BAKIDA DAHA İKİ HƏKİM KORONAVİRUSDAN ÖLDÜ - FOTO

8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusdan dünyasını dəyişib.

Bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, hər iki tibb işçisi koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərdən olub: "Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər. Dəyərli həkimlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk".

635x100

Şərhlər

Amil 2020-12-11 16:14:05

Allah rəhmət eləsin yaxınlarına səbr versin

Veteran 2020-12-11 15:56:20

ALLAH RƏHMƏT ELƏSİN ! ONLARDA ŞƏHİD OLDULAR.

Veteran 2020-12-11 15:56:20

ALLAH RƏHMƏT ELƏSİN ! ONLARDA ŞƏHİD OLDULAR.

Eyvaz 2020-12-11 12:11:43

Allah rəhmət eləsin . Həkimlərimiz də bu gün bir xalq qəhrəmanıdırlar

Son yazılar