türkiyə dövlətindən üstün tutan bu... çox təhlükəli oyuna girişib,belələri təcili cəmiyyətin zibilliyinə atılmalıdır

veten dashı 2020-12-06 11:39:41

Belələri nə yazıq ki,hələ palamentdə də,hakimiyyət dairələrində,cəmiyyətimizdə coxdu...Sovet tərbiyəsi hər zaman bizi soyumuzdan ,kökümüzdən uzaqlaşdırmağa çalışıb.Hələ bir tərəfdə də qəlblərimizdəki Peyğəmbər övladlarına olan məhəbbəti öz mənfur niyyətləri ücün istifadə etmək arzusundadırlar.Odur ki, hər vətən övladı ayıq-sayıq olmalı birlik və istiqrarımızı müqəddəs şəhidlərimizin qanına and içərək qorumalıyıq.Dövlətimiz də bu günlərdə qazandığımız birliyin daha da möhkəmlənməsi ücün korrupsiyaya son qoymalı və demokratik düşüncəyə yol acmalıdır.Əks halda biz qarabağı itirə bilərik..

Huseyn HUSEYNOV 2020-12-06 10:26:30

Rasim Musabeyov Dovlet ve xalq ucun yararsiz bir deputatdir Buna gore de onu Milli Meclisden qovmaq lazimdir

Senan 2020-12-06 10:19:29

Bu bədbəxtin soyadı musabəyov deyil....

Игорь 2020-12-06 08:47:08

Мне стыдно за него ))) Как он дальше жить соберается здесь ??!!!

Roma 2020-12-06 08:37:43

t.ədalətə: bəli Milli Məclisdə seçilənlərlə yanaşı təyin olunanlar da vardır ki, gərək bu bəladan da xilas olaq. Müharıbə göstərdi ki, içimizdə satqın, şərəfsiz və s. olsada Xalq Dövlət-Millət-Vətən anlayışlarında yumruq kimi birdir....

Vetendash 2020-12-06 08:33:02

Musabeyovu heps etmek lazimdi

Roma 2020-12-06 07:50:36

Görəsən bu millət vəkili, doğurdandamı millətin vəkilidir?, burada belə bir atalar sözü: Ağası gülüm olanın...nə isə seçildiyi dairədən geri çağırılmalı və həmin dairədə azad, demokratik seçki keçirilməlidir...

Səlim 2020-12-06 03:04:08

Çoxdandı şərh yazmırdım, Vətən Müharibəsi dövründə sadəcə yazılanları, KİV-lərin nə yazdıqlarını izləyirdim. Musabəyov.... Əvvəla onun kim, atasının, babasının, ailəsinin, necə deyərlər soykökünun kimlər olduğunu və nəyə kimə xidmət etdiyini, SSRİ dövründəki fəaliyyətini, bir balaca analiz etmək lazmdır. Söhbət Musabəyov kumi "rusqafalı" rusdüşüncəli insandan gedir. Vətən Müharibəsi dövründə təkcə Musabəyov kimi "rusbaşlı" politoloqlar deyil, hətta sırf Azərbaycanbaşlı siyasətşilər, politoloqlar, teleaparıcılar, millət vəkilləridə elə dolayısı və şüuraltı ifadələr və şərhlər verirdilər ki, bir balaca diqqətlə analiz etsən, nəyə və kimə qulluq etdiyini dərk etmək olar. Təəssüf ki, öz mənafeyini və çirkin ambisiyalarını güdən dövlətlər, öz agenturasaı və ya məxfi, bəlkədə pula satılmış casusları ilə xalqın başını qarışdlrmaqda və mənəviyyatını körlamaqdadı. Ümumiyyətlə Azərbaycanda bir çox şeylər dəyişilməlidir. Hətta gözümüzdə qəhrəman gördüyümüz və qəhrəman kimi tanıdiğımız "mələk cismində' insalarda bizə yad, yanlış məlumat örürə bilər və yalnış yola sürükləyə bilər. Hələ ki, Vətən Müharibəsi yenicə bitib. Səbr edək. Zaman kumin kim olduğunu göstərəcək.

Vahid 2020-12-06 01:00:09

Ot kökü üste biter.Babasi Azerbaycani rus bolşeviklerine satan Qezenfer Musabeyovun yolu ile gedir.Arxive göndermek lazimdir.

boris 2020-12-06 00:26:05

satqının buynuzu ha olmur,real nümunə ortadadır - milli məclis onun mandatının ləgvi barədə məsləni həll etməlidir

İlqar 2020-12-06 00:24:19

Yetim quzudan qoç olmaz. Dövlətə, Prezidəntə sadiqət andı içəsən, amma erməniyə xidmət edəsən, beləsinə nə ad verəsən. Beləsi necə milləti təmsil edəcək. Düz yazıblar ot kök üstündə bitər.

İlqar 2020-12-05 23:40:57

Gunah onda deyil, gunah onu millət vəkili edənlərdədi, şəhidlərin ruhu ona qənim olsun

Mehdi 2020-12-05 23:23:18

Bu bir defe de metroda salfetka satan bir usaqin dalinca danisib,yaziq usaqin cörəyiin kesilmesine bais olmusdu...

OQTAY 2020-12-05 23:00:48

Gerek,kokunde Turkqani ola ki,Turku basa dusub,ruhunla ozunu derk edesen!!!

Azər 2020-12-05 22:48:28

"... erməni işğalına qalib gəlməyi bacaran xalqımızı, kimə xidmət etdikləri qaranlıq qalan siyasi tör-töküntülərə, məmur oliqarxiyasına, neqativlərə yol açan mühitə qarşı çətin mübarizə gözləyir." Nə mübarizə ?.. 44 günə olunanlar göz önündə... 4-5 günə də bunların bir "yerlərini" dağıtmaq lazımdır, vəssalam...

Kaku 2020-12-05 22:39:35

Mandatini alin elinden ötürün eşiyə ondan sonra yuksek emekhaqqi stresi seker tezyiq onu qisa zamanda hell eliyecek

Eko 2020-12-05 22:37:01

Millete Prezidente qarshi cixir , men basha dûshmûrem , lazimi idareler hara baxir ?????

OXUCU 2020-12-05 22:35:38

BU QƏDƏR ŞƏHİD VERMİŞİK.XƏYANƏTKAR.

RT 2020-12-05 22:33:16

Mandatin qoysun , cehennem olsun!!! Hele ki , qec deyil !!!!

rasim quliyev 2020-12-05 22:20:49

Siz Musabeyovdan ne isteyirsiz o kechidden usagi qovan adam hansi o usag ehtiyac ichinde oldugundan ders oxumayib popcorn satirdi.Oz milletine bele hec ermeni elemez.Redd olsun MILLI MECLISDEN elesinin ne ishi vr orda

Özgür 2020-12-05 22:09:24

Ot kökü üstə bitər!

Elif 2020-12-05 21:30:29

Bu Musabəyovun şəcərəsini araşdırmaq lazımdır.....

Musa 2020-12-05 21:05:20

Ola bilır ki erməni ilə qohumluğu var

Türk 2020-12-05 21:02:42

O düşmən millətdən olan arvad öz millətinə Rasimdən yaxşı kişidir

Nazim 2020-12-05 20:42:42

Ramiz Mehdiyevin... bunlar

Ədalət 2020-12-05 20:37:11

BU İŞİ BELƏ QOYMAQ OLMAZ.

CAVAN 2020-12-05 20:26:56

..... MÜBARİZƏ HƏMİŞƏ DAVAM EDƏCƏKDİR.MÜHARİBƏ QURTARMAYIM ƏKSİNƏ DAHA TƏHLÜKƏLİ FAZAYA KEÇİB.AZƏRBAYCAN XALQI ,DÖVLƏTİ EHTİYATINI ƏLDƏN VERMƏMƏLİDİR.DÜŞMƏN TƏHLÜKƏLİ,ŞƏRƏFSİZ.RİYAKARDIR.O QƏDƏR RİYAKARDIR Kİ.UŞAQLARIMIZI BELƏ ÖLDÜRMƏKDƏN ÇƏKİNMİR...

RT 2020-12-05 20:09:41

Tûrklerin ahi tutsun seni !!!!!..

Xalq 2020-12-05 19:57:33

bunun babası1920-ci ildə Bakının komendantı olub, Azərbaycan Cümhuriyyətini satan adamlardan biri olub!

RT 2020-12-05 19:34:57

....debutatlar , spiker hara baxir ? Yene bashlandiiiiiii ?!!!!! Besdirindeee bu qeder shehid vermishikki , beleleri otyrsun ordaaaaaa ????!!!!!!!

MRP 2020-12-05 19:01:06

Rasim Musabəyovun savadı bundan artığını deməyə imkan vermir.Genlər yanlışlığa yol vermir.Onları aldatmaq mümkün deyil.

t.ədalət 2020-12-05 18:44:32

.....Bunlar hələ üzə çıxanlardır.Milli Məclisdə ...

Son yazılar