“PRİMAKOV TER-PETROSYANA XƏBƏRDARLIQ ETMİŞDİ...” – “10, 20, 30 il keçəcək və azərbaycanlılar hər şeyi geri alacaqlar”

Qarabağ müharibəsində Ermənistanın uğradığı acı məğlubiyyəti və Azərbaycanın möhtəşəm qələbəsini həzm edə bilməyənlərin sırası kifatət qədər genişdir. Son günlər Rusiya mətbuatında müharibənin nəticələri barədə açılan müzakirələr də bunu göstərir. Hazırda bu məsələ ilə bağlı ölkədəki siyasi qüvvələrin və politoloqların iki cəbhəyə bölündüyü görünür.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın məşhur “Nezavisimaya Qazeta” dərgisində fəlsəfə elmləri doktoru, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun baş elmi işçisi, politoloq Aleksandr Tsipkonun bu mövzuyla bağlı olduqca maraqlı məqaləsi dərc edilib. Öncə qeyd edək ki, müharibənin gedişində və ondan sonra özlərini Putin hakimiyyətinə müxalif elan edən və rus liberalları sayılan Mixail Xodorkovski, Viktor Şenderoviç, Yuliya Latınina, Andrey Piontkovski və digər bu kimiləri açıq ermənipərəst mövqe sərgiləyərək, bəzən həyasızlıqda erməni hakimiyyətini və siyasətçilərini də üstələyiblər.

Andrey Piantkovski

Aleksandr Tsipko da məqaləsində bu məqama toxunaraq qeyd edir ki, bu müxalifətin erməni canfəşanlığı nə Rusiyanın siyasi maraqları, nə beynəlxalq hüquq, nə də adi humanizm, insanlıq anlayışları ilə uyğun gəlmir: “Mən Qarabağ münaqişəsinin 10 illiyilə bağlı İrəvana dəvət olunanda, oradakı bir çox erməni ziyalılar Azərbaycanla müharibənin yenidən başlamaması üçün kompromisə gedilməli olduğunu deyirdilər. Ancaq onların sözlərinə görə, parlamentdəki Qarabağ lobbisi buna imkan vermirdi. Əslində, bizim özlərini qərbpərəst adlandıran inteligensiya müharibəni qiymətləndirərkən 1989-1994-cü illərdə öz evlərini və torpaqlarını itirən sadə azərbaycanlıların faciəsilə hesablaşmalıydılar. Məsələn, Andrey Piontkovski (müxalif siyasətçi, jurnalist-red.) üçün azərbaycanlıların gördükləri zülm elə də böyük zülm deyilmiş: “Əlbəttə 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağın öz müstəqilliyini elan etməsindən sonra öz evlərini tərk edən azərbaycanlılara görə təəssüflənirəm. Lakin başqa cür, yəni azərbaycanlılar yaşayan 7 rayonu özünə birləşdirmədən Dağlıq Qarabağın erməniləri özlərinin təhlükəsizliyini təmin edə bilməzdilər.” Mən liberal müxalifətin ən parlaq təmsilçilərindən olan Piontkovskinin bu sözlərini eşidəndə şoka düşdüm. Bu, necə mümkündür? Belə çıxır ki, azərbaycanlıların əzabı, qonşu ermənilərin öz təhlükəsizliklərini təmin etmək hüququ və heç kimin yaşamadığı “təhlükəsizlik zolağı” yaratmaq istəyilə müqayisədə heç nədir? Rusiyanın Qarabağ münaqişəsindən məsafə saxlamasına etiraz edən liberal inteligensiyanın böyük qisminin bu mövqeyi həmin şəxslərin əsl kimliyini ortaya qoydu...”

Bu “liberalları” rasizmdə, irqçilikdə günahlandıran rusiyalı politoloq məqaləsində bildirir ki, onların baxışları ilə gerçək liberalizm arasında heç bir əlaqə yoxdur: “Andrey Piontkovskiyə görə, azərbaycanlılar ermənilərdən fərqli olaraq, təhlükəsizlik hüququna malik deyillər..."

Aleksandr Tsipko daha sonra Qarabağ məsələsinin qanlı müharibəylə nəticələnməsində azərbaycanlıların deyil, ermənilərin günahkar olduğunu yazır. Və bu zaman Rusiya idarəçiliyində ən nüfuzlu ideoloqlardan biri olmuş, həmçinin ermənipərəstliyilə tanınan Yevgeni Primakovun 1990-cı illərdə Levon-Ter Petrosyanla baş tutan dialoqunu açıqlayır: “Yevgeni Primakov 1990-cı illərin əvvəllərində ABŞ və Qərblə razılaşmışdı ki, 7 rayonun qaytarılması müqabilində onlar Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərlər. Bu razılaşma barədə Primakov Ter-Petrosyana məlumat vermiş və xəbərdarlıq etmişdi: “Realist olun, nəzərə alın ki, azərbaycanlılar gözləməyi və işləməyi bacarırlar. 10, 20, 30 il keçəcək, onlar güc toplayacaq və hər şeyi geri alacaqlar.” Lakin Ter-Petrosyan Primakova cavab vermişdi ki, Qarabağdakı səhra komandirləri buna imkan vermirlər və əgər onlar buna razılaşsalar, “küçə onları süpürüb atacaq”. Bizim liberal ziyalıların bir qismi Dağlıq Qarabağdakı münaqişəyə məhz 1989-1994-cü illərdəki səhra komandirlərinin gözü ilə baxırlar.”

Yuliya Latınina

Daha sonra başqa bir liberal müxalifətçi Yuliya Latıninanın mövqeyinə toxunan Tsipko, onun fikirlərinin daha dəhşətli və qəbuledilməz olduğunu yazır: “Latınina hesab edir ki, Azərbaycanın 1990-cı illərdə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını geri qaytarmasına nəinki haqq qazandırmaq olmaz, ümumiyyətlə bu, cinayətdir. O, hesab edir ki, Rusiya Qarabağda strateji məğlubiyyətə uğrayıb. Belə ki, bununla da islam dini fanatizmi Rusiya da daxil olmaqla, regionda güclü dəstək almış oldu. Ancaq mən bunun əksini düşünürəm. Rusiyanın Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini dəstəkləməsi Rusiyadakı türk xalqları tərəfindən xoş qarşılanacaq. Əgər, Tanrı göstərməsin, Rusiya bu müharibədə Ermənistanın tərəfində savaşsaydı, biz Rusiya Federasiyasındakı türk xalqlarında separatizm meyllərinin güclənməsinin şahidi olardıq, həmçinin, Orta Asiya respublikalarında anti-Rusiya əhval-ruhiyyəsi baş qaldırardı... Rusiyanın Ermənistan tərəfində savaşması ilə rus əsgəri sadəcə, Ermənistanın Azərbaycandan qopardığı 7 rayonu əlində saxlaması üçün həlak olacaqdı. Ancaq Ermənistanın regionda sülhü bərqərar etmək şansı vardı. Bunun üçün Azərbaycanla kompromisə getməli və 7 rayonu qaytarmalı idi. Lakin Ermənistan bu imkanı qaçırdı.”

Tsipko xüsusi vurğulayır ki, ermənipərəst rusiyalı siyasətçilərdən fərqli olaraq, Rusiya əhalisinin böyük əksəriyyəti rus ordusunun Ermənistan tərəfində vuruşmasının əleyhinədir: “Sorğular göstərir ki, xalqın böyük əksəriyyəti Putinin Dağlıq Qarabağ münaqişəsindən məsafə saxlamasını dəstəkləyir. Rusiyalıların 72 faizi azərbaycanlılarla ermənilərə eyni münasibət bəsləyir.”

Ümumiyyətlə, Azərbaycanın haqlı möıvqeyini müdafiə edən müəllif qeyd edir ki, Rusiyada Ermənistanın işğalını dəstəkləyən və Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinin əleyhinə çıxanlar Rusiyanın gerçək siyasi maraqlarını dərk edə bilmirlər: “Avropanın liberal dəyərlərini təbliğ edən bu şəxslər əslində, sevinməlidirlər ki, Rusiya rəhbərliyi bu dəfə hüququn aliliyinə riayət etdi və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa hüququnu tanıdı. 1989-1994-cü illərdə Azərbaycanın 7 rayonunun Dağlıq Qarabağa birləşdirilməsi isə nəinki qanunsuz, həmçinin insani baxımdan əxlaq qaydalarına zidd idi”.

C. Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Geber 2020-12-12 15:53:57

Hörmətli Cəlal Məmmədov barənizdə son vaxtlar deyilən tənqidi təriflərin səbəbi , mövzu açmaq bacariqi , ətrafdaki hadisələrin nəbzini istənilən krmövzu ilə də uzlaşdirmaq istedadiniz sistemli intuisiyanizin simvollari dəyişmək kimi cəsarətli bir təsfirdir . Hamiya taniş bir xitab : Salam məşədi _-sağliğin _az çox da yenə ? _-qəzet almiş haci Əhmə də : Bəxtiyar Vahabzadə yazirdi , ki xalqimiz sözvərzdir incə hissiyati vardir . Klassikin qisa bir “ qəzet almiş Haci Əhməddə nidasi ! o vaxtki duruma qisa simvolik kitab qədər təsffirdir . Əgər Haci Əhməd tutaq , ki yeni azərbaycanli 90 –ci illərin axirlarindan Musavat qəzetini almişsa deməli cəmiyyətdə nə isə baş verəcək və yaxud gözləntilərə rəğmən əsrin əvvəlində qəzet alibsa , indi almirsa deməli ümüd haci pivəsinə qalib . Musiqinin yüksək coşqusu sükütdür , rusca pauza azanin coşqusu səsə gəlıənin sükütüdur mersedeslə gəlib ya piyada bu iki kəsin duasi biri birinə ziddirmi ? biri birinə yem olmaqlarinami yüklınib ? Məqalənin döyünən nəbzi incə sükütün haci kə

vuqar 2020-12-12 15:43:59

Diqqətlə dərin tarixə və hadisələrə baxanda görərikki əslində Azərbaycana ən böyük düşmən təhlükə elə Rusiya hökumətidir .Cürbəcür fitnə araqarışdırma ilə bu coğrafiyanı həmişə qarişdirir.ALLAH fitnə planlarini başlarina çevirsin Rusiya Ermənistandanda bizə çox təhlükədi

OQTAY 2020-12-11 20:05:21

Bunlarin aldiqi nefesde yalandir.Eger o,gorba-gor Primakov,deseydi ki,7 rayon verilsin,o deqiqe verilerdi,yalan palan dansirlar.Bizim iqid Ordumuz ermeni mexluklari ve rusun uzerinde qelebe calmisdir!!!

Eldəniz 2020-12-11 19:34:37

Xristian təəssüfkesleri yenə öz ampulasindadirlar ....

Rüstəm 2020-12-11 19:28:20

Russiyanı ruslar idarə etmir

Xalq 2020-12-11 19:22:38

məncə rusa etibar etmək ağılsızlıqdır, rusun min dili və min açarı var. Özünüz gördünüz ki, rus bircə güllə atmadan, bircə əsgəri ölmədən Qarabağa girdi və orada bizə ağalığa başladı.

t.ədalət 2020-12-11 16:13:06

Primakov bir türk qatili idi.Azərbaycandan olanəlaltıları ilə birlikdə İraqda terrorçu kürdlər hazırlayıb Türkiyənin ərazilərinə atırdı.Lənətə gəlmiş Primakov 20 Yanvarda Bakı Qətliamına rəhbərlik edirdi.Onun adını çəkmək özü xətadır.Onun goruna min lənət olsun!

Roma 2020-12-11 15:59:47

Görün bu Rusiya siyasiləri nə qədər insani hisslərdən uzaqdırlar və birtərəfli mövqe tuturlar, Cəmi 60-70 min ermənidən ötrü 800-850 min Azərbaycanlının yurd yuvasından qovulması, qovulanda da başlarına min bir oyun gətirilməsi bunların veclərinə də deyil.

Son yazılar