PAŞİNYANI TƏHQİR EDİB, KOÇARYANLA SARQSYANIN “ZURNASINA OYNAYANLAR”... - Azərbaycan və Ermənistandakı “beşinci kolon”ların mövqeləri üst-üstə düşür

Bəzi yerli KİV-lərimiz Robert Koçaryanla Serj Sarqsyanın Azərbaycana qarşı törətdikləri hərbi cinayətləri, vəhşilikləri bir kənara qoyub, Paşinyanı “yıxıb-sürüməklə”, ələ salmaqla, lağa qoymaqla məşğuldurlar. Əslində, bu mətbu orqanlar bilərəkdən, yaxud bilməyərəkdən məhz Rusiyanın, eləcə də Ermənistanda hazırda hakimiyyətə gəlmək istəyən əvvəlki quldur-revanşistlərin əlinə oynayır, onların təbliğatını aparırlar.

Vaxtilə qatı müxalif mövqe sərgiləyən, sonradansa Ramiz Mehdiyevin özünün də etiraf etdiyi kimi “satın aldığı” və bu üzdən “istiqamətini dəyişən” bu KİV-lərin bəzilərinin hələ də “beşinci kolon”un təsiri və himayəsi altında olduğunu nəzərə alsaq, daha çox Rusiya və onun Ermənistandakı qulbeçələrinin təbliğatına uyğun mövqe sərgiləmələri təsadüfi görünmür. Belə çıxır ki, Azərbaycan və Ermənistandakı “beşinci kolon”ların mövqeləri üst-üstə düşür...

Son günlər Ermənistanda Paşinyana qarşı etiraz aksiyalarının güclənməsi istiqamətində addımlar atılması, eləcə də Zəngəzur bölgəsində, Sünik rayonunda Azərbaycanla sərhədlərin demarkasiyasına etiraz olaraq, ermənilərin yolu bağlaması kimi hadisələr yaşanır. Həmçinin, Sünikdəki kilsədə keşişin Paşinyana qarşı təhqiredici davranışı, az qala onu kilsədən qovmasının da şahidi olduq.

Bütün bunların konkret olaraq, Ermənistandakı Rusiya əlaltılarının maraqlarına xidmət etdiyi gün kimi aydındır. O da qeyd olunmalıdır ki, məsələn keşişlə bağlı məlum epizodu ən çox manşetə və müzakirəyə çıxaran və Paşinyanı ələ salan məhz Rusiyanın layihəsi olan bəzi erməni KİV-ləridir.

Ancaq maraqlıdır ki, Azərbaycanda da mətbu orqanların, hətta politoloqların da bir qismi bilməməzlikdən, yuxarıda qeyd etdiyimiz hissəsi isə bilərəkdən bu tip məsələləri çox qabardır, Paşinyanı rəzil, miskin durumda göstərib, ona müxalif olanları isə daha samballı təqdim etməyə çalışırlar.

Hansı ki, məsələn elə həmin keşişin Paşinyanın əlini sıxmamasının səbəbi baş nazirin Azərbaycanla sərhədlərin demarkasiyasına razılıq verməsi və Zəngilanın bir neçə kəndindən ermənilərin çıxmağa məcbur olmasıdır. Belədə sual yaranır ki, bunların hansı bizim üçün daha zərərlidir – Paşinyan, yoxsa elə həmin keşişin timsalında Azərbaycanın heç bir haqqını tanımaq istəməyən müxalifət?...

Doğrudur, Paşinyan Şuşada atlanıb-düşməklə xalqımızın, dövlətimizin heysiyyatı ilə oynadı, başından böyük qələtlər elədi, danışıqlar prosesini dalana dirədi və sair. Ancaq buna görə cavabını da aldı, cəzasını da çəkdi.

Paşinyanı, yaxud hansısa digər “yanı” müdafiə etməkdən uzağıq, bizim üçün sırf milli davamız və torpaqlarımızın azad olunması uğrunda müqəddəs savaşımızda Nikol Paşinyanla Serj Sarqsyan və Robert Koçaryanın elə bir ciddi fərqi yoxdur. Və təbii ki, 44 günlük müharibədə Azərbaycan əsgərini hədəf alan erməni birləşmələrinə, həmçinin, yəqin ki, Gəncə və Bərdənin bombalanmasına da məhz Paşinyan əmr verib.

Ancaq bu müharibə dövründə İrəvanda Koçaryan-Sarqsyan cütlüyü və onların tör-töküntüləri hakimiyyətdə olsaydılar, onlar Paşinyandan da betər şərəfsiz və insanlıqdan kənar əməllərə, hərbi cinayətlərə əl atardılar. Onlar öz “məharətlərini” 1990-cı illərdə bu münaqişəni alovlandırmaqla, Qarabağda törətdikləri çoxsaylı vəhşiliklərlə, Xocalı qətliamıyla və s. artıq sübut ediblər. İndi də hakimiyyətə gəlmək istəyənlər məhz həmin bu hərbi cinayətkarlar, uşaq qatilləridir.

Bizim ölkə başçısının da dediyi kimi, “Paşinyan heç kimdir”. Prezident də Azərbaycanın məğlub etdiyi ordunun Koçaryanla Sarqsyanın ordusu olduğunu və Azərbaycana qarşı ən qatı cinayətlərin məhz onlar tərəfindən törədildiyini söylədi. Deməli, “İlanın başı” əslində, Koçaryan və Sarqsyan, eləcə də onların məlum havadarlarıdır.

Bütün bunları bilə-bilə Azərbaycanda kimlərinsə yenə də Moskvanın xoşuna gəlmək üçün Ermənistandakı siyasi proseslərə rusiyapərəst erməni müxalifətinin, sarqsyanların, koçaryanların maraqlarına uyğun şərhlər verməsi, onların “zurnasına oynaması”, Paşinyanı isə artıq “siyasi meyid” kimi təqdim etməsi düşündürücüdür. Təbii ki, Ermənistanda nə baş verməsindən asılı olmayaraq, Azərbaycan tədbirli olmalı, daha da güclənməli və arxayınlaşmamalıdır.

İrəvan küçələrində baş verənlərə gəlincə isə dekabrın 22-də müxalifətin ən izdihamlı aksiya olaraq planlaşdırdığı mitinqə çox az adamın toplaşdığını görürük. Bunu həmin aksiyadan təqdim etdiyimiz foto da təsdiqləyir. Bu, o deməkdir ki, ermənilərin böyük hissəsinin heç də Koçaryan-Sarqsyan cütlüyündən ötrü ürəyi getmir. Deməli, Paşinyanın tezliklə hakimiyyətdən gedəcəyinə dair tam əminliklə nəsə söyləmək çətindir və deyəsən, “bu xəmir hələ çox su aparacaq”.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

boris 2020-12-23 20:31:46

Qarabagın azad olunmasında paşinyanın önəmli rolu oldu,hazıki situasiyada biz onun hakimiyyətdə qalıb götürdüyü öhdəlikləri başa çatdırana qədər ona siyasi dəstək verməliyik,yoxsa yenidən Rusiyanın adamlaı gəlib ocagı körüklüyəcəklər,bizə bu lazımdır?

boris 2020-12-23 19:56:12

Qarabagın azad olunmasında paşinyanın önəmli rolu oldu,hazıki situasiyada biz onun hakimiyyətdə qalıb götürdüyü öhdəlikləri başa çatdırana qədər ona siyasi dəstək verməliyik,yoxsa yenidən Rusiyanın adamlaı gəlib ocagı körüklüyəcəklər,bizə bu lazımdır?

Vuqar 2020-12-23 19:05:12

FIKRIMIZ--NET.DIR!--QARABAG--BUTUN--ermeilerin-SON-MEZARI-OLACAQ!-

Amon 2020-12-23 16:57:34

Bizim icimizdeki hemin satqin adamlardan pasinyan daha yaxsidi.umumiyyetle rusiyada biznesi olanlara vezife vermek lazim deyil.vetenini xalqini satmaq dehsetli bir hadisedi bunuda ancaq qoca memurlar ede biler nece ki edirler

S.Ənvərqızı 2020-12-23 16:31:14

Hörmətli Cəlal müəllim, 5-ci kalonun əsas üzvüləri Prezident Administrasiyasındadır. Uzun müddət PA məktub yazmağıma baxmayaraq , bir nüçə dəfə PA qəbulda olmağıma baxmayaraq heç bir nəticəsi olmamış,etika xatirinədə olsa cavabda verilməmişdir. Cənab Prezidentimizin ətrafında sıx birləşərək vətəndaşları dövlətdən narazı salan məmurlardan Azərbaycanımızı təmizləməliyik.

OXUCU 2020-12-23 13:20:27

PAŞİNYAN PİSİN YAXŞISIDIR.

M.Əsgərov 2020-12-23 12:15:43

hörmətli Cəlal müəllim sizinlə tam razıyam.....

Oxucu 2020-12-23 11:50:56

Hörmətli Cəlal müəllim! Postsovet məkanında 5-ci kalonun əsasını artıq pensiya yaşına çatmış keçmiş komsomol fəalları təşkil edirlər. Bu fəalların əsas xüsusiyyəti satqınlıq və ifrat rüşvətxorluqdur. Bizdə bu fəallar müxtəlif yüksək vəzifələri tuturlar. Azərbaycanda bu fəallardan ən yüksək vəzifəliləri Prezident Administrasiyasındadırlar. Misal üçün, .....yev. Bu kimi misalları çox göstərmək olar. Bu cür şəxslər idarəetmə orqanlarından təmizlənməlidirlər!

Cefer Memmedov 2020-12-23 11:48:17

Paşinyan Azərbaycanın siyasi rəhbərliyinin öz torpaqlarını azad etməsi üçün hər şey etdi. Şuşada yallı getdi, Tovuzda təxribat etdi, cəbhə xəttində hər cür təxribat etdi, " Qarabağ ermənistandır dedi " generalımızı şehid etdi. Amma yenə də xeyri olmadı. TÜRKIYƏnin teyziqi olmasaydı 27 sentyabr əməliyyatları olmayacaqdı. 10 noyabrdan bu yana olanlar isə, bu müharibənin ruslarla razılaşdırılmamış nəticələrinin aradan qaldırmaq üçün atılan addımlardır. Bülbüloğlunun statusu dilləndirməsi, E.Axundovanının məlum müsahibəsi R.MusaBEKovun türk ordusu haqqında dedikləri, Z.Orucun rəy sorğusu və bundan sonra olacaqlar məhz ruslarların 5-ci kolonun rusları düşdükləi Qafqaz məngənəsindən çıxarmağa xidmət edir.

Cavan 2020-12-23 11:39:38

Tamamilə doğru fikirlərdir.5-ci kolonlor isə hər yerdə eynidir.Allah onların bəlasını versin.Əsl fikirləri xalqımızı çaşdırmaq,torpağımızı işğalda saxlayanları müdafiə etməkdir.Rusiya qızışdırmasa erməni cürə

Asif 2020-12-23 11:19:15

Tam razıyam. Erməni cəmiyyətində dost-müttəfiq axtarmaq hələ tezdir, amma Azərbaycana Paşinyan komandası timsalında nisbətən rasional hakimiyyət lazımdır. Baxın, bu şəxs Azərbaycan-Ermənistan dövlət sərhədini artıq tanıyır, hətta üçtərəfli bəyanatdan da irəli gedərək Qubadlı və Zəngilan zonasında Sovet sərhədlərinə çəkilir, Azərbaycanla kommunikasiyanın açılmasına erməni cəmiyyəti üçün fürsət kimi baxır. 30 ildə beyni yuyulmuş, radikallaşmış bir toplumun rəhbərinin belə fikirləri ictimailəşdirməsi böyük cəsarət edir. Nəzərdən qaçırmayaq ki, Paşinyanın siyasi rəqibləri ya 30 il əvvəlki cəlladlar olan Sarqsyan-Koçaryan, ya da 100 il əvvəlki cəlladlar olan daşnaklardır.

t.ədalət 2020-12-23 11:14:02

Türkiyə yanımızda olduğu az müddətdə bidəki "5-ci kolon"nun da ağrısı tutdu.Az müddətdə Rusiyaya xidmət edən böyük bir şəbəkənin şahidi olduq.erməni qədər təhlükəli olan bu "şəbəkə" Türkiyənin köməyi ilə işğal olunmuş ərazilərimizi azad etdikdən sonra fəallaşdılar.Polad Bülbüloğlu,Elmira Axundova,Rasim Musabəyov,Könül Nurullayeva,Zahid oruc və onlasrla digər anti-türklər ortaya çıxdılar.Şəhid balarımızın tökülən qanına belə qiymət verə bilməyən bu anti-türklər mövqelərini ortaya qoymaqdan belə çəkinmədilər.Azərbaycanın çörəyini yeyib,vəzifəsini "minib" çapanlar cəzasız qalsa vay bizim halımıza!

Müfəttiş 2020-12-23 11:05:14

Hamı bilir ki, Paşinyanın hakimiyyətə meydandan gəlməyi , Rusiyanin və buradakı rusiyameyilli kölələlərin qara yuxusudur.Deməsəniz də başa düşən düşür....

Vətəndaş 2020-12-23 10:37:34

Onlar hər üçü ermənidir,hər üçü bizim düşmənimizdir,hər bir erməni bizim düşmənimizdir. Bunu bir millət kimi biz unutmamalıyıq

Cəmşid Dərələyəzli 2020-12-23 10:14:28

Bəli bütün çalarları ilə hər iki ölkədə beşinci kolon və ferqinə varmadan onlara züy tutanlar ortadadır. Xüsusən də Ermənistanda. Bizdəkilərin fəallığı da diqqətdən qaçmır. Amma ne edirlər etsinlər, kolon və kolon sevdalıları son günlərini yaşayırlar. İstəməsələr də tarixi gerçəkləri qəbul etmək zorundadırlar və etməsələr də əgər onların da sonu heç də Paşinyanınkından fərqli olmayacaq. C. İlham Əliyev “Paşinyana hücum edənlər başa düşməlidir ki, bu onun ordusu deyil, o ordunu yaratmağı çatdırmazdı. Bəli, o lazım olanı etməyib, ancaq 20 il bu ordunu Köçəryan ilə Sarqsyan qururdu. Biz onların ordusunu darmadağın etdik”, Bəli Ölkə Başçısınin dediyi bu fikirlər həqiqətdir və biz bu həqiqəti görməzdən gələ bilmərik. Cənab Ali Baş komandan əslində bu tədbirdə söylədiyi fikirlərlə Paşinyanın öz ölkəsindəki sələflərindən fərqli olaraq dolayısı ilə onu bir növ Ermənistanın düşdüyü biyabırçı vəziyyətdən uzaq tutur. Sanıram Ermənistanda Paşinyanın hakimiyyətdə qalması həm yerli erməni xalqına, həm də bizə sərf edir. Belə ki, yerli ermənilər Qarabağın seperatçılarından day boğaza yığılıblar. Bizə isə Paşinyan kimi adamın indiki vəziyyətdə Ermənistan hakimiyyətinin başında qaıması ona görə sərf edir ki, o bu dərsdən sonra bağlanılan üş tərəfli sazişə əməl etməklə gələcəyə baxıb, Azərbaycan və Türküyə ilə siyasi dialoq qurmağa çalışacaq. Çünki, o buna məcburdu. Ona görə ki, başqa cür hərəkətlər edərsə o öz sonunu gətirmiş olar. Onsuz da sonu it günündədir.

Son yazılar