“BU, BİZİM ÜÇÜN ÇOX TƏHLÜKƏLİDİR...” – “Türkiyə hərbçilərinin bölgəyə gəlməsini tələb edirik”

Vətən Müharibəsindən sonra Dağlıq Qarabağdakı proseslərin Azərbaycanın milli təhlükəszilik maraqları çərçivəsində inkişaf etdiyini söyləmək çətindir. 

Rusiya sülhməramlılarının fəaliyyəti 10 noyabrda imzalanmış üçtərəfli razılaşmanın hüdudlarından kənara çıxır. Habelə, sənədə Azərbaycanın tələbi ilə salınmış bəzi maddələr yerinə yetirilmir. 

Məsələn, bölgədə sayı bir neçə min nəfərə çatan erməni silahlı birləşmələrinin tərkisilah edilməməsi ciddi suallar və narazılıq doğurur. Rusiyanın birtərəfli humanitar fəaliyyəti, ermənilərin məskunlaşdırılması, separatçı cinayətkarlarla mərhəm münasibətlər, Azərbaycan üçün vacib olan kommunikasiyaların hələ də açılmaması bu suallar sırasına daxildir.

Cəmiyyətdə gedən müzakirələrdə Azərbaycan qanunvericiliyinin Dağlıq Qarabağda işləməməsi, bölgəyə giriş-çıxışa nəzarətin təmin olunmaması, erməni separatçılarının "dövlət" qurması və s. kimi fundamental problemlər də qaldırılır. 

Daha bir vacib məsələ Türkiyə hərbçilərinin hələ də Azərbaycana gətirilməməsidir. Bu istiqamətdə əldə olunan yeganə nəticə qardaş ölkədən 130 nəfərlik minaaxtaran qrupun işğaldan azad olunmuş bölgədə fəaliyyətə başlaması və Ağdamda tikilən Montorinq Mərkəzində 60 türk hərbçinin fəaliyyət göstərəcəyinin təsdiq olunmasından ibarətdir. 

Cəmiyyətdə belə bir gözlənti vardı ki, həm Türkiyə-Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində, həm də ikitərəfli müttəfiqlik münasibətlərinə uyğun olaraq qardaş ölkənin hərbçiləri ölkəyə gələcək. Çünki Dağlıq Qarabağda Rusiyanın özbaşına fəaliyyətinin dayandırılması və sülhməramlılara nəzarət imkanları ancaq Moskvanın hesablaşdığı gücün imkanları daxilindədir. 

Türkiyə Azərbaycanın təbii müttəfiqi kimi bu prosesi uğurla həyata keçirə bilər və bu sahədə yetərli təcrübəyə malikdir. Amma təəssüf ki, bu istiqamətdə gözləntilər özünü hələlik doğrultmur. Belə görünür ki, Türkiyə hərbçiləri bölgədə Rusiya il müqayisədə daha kiçik heyətlə təmsil olunacaq. Rusiya sülhməramlıları ilə bərabər patrul nəzarətindən isə  söhbət getmir. Ən yaxşı halda məsafədən onların fəaliyyətini texnki avadanlıqların köməyi ilə müşahidə altında tutulması həyata keçiriləcək.

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığa uyğun olaraq qardaş ölkənin hərbi birliklərinin ölkəmizin ərazisində yerləşdirilməsi də yubanır. Ekspertlər hesab edirlər ki, ölkədə Türkiyə hərbi bazaları, təlim mərkəzləri qurulmalı, Dağlıq Qarabağda onların fəaliyyəti təmin olunmalıdır.

Bu arada Azərbaycanın daxilində gedən bəzi proseslər də narahatlıq mənbəyinə çevrilib. Belə ki, Dağlıq Qarabağdakı real vəziyyət, habelə ona ictimaiyyətin neqativ münasibəti təhrif edilmiş formada təqdim edilir. 

Dolayısı ilə real ictimai rəyi əks etdirməyən nəticələr təqdim olunmaqla manipulyasiyalara yol veririlir. Bu da istər-istəməz Rusiya sülhməramlılarının Azərbaycanın milli, təhlükəsizlik maraqlarına zidd olan fəaliyyətinə ictimai legitimlik qazandırmaq cəhdlərinə rəvac verir.

Politoloq Elxan Şahinoğlu "AzPolitika.info"-ya şərhində bildirib ki, Türkiyə hərbçilərinin Azərbaycana gəlişinin ləngiməsi haqlı olaraq cəmiyyəti narahat edir. Çünki keçən günlərdə və bu ərəfələrdə Rusiya hərbçiləri Dağlıq Qarabağda özlərini öz bildikləri kimi aparırlar: "Separatçılarla kameralar qarşısında mərhəm pozlar verir, erməni silahlı birləşmələrini tərksilah etmirlər və s. Bütün bunlar da haqlı olaraq ictimaiyyətin narazlığına səbəb olur. Biz Türkiyə hərbçilərinin ölkəmizdə olmasını istəyirik ki, proseslərə nəzarət etsinlər. Çünki Rusiya qarşısında real güc görməyənə qədər istədiyini edəcək. Bu, bizim üçün çox təhlükəlidir".

Politoloq hesab edir ki, Ağdamda tikilən Monitorinq Mərkəzinin fəaliyyətə başlamasını sürətləndirmək lazımdır: "Digər tərəfdən, mina axtaranlar da fəaliyyətdədir. Amma bunlar yetərli deyil. Bizim üçün vacibdir ki, Türkiyə hərbçiləri bizimkilərlə bir yerdə Şuşada, Kəlbəcərdə, Laçında olsunlar. Rusiya sülhməramlıları ilə birgə ərazilərə patrul nəzarəti həyata keçirsinlər".

E.Şahinoğlu qeyd edir ki, bunu ermənilər, ruslar istəməyəcək. 

"Burası aydındır. Amma onların mövqeyi bizi maraqlandırmamalıdır. Biz öz milli və təhlükəszilik maraqlarımızdan çıxış etməliyik, bu da Türkiyə hərbçilərinin bölgədə fəaliyyət göstərməsini diqtə edir. Türkiyə rəsmiləri, xüsusən Müdafiə naziri Hulusi Akar vurğulayıb ki, Rusiya bunu istəməyə bilər, amma biz bu məsələni Azərbaycanla müzakirə etməliyik. Ona görə də Azərbaycan hakimiyyəti bu məsələdə israrlı və tələbkar olmalıdır. Türkiyə hərbçilərinin bölgəyə yerləşdirilməsini təmin etməlidir", - ekspert vurğulayıb.

O ki qaldı Azərbaycanda ictimai rəyi manipulyasiya cəhdləri ilə zəngin olan təşəbbüslərə, Elxan Şahinoğlu bildirir ki, Azərbaycan cəmiyyəti Rusiya hərbçilərinin Dağlıq Qarabağda olmasından məmnun ola bilməz: "Mən bu barədə kiminlə söhbət edirəmsə, öz narahatlığını bildirir. Doğrusu, bu məsələdən rahat olan Azərbaycan vətəndaşına rast gəlməmişəm. Yeri gəlmişkən, bu günlərdə keçirilən bir sorğuda da qeyd olunub ki, Rusiya sülhməramlılarının təkbaşına fəaliyyəti ciddi narahatlıq doğurur. 

Amma hesab edirəm ki, bu narahatlıq təqdim olunandan daha böyük miqyasdadır. Rusiya sülhməramlıları tək hərbi nəzarətlə məşğul olmurlar, tikinti aparırlar, məskunlaşmanı sürətləndirir, humanitar yardımlar paylayırlar və s. 

Əgər, bölgədə sabitliyi bu qədər istəyirlərsə, ilk növbədə Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrini tərksilah etməlidirlər. Orada Azərbaycan qanunlarının işləməsini təmin etsinlər. Bunlar həyata keçirilərdisə, deyərdik, normal proses gedir. Amma bunların heç biri baş vermir axı. Ona görə də biz Türkiyə hərbçilərinin bölgədə varlığını tələb edirik və bu proses sürətlənməlidir".

E.Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

Veteran 2020-12-28 00:18:10

İNŞALLAH bu yaxınlarda Rusiyanın içində elə fəlakətlər baş verəcək ki,oha nə Putin,nə də FƏLƏK kömək edə biləcək.Amma bizim hamımız ayıq-sayıq olmalı,hər bir neqativ fakta qarşı cıxmalıyıq.

Eli-yə 2020-12-27 14:58:54

Mənasız və yersiz səbr=qəbrdir.Deyirlər səbr et.halva bişər-amma sonda zəhrimar da olur.

Cavid 2020-12-26 12:59:49

İşlərin belə gedişi nəticədə ermənilərin rusiyanın köməyi ilə Azərbaycanı tam zəbt etmək fikri olduğuna yönəldiyinə getmirmi? Biz nəyi gözləyirik? Rus guya sülhməramlları Qarabağa erməni silahlı qüvvələrini doldurur.bizim XİN və digər orqanlar isə ümumi sözlərlə millətin başını qatır.Biz nə zaman ayılayacağıq?Axı düşmən eviizin içinə daxil olur!.

Mirzə Qafarlı 2020-12-26 08:34:48

Çox narahatedicidir ki, ermənilər istədiyi halda Azərbaycan ərazisini (Laçın rayonunu nəzərdə tuturam) heç bir yoxlamadan keçmədən istədiyi istiqamətdə hərəkət etdiyi halda biz azərbaycanlılar öz torpaqlarımızda Tərtərdən Kalbəcərə Ağdərə istiqamətindən keçə bilmirik. Belə başa düşmək olar ki, Rusiya sülhməramlıları öz mandatlarına uyğun obyektiv hərəkət etmir, separatçı rejimin Azərbaycanda möhkəmlənməsinə qulluq edir. Mən bu tip Sülməramlıları rədd edirəm. Onlardan bir vətəndaş kimi tələb edirəm, ya mandatlarına uyğun hər iki millətin marağını Qorusun, ya da rədd olub azərbaycan torpaqlarından getsinlər.

Aynur 2020-12-25 23:07:19

Rus üstümüzdə zəhərli ilandı , Türkiyə gəlməlidi

Aynur 2020-12-25 23:05:35

Türkiyə Qarabağa gəıməsə bizi daha da böyük təhlükələr gözləyir . Yenə də səbrli olaq , Türkiyə bizi tək qoymaz , prezidentimzə də güvənmək lazımdı , ona inanaq

Eli 2020-12-25 22:46:43

SiZ sebrli olun baxın görun o baş Çaqqal Araik ordzn sağ sslaöat qaçz bilrcek ya yox .O bu deqiqe Paşinyznla öz csnının hayındadır.Görun o ordan nece çıxacaq .Bu millet deyil bir çaqqal surusudur bunlar “Qucaq”milletidir bunlar kiminse qucağında oturmasa “qeyrete” gele bilmirler Sebrli olun bunlar bir birinin axırına çıxacaqlar Zaman Türkün xeyrine işleyir.

OQTAY 2020-12-25 22:34:53

Car 1 Aleksandr 1802-ci ilde Cenubu Qafqaza yuruse hazirlasan rus ordu hisselerin komandani A.Sisianova Azerbaycan torpaqlarinin ele kecirilmesinde ermenilerden istifade etmeyi tapsirmisdir! Indi ki, dovurdede yene ermenilerle birlikde 5-ci kalonlar calsirlar!!.......................

Eli 2020-12-25 17:44:09

Elçin bey sebrli ol he şeyin başı sebrdir .Bir gülle atılmadam bir şehid verilmedem üç böyük rayon geri qaytarılıb,serhedler yemiden deqiqleşrilir diger iiler de paraşel gedir.Rus heç ne ede bilmez ne qeder ki,Türkiyye-Azerbaycan birlikdedir.Senrli olmaq İmandandır müqeddes Quranda deyildiyi kimi.

Türk 2020-12-25 14:45:38

Türk hərbiçiləri kim buraxmır Qarabağa? Biz ya ruslar?

OQTAY 2020-12-25 13:57:34

Ermenlerin Cenubi Qafqaza kutlevi kocurulmesi 1826-1828-ci iller Rusiya-Qacarlar Iran ve 1828-1829-ci iller Rusiya-Turkiye muharibelerinin gedisinde basladi ve hemin muharibelerin neticesinde imzalanmis Turkmencay muqavilesinin 15-ci maddesinde ermenlerin Irandan Cenubu Qafqaza kocurulmesi nezerde tutulurdu.Putin indi,hemen muqavile esasinda,ora dqalari av

İsmayıl Xələfov. 2020-12-25 13:41:58

Kor deputatla nə söhbət edəsən?

Cəlal 2020-12-25 13:38:13

Məlum olduğu kimi hələ keçən ay Xülusu Akar Türk silahlı qüvvələrinin Qarabağa öndərilmək üçün hazır olduğunu demişdi.Bəs nə oldu? Erdoğan icazə vermədi ,yoxsa bizdəki 5-ci kolon?Yoxsa biz yenə gecikərək əldə etdiyimizi itirmək ərəfəsindəyik?

Faiq 2020-12-25 13:34:09

Bunun belə hal almasında müqəssir kimdir? Niyə biz Türk silahlı qüvvələrinin Ruslarla eyni zamanda Qarabağda yerləşdirilməsini təmin eymədik? Və ya nə səbəbdən gecikdik? Yenə 5-ci kolon mane oldu?nr

Kaku 2020-12-25 12:55:57

Turklerin herbi bazasini olkemizde yerlesdirmeyi xalq istiyir bu birmenalidi.ancaq bunu politoloqlar yox milli meclisde oturan deputatlar mesele qaldirmalidi onlarinda coxu 5ci kolondu demeli cetin olacaq

Hafiz 2020-12-25 12:19:59

Ruslar həmişə ermənilərdən Türklərə qarşı istıfadə ediblər və ermənilərlə müttəfiq olublar. Odur ki, onlardan ədalət gözləmək əbəsdir.

Cefer Memmedov 2020-12-25 11:16:27

Məhşur kinoda deyildiyi kimi: ". kimdir günahkar? Qorxaq jurnalistlər, yaltaq politoloqlar, əqidəsiz deputatlar , kor və kar ziyalılar yoxsa bütün bunlara seyrici qalan XALQ ???

RR 2020-12-25 11:04:27

Türkün türkdən başqa dostu yoxdur.

Azer 2020-12-25 10:03:56

Maraglidir Turkiye niye bu qeder yubanir? Belkede bizim bildeyimiz cox sohbetler var.

Vətəndaş 2020-12-25 09:39:03

Yəqin ki hökumətimiz Putinin xətrinə dəyməsin deyə Türk hərbiçilərinin gəlməsinə maneçilik edir. Ancaq millətimiz xalqımız bunu istəyir və narahatdır bundan

TARIX 2020-12-25 09:37:10

RUSİYA YENƏ İKİ ÜZLÜ SİYASƏT YÜRÜDÜR.ONA QƏTİYYƏN İNANMAQ OLMAZ.

Son yazılar