QARABAĞA DAİR SORĞUNUN TƏƏCCÜB DOĞURAN NƏTİCƏLƏRİ - Hər 3 nəfərdən biri Rusiyaya ümid bəsləyir?

Türkiyə və Rusiya hərbi kontingentlərinə aid nəticələr reallığı əks etdirirmi?

İstənilən rəy sorğusunun subyektiv məqamlarla müşayiət olunması təbii haldır. Bununla yanaşı, əsas etibarilə demokratik institutların inkişaf etdiyi ölkələrdə ciddi qəbul olunan mərkəzlərin keçirdikləri rəy sorğularının nəticələri cəmiyyət və siyasi qüvvələr tərəfindən maraqla izlənilir. Çünki həmin nəticələr kiçik kənarlaşmalarla da olsa, bu və ya digər məsələ ilə bağlı cəmiyyətdəki, əhali arasındakı ab-havanı aydın təsəvvür etməyə imkan yaradır.

Təəssüf ki, Azərbaycanda rəy sorğularını peşəkar və mümkün qədər obyektiv şəkildə keçirən, eləcə də əhalinin, cəmiyyətin etibar etdiyi, inandığı mərkəzlərin mövcudluğunu iddia etmək çətindir.

Bu gün Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzinin (STM) əsasən Qarabağ Müharibəsi mövzusuna həsr olunan sorğusunun nəticələri dərc olunub. Bəri başdan deyək ki, təqdim olunan nəticələri tam obyektivlikdən, reallıqdan uzaq kimi dəyərləndirmək doğru olmaz.

Doğrudan da bir çox istiqamətlər üzrə dərc olunan nəticələr həqiqətə olduqca yaxın görünür. Misal üçün, STM-in təqdim etdiyi nəticələrə görə, əhalinin cəmi 1 faizi yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyini düşünür. Doğrudan da, ölkəmizdə çox nadir kimsə tapılar ki, bölgədə sülhün və təhlükəsizliyin yalnız rus sülhməramlılarının ixtiyarına verilməsinə tərəfdar olsun. Lakin elə həmin sorğuya görə, bölgədə sülhün təminatçısı rolunda yalnız Türkiyə sülhməramlılarını görən respondentlərin göstəricisi cəmi 29 faizdir.(!)

Nəticələrdəki daha bir mübahisəli və ziddiyyətli məqam Rusiya sülhməramlılarının bölgəyə gəlişinə münasibətlə bağlıdır. Belə ki, STM-in təqdim etdiyi nəticəyə görə, əhalinin 35.5 faizi Rusiya sülhməramlılarının bölgəyə gəlişinin nəticələrinin müsbət olacağını düşünür – yəni üç nəfərdən biri. Bu, nə dərəcədə inandırıcı görünür?

Həmçinin, burada sual yaranır ki, əhalinin cəmi 1 faizi yalnız Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyini düşündüyü halda, necə ola bilər ki, elə həmin insanların 35 faizi rus sülhməramlılarının gəlişinin nəticələrinin müsbət olacağını düşünsün?...

Daha bir nəticəyə görə, əhalinin cəmi 57 faizi Türkiyə sülhməramlılarının bölgədəki postlarda Rusiya sülhməramlılarıyla birlikdə olması ilə ermənilərin qanunsuz (anti-konstitusion) fəaliyyətinin qarşısının alınacağını düşünür.

Respondentlərin yarıdan da azı, yəni cəmi 47.3 faizi isə Türkiyə hərbi kontingentinin sülhməramlıların tərkibində yer almasını bölgədə dayanıqlı və uzunmüddətli sülhün təminatı olaraq görürmüş. Bu bəndlər də kifayət qədər mübahisəli və obyektivlikdən uzaq görünür.


Çünki Azərbaycan cəmiyyətinin Türkiyəyə, onun münaqişənin həllindəki roluna münasibəti STM-in açıqladığı bu rəqəmlərlə yumşaq desək, heç cür uyğun gəlmir. İstər müharibə dövründə, istərsə də ondan sonra cəmiyyətimizin, həmçinin ölkə rəhbərliyinin Türkiyəyə münasibəti, mesajları, ölkə başçısının hətta razılaşma imzalanan gecə Türkiyənin həmin razılaşmanın icrasındakı iştirakı barədə dedikləri hər kəsə məlumdur.

Bu günə qədər paytaxtda və rayonlarımızda insanların evlərini, balkonlarını, iş yerlərini, avtomobillərini, hətta geyimlərini belə Azərbaycan və Türkiyə bayraqları ilə bəzəməsi ölkəmizdə qardaş dövlətə olan məhəbbətin hansı səviyyədə olduğunun əyani göstəricisidir. Bunu görmək üçün hər hansı bir sorğuya ehtiyac yoxdur.

Ona görə də “respondentlərin 47.3 faizi Türkiyə hərbi kontingentinin sülhməramlıların tərkibində yer almasını bölgədə dayanıqlı və uzunmüddətli sülhün təminatı olaraq görür” bəndini heç cür reallığa uyğun nəticə saymaq olmur.

Çünki reallıqda müşahidələr göstərir ki, bu göstərici açıqlanan rəqəmdən haradasa iki dəfə artıq olmalıdır. Eyni fikri guya Türkiyə hərbi kontingentinin sülhməramlıların tərkibində yer almasının diplomatik mərhələdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını və mövqeyini gücləndirəcəyini düşünənlərin cəmi 33.8 faiz təşkil etdiyinə dair nəticəyə də aid etmək olar. Bu rəqəm də kifayət qədər kiçildilmiş görünür.

Bir sözlə, STM-in sorğusunun nəticələrində həqiqət olduğu şübhə doğuran, reallığa uyğun gəlməyən məqamlar kifayət qədər çoxdur.

Qeyd edək ki, deputat Zahid Orucun rəhbərlik etdiyi STM yaydığı məlumatda sorğunun təsadüfi üsulla seçilmiş 603 respondent arasında telefon müsahibəsi üsulu ilə aparıldığını bildirir. Bəlkə də belədir... 

Ancaq sorğunun nəticələri onun Rusiyada və ya ölkədəki bir qrup rusiyameyilli “elitanın” arasında aparıldığı təəssüratını yaradır. 

Ümid edirik ki, bu, qəsdən edilməyib, təsadüfən belə alınıb. Çünki indiki zamanda Azərbaycan və Türkiyə arasında soyuqluq yaratmağa, “Bir millət, iki dövlət” şüarına zidd fəaliyyət yürütməyə, saxta, dəqiqliyi şübhə doğuran məlumatları yaymaqla iki ölkənin cəmiyyətində bir-birinə olan inamı sarsıtmağa yönəlmiş cəhdlər dövlətə, millətə və dövlət başçısına qarşı ən böyük xəta sayıla bilər.

İnanırıq ki, bu cür yanlış nəticələrin ortaya çıxmaması üçün mərkəzin rəhbərliyi növbəti sorğularında daha böyük auditoriyanın əhatə olunmasını və nəticələrin cəmiyyətin fikrini düzgün ifadə etməsini təmin edəcək!

CƏLAL MƏMMƏDOV

“AzPolitika.info”

635x100

Şərhlər

vidadi goyce 2021-01-07 12:03:31

bu insanlar 300 il bundan evvel ruslarin imperiya metbexind hazirlanan qarabag xoruzunun dadini yadindan cixarib...

siyase ci 2020-12-27 20:11:08

Qarabağı Rusiya işğal etmişdi ordumuzda onu geri alıb

Agaeli 2020-12-24 09:19:22

Hec kim Rusiyaya guvenmir bu yanliw melumatdi ki ehalinin ucde biri rusiyaya guvenir. bunu uydururlar.

Əli 2020-12-23 19:58:33

Bu o Zahid Oruc deyilmi ki, Rusiyanın maraqları üçün narahatdır? Onun keçirdiyi sorğunun nıəticələrinin obyektivliyinə, Rusiyaya xol gələn saxta faizlər düzəldilməməsinə inanmıram!

Bey. 2020-12-23 18:15:17

bu sorğunun cemiyyət üçün heç bir əhəmiyyəti yoxdur.O sorğunu keçirenin cəmiyyətdə nə kimi nüfuzu var ki,sorğunun da nüfuzu osun...

Əfqan 2020-12-23 16:00:31

Yazılmış komentlər 100 % TÜRKİYƏ deyir.

Akif m. 2020-12-23 13:58:23

Statuslarda həinsanların, demək olar ki, hamısı doğru düşünürlər, nədən belə olduğunu doğru müəyyən ediblər. Ona görə də bu sorğu relevant olmayacaq, valid olmayacaq. Etməyin belə. Yolu doğru nişan verin ki, bu bəlalardan qurtara bilək.

Vaqif 2020-12-23 12:37:33

90-cı illərdə Volskinin sülhməramlıları Qarabağın ermənilərə verilməsində müstəsna xidmət göstədiyi nə tez yaddan çıxdı?

Cəmşid Dərələyəzli 2020-12-23 10:03:27

Zahid Oruc hələ də öz ampulasında. Bu zehniyyətdə olan düşüncə sahibləri beşinci kolonun tör-töküntüləridir. Uzağı gələn il belələri hakimiyyət qollarından süpürülüb atılmalıdrlar. İnanırıq ki, bu nədənlə də cənab Prezident yeni ildən Parlamenti buraxıb, konustitutsiyada dəyişiklik aparıb, yeni seçgilərə və refenduma gedilərək sistemin və buna paralel də kadrların dəyişilməsi yönündə adddımlar atar.

Eli 2020-12-23 02:22:54

Bunlar hamısı yalandır və xeyaneıler araşdırılıb cezalandırılmalıdırlar Mumkun deyil Turkiyeye yox Russlyaya ses versinker.Bu qeyri munkundür.

Xalx 2020-12-23 00:23:26

zahid oruc kommentləri oxutub, utanırmı? Ya ...məsələsi?..

vətəndaş 2020-12-22 23:09:30

əhalinin 99.9 faizi Rusiya hərbi qüvvələrinin ölkəmizin ərazisində olmasını istəmir və nöqtə.Bunu bir dəfəlik hamı başa düşməlidir.Bize rusun nə ədaləti nədə ki sülhü lazım deyil.Rusiyanin olduğu yerdə heç vaxt sülh olmur

Şəkili 2020-12-22 23:04:12

Yəqin bu sorğu yalnız Bakıda kölələr arasında keçirilib.Axı onlar rusca danışmağı şmağı çox sevirlər

Vaqif 2020-12-22 23:00:12

Zahid Oruc kimi birinin nəticəsi necə olmalı idi ki? 5-ci koıon!

Azer 2020-12-22 22:33:20

Bunlar kimdir ki onun kecirtdiyi sorğu ne olsun. Milletimiz Turkiyeni sevir ve inanir, cunki biz ozumuzde turkuk, birde sorguda iransperest gozellerinde

t.ədalət 2020-12-22 22:31:11

Türkiyəyə qarşı xəyanətkar mövqe tutan,bizi yenidən rus işğalına məruz qoymağa çalışanlar Milli Məclis üzvlüyündən xaric edilməlidir.Onların mövqeyi ermənilərlə üst-üstə düşür.Gələcəyimizi təhdid altında qoyur.Rusiyanın əli ilə qətlə yetirilən on minlrlə şəhidin qanı bu adamı narahat etmirsə,niyə biz onun kimliyini xalqa aşkarlamırıq?İndi cənab prezidenti də Rusiya ilə qorxuzmaq mümkün deyil. Belələri cəzalarını almalıdırlar!

Xalq 2020-12-22 22:18:09

bu sorğu yumşaq desək reallığı əks etdirmir.

Vətəndaş 2020-12-22 22:17:02

Rusiya bizə sülh yox bəla faciyə gətirib. 200 il bu bizə dəs olmadı.

t.ədalət 2020-12-22 22:11:37

Rusiyanın yetişdirdiyi casus şəbəkəsi ölənədək sadiq qalırlar.Çünki Rusiya onları "verbovat" edir.

Lalə 2020-12-22 21:34:26

Zahid Oruc deputat kimi.......

RR 2020-12-22 21:21:02

Bakının Gencenin Naxçıvanın küçelerinde dalğalanan türk bayraqları sorğunun 99 %nin türkiyeni destekleyen insanları gösterir. Özlerini yorub sorğu keçirtmesinler

TECILI TEDBIR !!! 2020-12-22 21:19:28

Zahid Orucov,, məmurlar bəzi deputatlar ve ailə üzvləri arasında ermeni olduğu deyolən Ramiz Mehdiyev inKremle XIDMET ETDİYİ DEYİLİR. Araşdırılmalı, doğrudursa bunlari TECILI, HOKMEN, CHOX TEZLIKLE, MESULIYYETE CELB ETMEK LAZIMDIR... ANTI - AZERBAYCAN, ANTI - MILLI , TEXRIBATLI TEBLIQAT APARDIQLARINA GORE, Bu chox CIDDI MESELEDIR ve VAXT ITIRMEDEN, bu unsurleri ZERERSIZLESHDIRMEK LAZIMDIR MUTLEQ !!!

t.ədalət 2020-12-22 20:47:00

Ramiz Mehdiyev,Ramil Usubov və Zahid Oruc bir cəbhənin adamlarıdır.

SAVALAN 2020-12-22 20:37:06

O da Mehdiyevin komandasından olan birisidir. Bu 5-ci kolon təmsilçilərinin təqdim etdiyi hər hansı bir məlumat yalandır.

Shahin 2020-12-22 20:29:03

Komisiya yaradib yoxlamaq lazimdir bu merkezde ishleyenlerin ixtisaslari bele tedqiqatlari aparmaga yararlidimi? Metbuat konfransinda Qarabagda olan ermenilerin sayinin ne qeder olmasi barede melumatlar tamami ile cefengiyyat idi.

M.Əsgərov 2020-12-22 19:43:50

yalan danışırlar, gəlsin harda istəyir gedək keçirək o sorğunu nəticədə həmişəki kimi zahidi orucun təşkilatının yalanı üzə çıxacaq

Nazim 2020-12-22 19:13:44

Siz ramiz mehdiyevi hebs edin, bu qeder asan...

CAVAN 2020-12-22 19:07:30

ZAHİD ORUCOVUN ÇEÇİRDİYİ SORĞU ELƏ BELƏ DƏ OLMALIDIR.ONUN KİMLƏRƏ XİDMƏT ETDİYİ XALQIMIZA BƏLLİDİR.ONLARIN MƏQSƏDİ AZƏRBAYCANIN ƏSL QARDAŞINA QARŞI SYUQLUQ YARATMAQ İSTƏYİDİR.ORUCOV İSTƏDİYİNİNƏ HEÇ VAXT NAİL OLA BİLMƏYƏCƏKSƏN.

Son yazılar