İRANDA BAYRAĞIMIZA NÖVBƏTİ SAYĞISIZLIQ - "Bu, paniranistlərin xəbis, miskin xislətindən qaynaqlanır"

Son illərdə Azərbaycan rəsmilərinin İrana səfərlərində tez-tez bayraq qalmaqalı yaşayırıq. Sonuncu belə hadisə xarici işlər naziri Ceyhun Bayramovun qonşu ölkəyə səfəri zamanı baş verdi. Əvvəlki illərdə bir neçə dəfə şahidi olduğumuz hadisə yenidən təkrarlandı. Nazirimiz iranlı həmkarı ilə görüşü zamanı Azərbaycan bayrağının qırış olduğunu görərək, bayrağın yanında deyil önündə dayanaraq foto çəkdirib. Bu da medianın diqqətindən qaçmayıb.

Hətta belə fikirlər də dolaşır ki, Azərbaycan bayrağı ümumiyyətlə asılmayıb, C.Bayramovun sərt etirazlarından sonra tələm-tələsik qırış bayraq gətirib asıblar. Bütün bunlar da haqlı olaraq, ölkə ictimaiyyətində ciddi narazılıqla qarşılanıb, sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Belə təkliflər var ki, bundan sonra İran səfər edən rəsmilərimiz özləri ilə üçrəngli bayrağımızı da aparsınlar.

Qeyd edək ki, Cavad Zərif Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında Bəxtiyar Vahabzadənin şerindən bir parça söyləməsindən də narahat olub. Bunun İranın torpaq bütövlüyünə yönəldiyini iddia edib. Sanki Türk dünyasının lideri hansısa şeri söyləmək üçün bundan icazə almalıymış...

Politoloq Elçin Mirzəbəyli İranda bayrağımıza edilən hörmətsizliklə bağlı musavat.com-a deyib: “Allah Mirzə Ələkbər Sabirə rəhmət eləsin, zamanında çox gözəl yazıb: “Ağladıqca kişi qeyrətsiz olur. Necə ki, ağladı İran oldu”. Bu iki misranın dövlət bayrağımıza münasibətlə bağlı konkret hadisələrə aidiyyəti olmasa da, İranın siyasi hakimiyyətinin daxilindəki bəzi ultramillətçi, panfarsist, panariist dairələrin mahiyyətini əks etdirir. Belələri üzdə qətlə yetirilən günahsız müsəlmanlar üçün göz yaşları tökdüklərini nümayiş etdirir, arxada isə ultraradikal millətçi təfəkkürlə elə həmin müsəlmanları qətlə yetirənlərə, soyqırımına məruz qoyanlara dəstək verirlər. Bu adamların təfəkkürü hələ də Firdovsinin şeirlərindəki əfsanə və nağıllardan sıyrılıb çıxa bilməyib və bu səbəbdən də, hələ də 1 qəpik dəyəri və heç bir perspektivi olmayan paniranizm geosiyasi konsepsiyasının arxasınca sürünməyə davam edirlər. 

İran İslam Respublikasında keçirilən müxtəlif səviyyəli görüşlərdə Azərbaycan bayrağına olan münasibət, çox güman ki, bu ölkənin müxtəlif dövlət strukturlarındakı paniranistlərin xəbis, cılız, miskin xislətindən qaynaqlanır. Bu məsələdə, Azərbaycan diplomatlarının da müəyyən qədər məsuliyyət daşıdığını düşünürəm. İranda bilmirəm, amma bütün sivil dövlətlərdə belə məsələlərlə protokola cavabdeh olan qurumlar, yaxud şəxslər məşğul olurlar. 

Nəzərə alsaq ki, Azərbaycan bayrağı ilə bağlı təxribata və sayğısızlığa yol verilməsi faktı ilk dəfə deyil ki, baş verir, o zaman Tehrandakı səfirliyimiz bu məsələ ilə bağlı daim həssaslıq nümayiş etdirməli, ən azı belə görüşlərdən öncə vəziyyəti dəyərləndirməli və çevik reaksiya verməlidir. Hesab edirəm ki, Azərbaycan diplomatları, yüksək vəzifəli məmurları İranda keçirilən görüşlərə Azərbaycan bayrağı və fars dilində onun necə asılmasını anladan, nümayiş etdirən materiallar aparmalı və təqdim etməlidirlər. Adətən Azərbaycan bayrağının yaşıl zolağının yuxarıda olmasını dini amillərlə əlaqələndirirlər. Bu da təbii ki, absurd və gülünc yanaşmadır. Bayrağın əzik bir şəkildə asılması isə sayğısızlıq kimi də qəbul edilə bilər. Ola bilsin ki, bəziləri bunu qəsdən etmirlər, səviyyələri, dünyagörüşləri bu qədərdir. Yəni belə hallarda hər faktla bağlı özünə görə dəyərləndirmə aparmaq lazımdır”.

AzPolitika.info

635x100

Şərhlər

Veteran 2021-01-14 23:21:46

Yerindəcə irad bidirmək lazım idi.Mən başa düşə bilmirəm nədən susulub...

Xalx 2020-12-13 13:25:18

İnanmıram ki, iran bunu bilərəkdən etsin... Səviyyələri budur... iran dövlət adamlarının geyiminə baxın. şalvar ~paltar larını da ütüsüz geyinirlər.

Xələf Xələfova dair 2020-12-13 11:09:26

Hörmətli redaksiya, məqalənizdə haqlı olaraq qeyd edirsiniz ki, "Tehrandakı səfirliyimiz bu məsələ ilə bağlı daim həssaslıq nümayiş etdirməli"dir. Amma səfir Bunzad Huseynov hansı dövlətə qulluq etdiyini çox tez-tez səhv salır, Səfir cənabları vaxtının çox hissəsini İranın Azərbaycandandakı proyektlərinə lobbiçiliklə keçirir, dayanmadan gecə-gündüz işçilərini və digər dövlət qurumlarının beynin i İran-Azərbaycan dosltuğuna dair hekayələrlə doldurmaqla məşğul olur. Bunyad Huseynovun pərdəarxası dirijoru isə nazir müavini Xələf Xələfovdur, bəli-bəli, məhz Xələf Xələfov. Yeri gəlmişkən, səfir Bünyad Hüseynov Xələf Xələfovun çox yaxın qohumudur....

Cəmşid Dərələyəzli 2020-12-12 16:19:54

İran xarici işlər naziri Cavad Zərifin Türklərə və Azərbaycanlılara qarşı safı bəlli. Lakin hər halda Azərbaycan diplomatları nəyin ki İran, getdikləri bütün ölkələrdə bu sayqısızlığa qarşı diqqətli olmalı və yeri gələndə iradını belə bildirməlidir. Əks halda belə bir mənzərə kimliyindən asılı olmayaraq diplomatlarımız acısından zəiflik və qətiyyətsizlik əlamətidir. Yəni, Diplomat ilk öncə getdiyiyi ölkələrdə görüş zamanı atributuna diqqət yetirəcək, ikincisi isə o atributun harasında durmağını biləcəkdir. Yəqin ki, Çehun müəllimi zorla bayrağımızın yanında yox, qarşısında dur deməyiblər

Kələntər 2020-12-12 13:35:35

C.Bayramov ara məsafəsi gözlədiyi üçün bir qədər kənarda dayanıb.

Son yazılar