SABİQ NAZİR PARTİYA SƏDRİNİ “AGENT” ADLANDIRDI - "Hələlik onu “verbovka” edənin adını söyləmirəm..."

“Zülfüqarovun mövqeyi Musabəyovun, Abutalıb Səmədovun və digərlərinin mövqeyi ilə eynidir, Rusiyanın maraqlarını müdafiə edir”

Son günlər məlum üçtərəfli razılaşmanın icrası, Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti, Türkiyə hərbçilərinin bölgəyə gəlişi kimi mövzular ətrafında siyasətçilər, politoloqlar, ictimai fəallar arasında müzakirələr və mübahisələr xeyli artıb. ADP sədri Sərdar Cəlaloğlu ilə keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov arasında da bu mövzularla bağlı mübahisə baş verib.

“AzPolitika.infoxəbər verir ki, T.Zülfüqarov telekanalların birində baş tutan müzakirələr zamanı S.Cəlaloğlu ilə aralarında yaranan mübahisəni özünün “feysbuk” səhifəsində davam etdirib. Sabiq nazir paylaşdığı statusda partiya sədrini “agent” olmaqda günahlandırıb və hətta onun kod adını, onu “əməkdaşlığa” cəlb edənin kimliyini belə bildiyini qeyd edib: “Özüm baxmıram, amma dostlarım deyir ki, Sərdar Cəlaloğlu mənimlə bağlı isterikanı davam etdirir. O, bununla məşhurdur ki, “əməkdaşlığa” (hələlik onun kod adını və onu “verbovka” edən əməkdaşın adını söyləmirəm) başlayandan sonra informatorluqdan başqa, həm də ona nə deyirlərsə, həmin şeyi “səsgücləndirici” ilə söyləməklə məşğuldur. Lakin bu, yeni xəbər deyil, bunu hamı, ya da demək olar ki, hamı bilir. Beləliklə, bizim KİV-lər yazdığı kimi, “şok açıqlama” – onu “Space”-ə Prezident Aparatından xüsusi olaraq, XİN-in bir keçmiş işçisi göndərib. Orada bir neçə əməkdaş var, mən onlardan birini – Məmmədyarovun sevimlisini nəzərdə tuturam.

Mən bu verilişdə iştirakdan bir neçə dəfə imtina etdim və dedim ki, mənə bu formatda müzakirələr maraqlı deyil. Sonra “Məmmədyarov dostları”nın nə düşündüyünü başa düşmək üçün razılaşdım...”

T.Zülfüqarovun onun barəsində yazdıqlarına “AzPolitika.info”-ya açıqlamasında cavab verən S.Cəlaloğlu qeyd etdi ki, sabiq nazirin dedikləri yalan və böhtandır: “Bu, böhtandan başqa bir şey deyil. Mən onun haqqında bəzi fikirlər demişəm. O da indi guya mənə cavab verir. Belə üstüörtülü danışmağa ehtiyac görmürəm. Məni kim, harada “verbovka” edibsə, desin. Mən elə adamlardan deyiləm ki, məni “verbovka” etsinlər.

Hakimiyyətə münasibətim müsbət olanda açıq demişəm ki, bu hallara görə münasibətim yaxşıdır, pis olanda da, demişəm ki, pisdir. Həbsxanalarda yatmışam. Ancaq işgəncələrə məruz qalmağıma baxmayaraq, heç bir dostum və ya başqa partiya haqqında yanlış fikir deməmişəm. Əslində, mənim həyat yolum göstərir ki, onun dedikləri böhtandan başqa bir şey deyil”.

S.Cəlaloğlu T.Zülfüqarovu açıq danışmağa və bildiyi faktları açıqlamağa çağırıb: “Bir daha bildirirəm ki, qoy Tofiq Zülfüqarov fikirlərini açıq desin. Mənə şər atmağa nə ehtiyac var? Lazım gəlsə, məhkəməyə müraciət edərəm. Bu nə deməkdir, guya məni kimsə “verbovka” edib?

Mən ona Rusiyanın maraqlarını müdafiə etdiyinə dair irad bildirmişəm. Çünki deyirdi ki, rusların bura gəlməsi düz oldu. Bu fikirləri yanlış və səhv saymışam. O da buna görə mənə qarşı belə formada hücum edir. Biz “Space” kanalında verilişdə idik. Mən bəzi məqamlara etirazımı bildirdim. Bundan sonra guya mənim onu agent adlandırdığımı dedi, hərçənd mən ona agent deməmişdim, sonra da dedi ki, siz agentsiniz. Hətta arqument kimi mənim kiminsə müavini olduğumu nümunə gətirdi.

Mən onda başa düşdüm ki, Sülhəddin Əkbərlə məni qarışdırır. Çünki ikimizin də rəhbəri olduğumuz partiyaların adında “demokrat” sözü var. Sülhəddin bəy Elçibəy hakimiyyəti zamanı Milli Təhlükəsizlik nazirinin müavini işləyib. Belə anladım ki, mənimlə onu qarışdırır. Ancaq mən heç vaxt kiminsə müavini olmamışam. Üstəlik, dövlət vəzifəsində çalışmamışam. İlyas İsmayılov və Rəsul Quliyev ADP-də həmsədr olduğu zaman baş katib vəzifəsini tutmuşam. Həyatım boyu heç kimin müavini olmamışam. Görünən odur ki, mənim haqqımda çox dayaz məlumata malikdir. Onun məntiqi belədir ki, “sən müavin olmusan və buna görə agentsən””.

ADP sədri deyib ki, onun fəaliyyəti hər zaman şəffaf olub və heç kim onu hansısa böhtan vasitəsilə şantaj edə bilməz: “Mənim tərcümeyi-halım təmiz, həyatım, yaşamım, işim şəffafdır. Məni hamı yaxşı tanıyır. Müxalifət də, iqtidar da. Bu cür şantajla məni dayandırmaq olmaz. Faktı varsa çıxıb desin. Belə daş atmaq, ağıllarına gələni demək... Nə deyirlər, desinlər. Hansı ləqəblər istəyirlər, quraşdırsınlar. Mən Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd olan bütün qüvvələrə qarşı mübarizəmi açıq və net şəkildə aparacağam”.

Partiya sədri xatırladıb ki, T. Zülfüqarov televiziyadakı çıxışı zamanı Dağlıq Qarabağda azərbaycanlılardan, ruslardan və ermənilərin qeyri-formal dəstələrindən ibarət hərbi qüvvələr yaratmağı təklif edib: “Mən də buna etiraz etdim. Nəyə görə, burada türk qoşunları olmamalıdır, əvəzində ermənilər və ruslarla birgə Azərbaycanın suveren ərazilərinə nəzarət həyata keçirilməlidir? Bundan sonra qəfildən dedi ki, guya mən ona agent demişəm.

Bir dəfə də açıqlamasında Rasim Musabəyovu müdafiə etmişdi. O zaman Musabəyov rus kanalına demişdi ki, türklərin Qarabağda nə işi var? Tofiq Zülfüqarov da qeyd etmişdi ki, Musabəyovu tənqid edənlərin başı xarabdır və s. Mən də bildirmişdim ki, Musabəyovu müdafiə etmək elə onun mövqeyində durmaq deməkdir. Sonradan Tofiq Zülfüqarov deyəndə ki, Dağlıq Qarabağda azərbaycanlılar, ruslar və ermənilərdən ibarət hərbi qüvvələr yaradılmalıdır, onda anladım ki, bunun mövqeyi Musabəyovun, Abutalıb Səmədovun və digərlərinin mövqeyi ilə eynidir. 

Bir daha qeyd edirəm ki, bəzi şəxslər Rusiyanın fəaliyyətinə haqq qazandırır, Dağlıq Qarabağı bizdən qoparmaq siyasəti ilə bağlı xalqımızı çaşdırmaq istəyirlər. Mən də buna qarşı mübarizə aparıram. Konstitusiyaya görə, Azərbaycan dövlətinin maraqlarının, Vətənin müdafiəsi hər bir vətəndaşın hüququdur. Mən də Vətənimi müdafiə edirəm. Nə deyirlər, desinlər, amma dedikləri sözlər fakta söykənsin. Belə ittihamlar sadəcə, öz mövqeyini müdafiə edə bilməməkdən doğur. Adətən, insanlar gücsüz olan kimi söyüşə üstünlük verirlər. Bu da həmin şeydir. Mən ona agent deməmişəm, əslində o, özü-özünü agent adlandırıb. Mən, sadəcə onun fikirlərini yanlış saymışam”.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Asif 2021-01-07 21:53:38

Bunlar hər ikisi kol-kos qıranlardırlar

Eli 2021-01-07 17:11:22

Ay qardaş ay yoldaş ay gözel insanlar axı biz niye birimizi rusun agenti ermeni ve s.sözlerle tehqir edirik ki hamısı da esassız ittihamlardır.Ay insanlar bizi birimize deymeyel mehriban olaw bizim düşmenlerimiz melumdur gelin düşmenlerle meseleleri heşl edel sonra öz arzöızdakı “razborkaları” hell ederik acı bizi istemeyen çoxdur

vidadi goyce 2021-01-07 11:56:11

serdar 50 faiz kontinental,50 faiz ise suptropikdir.

ejder 2021-01-07 11:29:56

aye,,kqbewnik,,putin kimin kim olduqunu yaxwi biler,ay tofiq,,iwleqinen,,

Bamsı Beyrək 2021-01-07 11:10:33

"Prezident Aparatından xüsusi olaraq, XİN-in bir keçmiş işçisi göndərib, özü də Elmar mammed-yarovun sevimli əməkdaşı olub"... bu kim ola bilərmiş..... Böyük ehtimalla.... Yaz gəldikcə, günəş görsəndikcə, hələ çox buzlar əriyəcək, çox maskalar yerə düşəcəkdir. Xalq yanlış qəhrəmanlara sitayiş etdiyini anlayacaqdır. Onda Hikmətlərin də, Sərdarların da, elə Tofqilərin kim olduğu faş olacaqdır.

Eli 2021-01-07 00:20:21

Ölkede beş üç mefer sğlı başında olan adam var onlar da hemişe bir biri ile yola getmirler.Ay gözel insanlar gelin mehribsn olaa bir birimize döze bilek be ımumi işimizi görün düşmene zerbe endirek

t.ədalət 2021-01-06 22:55:39

Tofiq Zülfüqarovun Azərbaycan XİN-nə rəhbərliyi də Rusiyanın projesi idi.Rusiyanın razılıq vermədiyi adamlar vəzifələrə tətin olunmurdu.Azərbaycan hökuməti Qarabağ zəfərindən sonra tam müstəqilləşdi.Kabinetində əyləşib Rusiyanın ayaqyolusunu xəyalında qoxulaya-qoxulaya vəzifəsini tərk edəcəyi günü gözləyən nazirlərimiz var.Onlar da gedər,inşallah!

vətənindaşı 2021-01-06 22:36:26

Tofiq son fəaliyyətləri ilə Xalqın gözündən həmişəlik düşdü--HZ.ƏLİ belələrinə kişiyə bənzər adı qoyub nöqtə

Xalq 2021-01-06 21:01:03

Kim rusların Azərbaycana girməsini dəstəkləyirsə məncə o agentdir. Məntiq bunu deyir!

omar 2021-01-06 20:52:52

Sərdarı bəyin Az.politikaya dediyi ilə verilişdə dedikləri tam üst-üstə düşür.Sərdar haqlı olaraq Zülffüqarın, bizimkilərlə erməni-rus hərbiçilərinin bir yerdə nəzarət etməsini deməsinə dözmədi.Qeyd etdi ki,təcavüzkar erməninin nə işi var bizim torpaqda,bəyanatda yazılıb ki,erməni qoşunu çıxsın,siz isə onu yenidən bura gətirmək istəyirsiniz,qoy türk də gəlsin.İnsan haqlı.Bu xalq rus-erməni birliyindən hələ çox zülmlər çəkəcək.Rus açıq-aşkar bizə meydan oxuyur,özünü Qarabağın sahibi kimi aparır.

Vuqar 2021-01-06 19:37:41

TOFIQ-MELLIM --VETENPERVER- -SAVADLI--VE--OLKESINE--COX--BAGLI--TEMIZ--INSANDI!-VEZIFESINDEN- -GETMEYI--HECDE--MEMMALI- -DEYILDI--SADECE-- HOKUMETE --QARABAGLA--BAGLI--DANISIQLARIN- -BOS--BIR --SEY--OLDUGUNU--DEDI--VE--ISTEFA--VERDI!-ONUN- -DEDIYI--FIKIRLERDE- -OZUNU--TAM--DOGRULTDU!

OQTAY 2021-01-06 18:57:51

S.Celaloqlu,Turkoqlu Turkdur!!!Burada ne qebehat,var ki?...,

Shahin 2021-01-06 18:32:22

Molodes Serdar, hemishe Rehim Qaziyev kimi butun situasiyalarda ozunu haqli hesab edirsen, Allah seni kimilerden bu xalqi qorusun.

ELSAD 2021-01-06 18:18:52

Mence indiki "muxalifet" liderlerinin 2003-cu ilden evvelki ve sonraki hereketlerini yada salsaq kimin kim olduqu kesin anlasilar...

Çərkəz 2021-01-06 18:01:06

Sərdar və Qurban Məmmədov qardaşları hərəsi bir pozada fəaliyyət göstərir.Hərəsi bir qrupa xidət edir.

Vətəndaş 2021-01-06 17:39:22

Tofiq Zülfüqarov çox normal insandır. Onun nazir kreslosundan müəmmalı gedişi də buna sübutdur

Son yazılar