"QARABAĞDA TƏXRİBAT TÖRƏTMƏYƏ HAZIRLAŞIRLAR" - "Onlar kifayət qədər nüfuzlu insanlardır və..."

Ermənistanda Dağlıq Qarabağda Rusiya ilə Azərbaycanın toqquşmasında maraqlı olan qüvvələr var.  Virtualaz.org bildirir ki, bunu Rusiyanın “İnfo24” nəşrinə hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, bu məqsədlə regionda Rusiya sülhməramlılarının yerləşdiyi zonada təxribatlar törətməyə cəhd edə bilərlər.

"Yerevanda və onun hüdudlarından kənarda müəyyən dairələr var ki, onlar Rusiya və Azərbaycanı hansısa təxribat törətməklə üz-üzə qoymaq istəyirlər. Onlar kifayət qədər nüfuzlu insanlardır və yaxşı mövqelərdədirlər. Onlar Moskva və Bakını üzbəüz toqquşdurmaqda və bu bulanıq suda öz balıqlarını tutmağa çalışmaqda maraqlıdırlar. Məhz buna görə də "Dağlıq Qarabağ respublikası"nın statusu məsələsi yenə də ortaya çıxır, halbuki artıq bu barədə söhbət getməməlidir. Əlbəttə ki, bütün bunlar boş yerdən ortaya çıxmır. Erməni mühitində və erməni lobbiçiləri arasında hələ də bu kartla oynamaq istəyən müəyyən maraqlı qüvvələr var. Elə görünürdü ki, bu kart 44 günlük müharibənin nəticələrinə görə artıq çoxdan vurulub, lakin bu məsələ yenidən qaldırılır. Bu, vəziyyətin gərginləşməsini istəyən müəyyən qüvvələrin olduğu barədə fikirlər yaradır”, - deyə İ.Korotçenko bildirib.

İqor Korotçenko həmçinin güman edir ki, Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə Rusiya, Ermənistan və Azərbaycanın imzaladığı üçtərəfli Sazişin şərtləri yenidən nəzərdən keçirilməyəcək: "Hər halda Paşinyan onların təftişini həyata keçirmək niyyətində deyil. Mən belə başa düşürəm ki, bu müzakirə olunanda və Putin ilə Paşinyan arasında telefon danışıqları olanda erməni baş naziri anlayıb ki, imzaladığı bütün işləri yerinə yetirəcək. Əslində, belə də oldu. Odur ki, Putinin böyük auditoriya qarşısında söylədiyi fikirlər Paşinyanı dəstəkləmək deyildi, amma Kreml ən azı onun boynuna gir bağlamaq və Paşinyanı dənizin dibinə göndərmək məqsədi güdmürdü. Bu yox idi. Paşinyana Kremlin bu cür münasibətinin nə qədər davam edəcəyi isə başqa məsələdir. O, çıxılmaz vəziyyətdədir... İndi onun qarşısında Moskva ilə bağlı loyallıqla (ən azı xarici) təmin oluna biləcək siyasi mənada sağ qalmaq məsələsi durur. Bu cür loyallığın elementlərindən biri üçtərəfli sazişin yerinə yetirilməsidir. Buna görə də istəsə də, istəməsə də, Paşinyan onu hər halda, yerinə yetirəcək".

635x100

Şərhlər

Veteran 2020-12-17 23:37:04

Təkcə belə təxribatşılar Ermənistandamı var?Bəs Rusiya,Elə Lavrov və onun kimi yüzlərlə KREMLDƏ illərdir oturub bütün xalqları bir- birinə qırdıranlar azdırmı? İNŞALLAH az qalıb belələrinin gorbagor olmağına.

oxucular, bu videoya baxin ! 2020-12-17 16:59:26

Bu videoya mutleq baxin : https://www.youtube.com/watch?v=jQ-qE2q_BrM

Cəmşid Dərələyəzli 2020-12-17 13:07:56

İqor Korotçenko “İndi Paşinyanın qarşısında Moskva ilə bağlı loyallıqla (ən azı xarici) təmin oluna biləcək siyasi mənada sağ qalmaq məsələsi durur”. Düzgün fikirdir Ona görə də kim nə deyir desin Paşik bu sazişə əməl etmək məcburiyyətindədir. Əks halda onun sonu gələr. Özü cəhənnəm, ermənilərin sonu gələr. Qaldı muxalifətin onu istefaya göndərməsi çabasına bu da olmayacaq. Çünki, belə olanda Paşik bu halda yenə də özünün ölüm fərmanının vermiş olar. O ki qaldı meydanda onu istefaya səsləyən kütləyə, onların əksəriyyəti Qarabağ ermənilərdir. Yerli ermənilərin də ola bilsin bir hissəsi qatılır. Amma onlar da ayazıyıb meydandan çəkiləcəklər. Çünki, onlar yaxşı bilrlər ki, Qarabağ onlara bədbəxtçilkidən başqa heç nə vermədi. Onlar indi irəliyə baxmalı, Türküyə və Azərbaycanla münasibbətləri yaxşılaşdırmaq əlaqələr fikirləşməlidirlər.

t.ədalət 2020-12-17 09:56:04

Heç ermənistan bu haqda düşünmür də.Bu,Putinin düzüb-qoşduğu plandır.Razılaşmanı pozmaq üçün öz vertalyotunu qəzaya uğratdığı kimi Yuxarı Qarabağda da bir təxribat törədəcək.Sonra da açıq surətdə işğalçılığını davam etdirəcək.Bizim səhvmiz üzündən,yəni nəzarətsiz buraxdığımıza görə Rusiya Xankəndinə kifayət üədər hərbi sursat gətirdi.Biz,istər hava,istərsə də quru yolu ilə Rusiyanın gətirdiyi yükləri,lazım gələrsə xarici ölkələrin iştirakı ilə nəzarət altına almalıyıq.Elə etməliyiuk ki,Rüstəm Muradov "Ararat"Ⅶ konyakından vurub üstümüzə gələndə əlinin altında az sursat olsun.

Son yazılar