Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilib.
Musavat.com bildirir ki, bu fakt Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurub. Bu, sülhməramlılıqdan daha çox, intriqaməramlılıqdır, həddini bilməməkdir.
Bizim suveren ərazilərimizdə qərar tutmuş Rusiya sülhməramlıları bir zəhmət, Rusiya ərazisindəymiş kimi əlini-qolunu sallayaraq gəzmə lüksündə bulunmasınlar. Yoxsa günaşırı bir "xəritə" cızma-qara etməklə özlərində üstün yetki olduğu zənninəmi qapılırlar? Dövlət rəhbərlərinin imzaladığı Bəyanatın mətn-mündəricəsindən, məna-məzmunundan və fəlsəfəsindən, ruhundan fərqli davranış yolverilməzdir. Biz sadəlövh deyilik, belə davranışların artıq təsadüf olmadığı Gün kimi aydındır, bunlar ən azı tendensiya - mənfi tendensiya xarakteri daşıyır və dərhal çəki-düzən tələb edir.
Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kim verdiyini sual edir. Belə pozuntu hər hansı dövrdə, hər hansı vasitəçiyə, sülhməramlıya başucalığı gətirməz, onu etibarsızlaşdırar.
Xəritələrlə manipulyasiya və Rusiya sülhməramlıları tərəfindən səlahiyyət çərçivəsini aşan hərəkətlər Rusiyanın öz öhdəliklərini pozduğunu açıq-aydın göstərir.
Sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Rusiya sülhməramlıları fəliyyətini öz öhdəliklərinə uyğun qurmalıdırlar. Buna borcludur - hüquqən də, mənəvi cəhətdən də, imici xatirinə də.
qurmağa borcludur - hüquqən də, mənəvi cəhətdən də, imici xatirinə də.
Bəlli olduğu kimi, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində gizlənmiş erməni terrorçuları bugünlərdə Ordumuzun əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar edib, nəticədə ölən və yaralananlar var. O da bəllidir ki, Azərbaycan Respublikası bundan öncə həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə belə hallar baş verəcəyi təqdirdə ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edib. Ali Baş Komandanımız vətəndaşlarımıza qarşı hücumlara, qanunsuzluqlara on qat artıq cavab veriləcəyini deyib.
Dövlətimizin gördüyü müvafiq tədbirlər - keçirilmiş zəruri əməliyyatlar sonucunda hazırda Köhnə Tağlar və Çaylaqqalaya biz nəzarət edirik. Zatən adil olan, düzgün olan da budur: öz torpağımızdır. Əgər bizə qarşı yeni təxribat, pozuculuq halları baş verəcəksə, sərt cavabımız şərt olacaq.

Rusiya sülhməramlılarının bu gecə yaydıqları yeni xəritə - bunun əsl adı özbaşınalıq!
Buna görə də hesab edirik ki, Rusiya sülhməramlılarının hazırlayıb yaydığı xəritə qeyri-realdır və ona qısa zamanda düzəliş edilməsinə ehtiyac var. Bir daha belə yanlışa yol verilməməlidir. O yanlışın şüurlu, yaxud şüursuz edilməsindən asılı olmayaraq...
Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır.

10 noyabrda razılaşdırılmış xəritə
Azərbaycan ictimaiyyəti müharibə dövründə Rusiyanın Ermənistanı intensiv şəkildə silahlandırmasını yaxşı xatırlayır. Bu ilin iyulunda Tovuz istiqamətində dövlət sərhədində baş verən hadisələrdən sonra, eləcə də, 44 günlük müharibə dövründə Rusiyanın Ermənistanı ən müxtəlif marşrutlar üzrə intensiv şəkildə silahlandırdığını bütün aləm bilir. Bilirik ki, Ermənistan, döyüş sahəsindən uzaqdakı Gəncə, Bərdə şəhərlərimizi məhz Rusiyanın verdiyi (bağışladığı, satdığı) yeni silahlarla raket atəşinə tuturdu. Tuturdu ki, körpələr, qadınlar, qocalar, ümumən mülki əhali həlak olsun...
Rusiya böyük qonşudur, bunu dərk edirik, amma Rusiyada da dərk etməlidirlər ki, qədim mədəniyyətə, o cümlədən dövlətçilik mədəniyyətinə malik xalqın dövlətini balaca görmək, xor görmək lazım deyil.
Əgər kimlərsə Rusiyanın Gürcüstan, Ukrayna, Moldova və başqa ölkələrdə gerçəkləşdirdiyi planları Azərbaycanda da təkrarlamaq sevdasındadırsa, bu sevdadan əl çəkməlidirlər. Alternativlərdən ən yaxşısı budur...
Görünür Rusiyada müəyyən dairələr dekabrın 10-da Bakıda keçirilmiş Qələbə paradında Rusiyanın Ermənistana hədiyyə etdiyi, amma Azərbaycan Ordusu tərəfindən götürülmüş və ya məhv edilmiş texnikanın nümayişini həzm edə bilmir.
İstisna deyil ki, həmin dairələr Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakından da bərk qıcıqlanıblar. Qıcıq olmaq lazım deyil, düzgün dəyərləndirmək lazımdır.
Lazımdır ki, Rusiya Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, ümumən regiondakı fəaliyyətində Azərbaycan xalqının köklü maraqlarını nəzərə alsın. Əgər belə olarsa, özünə zəhmət verib, qeyri-siyasi məsələləri də siyasət malzəməsi yapmaq zəhmətinə qatlanmazdı.
Örnəyi, Rusiyada anlamalıdırlar ki, (bəzi digər ölkələrə qarşı olduğu kimi) Azərbaycandan ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq olunması ilə hansısa fövqəladə sonuçlara vara bilməyəcəklər. Rusiyada bazarların ilmüdam keyfiyyətli meyvə-tərəvəzlə təminatına görə bizim iş adamlarına minnətdar olmaq yerinə, olduqca bəsit, sanitar-epidemioloji tələblərlə pərdələnmiş süni əngəl mexanizmi düşünüblər. Yanlış ediblər.
Rusiyanın müəyyən və qeyri-müəyyən qüvvələri başa düşməlidir ki, Azərbaycana qarşı atılan hər bir addımın acısını Ermənistan çəkəcək. Yəni uhulətsiz, suhulətsiz yöntəmlərə çox baş vurmasınlar.
Bir sözlə, bu məşum proses sonucda Rusiyanın Azərbaycandakı olan-qalan imicinə zərbə olacaq - özü də böyük zərbə...

Şərhlər
O xəritələri.....,onların ağzına soxub, Azərbaycandan RƏDD etmək lazımdır. XALQ-ORDU-RƏHBƏR birliyi bunu bacarar.Hec nədən çəkinmək lazım deyil.Daha yetər. n
O xəritələri .....onları Azərbaycandan rədd etmək lazımdır. Onsuzda bunlara görə bizə Dünyanın aparıcı ölkələri bizədün dünyada bizi s
Rusun kimliyi və şovinizmi bəşəriyyətə bəllidir. Ordumuz və Qarabağın təhlükəsizliyinə cavabdeh qurumlar, azad olunmuş rayonların komendantları gərək buna yol vermələrini qoymayalar. Niyə rbusdan gileylənirik. Olmaz! Qalib ordu və dövlətik rusların hər bir addımı nəzarətimizdə olmalıdır.
Qarabağa göndərilən rus ordusu niyə Yerevan üzərindən göndərildi və niyə Rüstəm muradov ilk olaraq Yerevanda Ermənistanın müdafiə naziri ilə görüşdü?Axə Gəncədən Qarabağa 70,Evlaxdan 50 km məsafə,Yerevandan isə 399 km. dir.Deməli ən rahat sadə .uciz yolu qoyub uzaqdan gəlməkdə məqsəd olub.bBununla niyə maraqlanan olmur?Elə bu həmin "sülhməramlıların" məramını bəlli etmirdi?kBakıdan v b
Qozbeli qəbir düzəldər. Rusiyanın Azərbaycana münasibəti tarixən bəllidir. Ona görə də fürsətdən istifadə edib Qarabağa dürtülən Rusiyadan sülhməramlı adına uyğun fəaliyyət bəkləmək sadəlöhflük olar. Ona görə də daima Rusa Qarabağdkı funksyasını xatırtlatmaq klazımdır. Ki, getdi o dövr ki, istədiyin zaman bu torpaqları erməniyə, farsa peş çəkəısən. Adam balası kimi dur yerində, adına uyğun funksyanı yerinə yetir. Yəni ermənilər qədər də azərbaycanlılarla da ilgilən. Sənin statusun dilimitiyasiyasız xəritə çəkmək deyil.
Xalqimiz heç vaxt Rusiyaya inanmayib. İndi də heç kim istəmirdi ki, rəhmətlik prezidentimiz Ə.ELÇİBƏYİN o qədər çətin zamanlarda qovduğu ordunu yenidən başimiza bəla etsin. q
Rusun ora girməyinə imkan vermək lazım deyildir. Zorla istəsə onlarla da ölüm-dirim savaşına girmək lazım idi,çünki biz tək deyilik. Və millətimizə qarşı davam edən 200 illik terrora birdəfəlik son qoymaq lazım idi. İndi neçə ki rus oradadır müharibə qurtarmayacaq. İstənilən akta qol çəkəndə millət xalq ilə məsləhətləşmək lazım idi. Ağıl ağılda üstün olur kimliyindən asılı olmayaraq.
rus "sülhməramlıları" rədd ol çıx get Azərbaycanın Qarabağ bölgəsindən!
Dünyanın heç bir ölkəsində Rusiyanın imici qalmayıb.Azərbaycanda da anası erməni və digər xristian olanlar Rusiyaya sevdalıdırlar.Rusiya deyəndə,ilk olaraq göz önünə fırıldaq,terror və xəyanət gəlir.Ona görə də Putinə inanmaq sədəlövhlükdür.Onun Qarabağ ərazisində törədəcəyi fitnə -fəsadlar o qədər çox olacaqdır ki,nəinki xəritə,ola bilsin ki,digər sahədə ondan da betərinə rastlaşacağıq.
Qarabaqa ermənilər qayidir.Bəs azərbaycanli qacqinlar nə vaxt qayidacaq?