PUTİNİN YENİ QARABAĞ MESAJLARI NƏ VƏD EDİR?- Azərbaycan daha ehtiyatlı olmağa məcburdur...

Vladimir Putin bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında Qarabağdan da danışdı. Rusiya prezidentinə hazırda bölgədə yaranmış vəziyyət, status məsələsi və 10 noyabr Bəyanatının qeyri-müəyyən məqamları ilə bağlı sual ünvanlandı. Bir daha məlum oldu ki, Rusiyanın mövqeyi ilə Azərbaycanın mövqeyi arasında üst-üstə düşməyən, hətta diametral şəkildə zidd məqamlar var.

Üçtərəfli sənədin imzalanmasından bəri Azərbaycan ictimaiyyətində əsas sual bu idi ki, erməni silahlı qüvvələri nə zaman ölkə ərazisindən çıxarılacaq?

Çünki Bəyanatın 4-cü maddəsində belə bir cümlə var: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.

Azərbaycanda mütləq əksəriyyət bu maddəni belə anlamışdı ki, Rusiya sülhməramlıları əraziyə yerləşdikdən sonra erməni silahlı qüvvələri oradan çıxarılacaq. Hakimiyyət rəsmi səviyyədə bu barədə hər hansı izahatla çıxış etməsə də, erməni silahlılarının Qarabağda qalacağına dair də heç nə deyilməmişdi.

İndi Putinin sözlərindən belə məlum olur ki, erməni silahlı dəstələri – əslində işğal qüvvələri Rusiya sülhməramlılarının cavabdeh olduqları zonada qalacaqlar.

Çünki Rusiya prezidenti 4-cü maddəyə deyil, 1-ci maddəyə istinad etdi. Orada yazılıb: “10 noyabr 2020-ci il tarixində, Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar”.

Yəni atəşkəs qüvvəyə mindiyi anda kim harada dayanmışdısa, orada da dayanmağa davam edəcək, özü də qeyri-müəyyən müddətə…

Sual yaranır: əgər erməni silahlı qüvvələri Azərbaycan ərazilərinin bir hissəsində qalırsa və nə zaman oradan çıxarılacaqları məlum deyilsə, onda Dağlıq Qarabağ münaqişəsinin artıq öz həllini tapmasından, tarixə qovuşmasından necə danışmaq olar? Bu barədə birmənalı pozitiv açıqlamalar verənlər, yumşaq desək, bir qədər tələsib.

Putin onu da bildirdi ki, Dağlıq Qarabağın statusu dəyişməz qalmalı və bu məsələ gələcəyə buraxılmalıdır. Yəni müharibədən sonra formalaşmış hazırkı status-kvo dəyişməməlidir.

Noyabrın 10-da imzalanmış üçtərəfli sənəddə statusla bağlı hər hansı müddəa yoxdur.

Azərbaycan prezidenti bu faktı belə şərh etmişdi ki, artıq status cəhənnəmə getdi, yəni bu məsələ bir daha gündəmə gəlməyəcək və müzakirə-mübahisə mövzusu olmayacaq. Lakin Putinin sözlərindən onu anlayırıq ki, Rusiya status mövzusunu qapanmış saymır, sadəcə, indiki mərhələdə gündəmə gətirməyə lüzum görmür, təxirə salır. Niyə?

Çünki status məsələsinin bu və ya digər şəkildə həlli – yəni ermənilərə hər hansı status verilməyəcəyi, yaxud tam əksinə, onlara hansısa statusun veriləcəyi qəti şəkildə dəqiqləşsə, problem həllini tapmış olacaq. Rusiya isə problemin qəti həllində (nə Azərbaycanın, nə də Ermənistanın xeyrinə) maraqlı deyil və bu məsələni tərəflər üzərində basqı aləti kimi əlində saxlamaq istəyir. Məsələ həll olunsa və münaqişə gerçək anlamda tarixə qovuşsa, o zaman bölgədə Rusiyaya, onun sülhməramlı (?) roluna ehtiyac qalmayacaq.

Bu kontekstdə müsbət məqam kimi onu qeyd edə bilərik ki, Putinin beynəlxalq hüquq baxımından Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha vurğulaması önəmlidir. (Bunu daha əvvəl də söyləmişdi.) Lakin bu, bütün risklərin aradan qalxdığı anlamına da gəlmir.

Rusiya vaxtilə Abxaziya və Cənubi Osetiyanı Gürcüstan, Krımı Ukrayna ərazisi kimi tanıyırdı, sonrası məlumdur. Buradan o nəticə hasil olur ki, Azərbaycan Rusiya ilə münasibətləri mümkün qədər rəvan səviyyədə saxlamağa çalışmalıdır, bu istiqamətdə həssaslığını birə beş artırmalıdır, əks təqdirdə, xoşagəlməz sürprizlər yaşana bilər.

Azərbaycan hakimiyyəti – şəxsən prezident İlham Əliyev Rusiyanı çox yaxşı tanıyır, o, müharibədən əvvəl də öz siyasətində Rusiya amilini hər zaman nəzərə alıb, bu ölkəni təhrik edəcək, Azərbaycana qarşı aqressivləşdirəcək addımlar atmamağa üstünlük verib. Amma 10 noyabrdan sonra Rusiyanın təzyiq “rıçaq”ları artdığı üçün Azərbaycan indi əvvəlkindən daha ehtiyatlı olmağa məcburdur, yeni reallıqlar bunu tələb edir.

Ümumilikdə Moskva Qarabağ məsələsində yeganə moderator və arbitrə çevrilib. Hər hansı mübahisəli məsələdə son sözü o deyir, üçtərəfli sənədin müddəalarını tövsif etmək haqqı da ona aiddir.

Aydın olur ki, məlum Bəyanat hazırlanarkən Azərbaycan tərəfi lazımi qədər müzakirə aparmaq, hər cümlə, hər söz üzərində baş sındırmaq, etiraz və mübahisə etmək üçün yetərli zamana sahib olmayıb. Sənədin imzalanmasından saatlar əvvəl Ermənistan hava məkanında uçan Rusiya helikopteri Naxçıvandakı Azərbaycan ordu bölmələri tərəfindən vurulmuş və Rusiya Ermənistana əlavə hərbi qüvvələr göndərməyə başlamışdı…

Şahin Cəfərli, pressklub.az

635x100

Şərhlər

Eli 2020-12-24 21:52:26

Ereblerin bir sözü var deyir dünyada en asan iş nedir deyir başqasına ağıl vermekdir

Eli 2020-12-24 21:37:41

Putin be Rusiyya öz işleri ille meşğul olmalıdırlar ki Rusiyya elden getmesin onsuz da yaman gündedirler Bize Türkiyye ve TÜRK dünyası bes eleyer.Siz ay müellimler narahat olmayın her şey yaxşı olacaq ve taxşıdor İnşaallah.

Eli 2020-12-24 21:23:59

Ay hörmetli gözel insanlar sebrli olun iti hemişe öldürdme sürütdürübler zamanında her şey hell olacaq darıxmayın Rusiyya öz hayındadır O dünya ile savaşır onun axırına az qalıb ele olmasaydı biz bu qelebeye bu seviyyede nail ola bilmezdik.Onun dz sonuna sz aslıb sebr srbr bir de sebr.

həsən 2020-12-20 13:22:27

putinin etdiyi cığallıqlar cələcəkdə, məsələn sülh məramlılarən müddəti bitdikdə azərbaycanə təyziq vastələri olacaq. onagörədə bütün bu kimi halların qarşısı indidın alınmalıdır

Veteran 2020-12-19 23:40:02

Bu o deməkdir ki, Rusiyanın xarabalığa çevrilməsinin başlanğıcıdır.Onsuzda artıq xarabalıqdır. İNŞALLAH tezliklə onun da baş öz parçalanmağına qarışar?Lap az qalıb.

Veteran 2020-12-19 23:31:37

KÖHNƏ HAMAM ,KÖHNƏ TAS. NİYƏ BOLŞEVİK XOFU CANIMIZDAN ÇİXMIR? İÇİMİZDƏKİ XORTANLARDAN CANIMIZI QURTARMAQDA YENƏ GECİKİRİK

Moshu - ya 2020-12-19 17:16:17

DERHAL, MUTLEQ ve VAXT UZATMADAN, CHOX TEZLIKLE, Putinin " TEXRIBATMERAMLI, DIVERSIYAMERAMLI, ISHQALCHILIQMERAMLI " DESANT QOSHUNLARI CHIXMALIDIR Azerbaycan ERAZISINDEN. ...

Səlim 2020-12-19 15:26:23

Çox vaxtı biz həqiqəti, ədaləti, düzgünlüyü axtarırıq. Hərdən bu sözləri də eşidirik, dünya çox vaxt "cəngəllik qanunları" ilə idarı olunur. Bir maralın və ya ahunun meşədə tülkünün, çaqqalın, qurdun, pələngin, aslanın yanında ədalət axtarması, elə həmin yırtıcıların ədaləti öz düşündükləri prizmadan, baxış acısından qiymətləndirək. Nəticədə maralın düşdüyü vəziyyət və onu göləyən sonluq.... Burada maral ədalətin bərqərar olması üçün ya filin, kərkədanın yanında olmalı tərəf kimi, yada başından çox yüksəyə tullammalıdı. Amma tullananda yerə necə düşəcəyinidə hesablamalıdı ki, fəsadlar olmasın. Yada başqa bir variant kimi o qədər say üstünlüyünə malik olmalıdır ki, hətta aslan bunu görəndə təşvişə düşsün. Yoxsa ki, meşədə ədalət axtarmaq, "demokratik qanunlar", "beynəlxalq hüquq", beynəlxalq təhlükəsizlik " və s......? Bu hərdə işlətdiyimiz dünya" cəngəllik qanunları "ilə idarə olunur kəlamı gününüzdə işkətdiyimiz quzunu qurda tapşırmaq kimi bir şeydir.

Dr.AĞAOĞLU 2020-12-19 11:40:43

Putin müəllim STATUS məsələsini həmişə təkrar edir.

Moshu 2020-12-19 07:19:57

Milli qanunvericilik və beynəlxalq hüquq normaları səviyyəsində bu bəyanatın hansı hüquqi qüvvəyə malik olmasını kim bilirsə xahiş edirəm mən savadsıza onu izah eləsin. İstəyirsiniz bunun adını bəyanat qoyun, istəyirsiniz razılaşma qoyun adını nə qoyursunuzsa qoyun, əgər bir sənəd ölkənin Ali qanunvericilik orqanında təsdiqlənmirsə o “sənəd” adi bir kağız parçasından savayı bir şey deyil. Burada bir sovet dönəminin lətifəsi yadıma düşdü. Bir nəfər təzə çıxan vaxtı televizor alır, qonşular maraqlanır ki, bunun adı nədir, o isə cavabında deyir, görüm yaxşı göstərsə dədəmin adını qoyacam. Ona görə də “böyük rus qardaçımız” bu “sənəd”i elə də çevirir, belədə və üçüncü tərəf Rusiya onun müddəalarının tələblərini ona sərf edən səviyyədə izah verir. Putin son çıxışında bir daha vurğuladı ki, Qarabağ beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan ərazisidir və əlavə qeyd etdi ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar. Bu o anlama gəlmir ki, bu qüvvələr olduqları yerdə pərçimlənib oarada davamlı surətdə qalmaqda davam edəcəklər. Azərbaycanın buna hüququ çatır, çünki Qarabağ onun ərazisidir. Bu bəyanat ona görə qəbul edildi ki, ölüm-itim olmasın, bu qüvvələr atəşi dayandırsınlar və olduqları yerdə qalsınlar, yəni hücum dayandırılsın. . Qonşu dövlətin mənim ölkəmin ərazisində qalması hansı hüquqi normalara əsaslanır? Bəlkə bu əraziyə hansısa istənilən başqa dövlətin Silahlı qüvvələrini gətirsinlər? Bu bəyanat absurdda olsa Azərbaycanın ərazi bütövlüyünə təhdiddir, qəbulolunmazdır. Sülhməramlı qüvvələrin missiyası ifadəsinin özündən də görünür ki, bu missiya tərəflər arasında müharibəni dayandırır, əmin-amanlığı, sülhü təmin edir. Məs., Milli Məclisin qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinin İraqa, Əfqanıstana göndərilməsini yadınıza salın. Bu günkü reallıq ondan ibarətdir ki, BMT-nin mandatını almadan, özü özünə mandat verən bir ölkə öz nüfuzundan deyil, öz gücünə arxalanaraq öz Silahlı Qüvvələrini suveren dövlətin ərazisinə yeridir və öz qanunlarını bu ölkəyə diqtə edir. Bir daha təkrar olaraq soruşmaq istəyirəm, düşmən qonşu dövlətin silahlı birləşmələrinin mənim ərazimdə nə ölümü var? Ona görə də BMT mandat verəcəyi ölkə sülhməramlı missiyasını həyata keçirməlidir. Kim fikirləşirsə ki, müharibə bitdi, böyük yanlışlıqlara yol berir, atəş dayandırıldı, biz hələ müharibə şəraitindəyik (bunu Hadrutdakı hadisələr bir daha göstərdi). Bu müharibə istənilən vaxt yenidən alovlana bilər və bu qaçılmazdır. Bu belə olarsa, 44 günlük müharibə yeni müharibənin yanında toya-bayrama gedəsi müharibə olar.

imzanin mesuliyyeti....... 2020-12-19 00:10:54

Her bir imza muxtelif maraqlara xidmet edir..........

imzanin mesuliyyeti....... 2020-12-19 00:10:54

Her bir imza muxtelif maraqlara xidmet edir..........

Kaku 2020-12-19 00:01:28

Putin deyirse demeli ermeni qosunlari qarabagda qalacaq ermeni qosunlari qarabagda qalirsa demeli muharibe yene olacaq.sabit muharibesiz tehlukesiz yasamaq olmuyacaq bu bolgede nedi nedi rusiya var.rusiyanin Allah cezasini verecek bir gun

Vətəndaş 2020-12-18 22:29:44

Yaxşı heç nə. 200 ildə necə olub indi də ondan da pis

t.ədalət 2020-12-18 19:34:20

10 nayabr sazişi adından göğründüyü kimi sülh müqaviləsi deyil,adicə atəşkəs razılaşmasıldır və onun heç bir hüquqi gücü yoxdur.Bu qədər əsgər itkisindən sonra Putinin bizi divara dirəməsi qəbuledilməzdir....

Xalq 2020-12-18 17:05:36

çox təəsüf!

Azər 2020-12-18 14:34:27

25 il bundan qabaq test ilə keçid balı 300 bal idi, indisə 100 baldır...Xalqın səviyyəsi çox aşağı düşüb və anlamırlar ki, 10 noyabr sazişi yarımçıq və hər şeyi qeyri-müəyyən saxlayan bir sazişdir, və bu bir bombadır ki, nə vaxtsa partlayacaq...Filankəs belə dedi , bəhmənkəs belə...onların dilin qopardıb o sənədin altına tikəkmi ? tarixdə sənəd qalacaq, o isə Azərbaycanın mənafeyinə cavab vermir..

Son yazılar