"LAVROV HƏMİŞƏKİ KİMİ "İKİ QAPIYA OYNADI"...” - “Bakıdan reaksiya olmasa...”

"Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov həmişəki kimi "iki qapıya oynadı". O, mətbuat konfransında Dağıq Qarabağın statusu məsələsində dedi ki, 10 noyabr bəyanatında bu barədə bənd yoxdur və gələcəkdə bu işlə Minsk Qrupunun həmsədrləri məşğul olacaqlar".

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Rusiya Xarici İşlər naziri Sergey Lavrovun səsləndirdiyi fikirlərini şərh edərkən bildirib.

"Qarabağın statusu ilə bağlı ermənilərə demək istədi ki, status mövzusu Moskva üçün aktual deyil. Lavrov Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi ideyasının “ekzotik” olduğunu və Moskvanın gündəliyində belə bir məsələnin olmadığını bildirdi", - ekspert qeyd edib.

E.Şahinoğlu hesab edir ki, Lavrov növbəti açıqlamasında artıq bizim "qapıya qol vurdu": "O, Laçın dəhlizi üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında gediş-gəlişin bəyanatda vurğulandığını və bunun təbii olduğunu söylədi. Lavrov demək istədi ki, əgər Azərbaycanın materik hissəsinin Naxçıvanla əlaqəsi olacaqsa, Ermənistanın da Dağlıq Qarabağla əlaqəsi olmalıdır və bu yanaşma 10 noyabr bəyanatına uyğundur. Yəni Lavrov demək istədi ki, Ermənistan rəsmilərinin Dağlıq Qarabağa səfərlərində anormal heç nə yoxdur və buna görə Azərbaycandan icazə alınmamalıdır.

Lavrovun sözlərinə görə, guya buna Azərbaycan tərəfi də etiraz etmir. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da verdiyi açıqlamada Ermənistanın Xarici İşlər nazirinin Azərbaycan torpaqlarına qanunsuz gəldiyini və Rusiya hərbçilərinin səlahiyyətlərini aşdıqlarını bildirdi".

Politoloqun sözlərinə görə, Azərbaycanın rəsmi səviyyədə Lavrovun Laçın dəhlizinin açıq saxlanılmasıyla bağlı çıxışına reaksiyası olmasa, vəziyyət elə belə də davam edəcək: "Yəni Ermənistandan kimin kefi istəsə, Dağlıq Qarabağa gələrək təxribatçı açıqlamalar verməkdə davam edəcək. Ermənistanla sərhəd nəzarətə götürülməlidir. Bunun başqa yolu yoxdur. Kim zəmanət verə bilər ki, Ermənistandan Dağlıq Qarabağa gələnlər maşınlarında silah-sursat daşımırlar?"

"AzPolitika.info"

635x100

Şərhlər

Azər 2021-02-06 18:38:29

Lavrovun sözündən belə çıxır ki, Qarabağın dağlıq hissəsinin Azərbaycana aidiyyatı yoxdir, onlar Azərbaycan vətəndaşı deyillər və onların Ermənistan vasitəsilə hərəkətlərinə əlahiddə dəhliz verilməlidir.Bunu başqa cür anlaaq mümkün deyil.Bəs bizim Xarici işlər Nazirliyi niyə Rusiyaya münasibət bildirmir? Məgər Qarabağın dağlıq hissəsi Azərbaycan ərazidi geyil?tnecəalm vvSa

Azad 2021-02-06 18:33:14

Lavrovun açıqlaması başa düşülən deyil.Lavrovun Naxçıvanla DQ-ı müqayisə etməsi gülüncdür.Çünki Naxçıvan faktiki blokadaya məruz qalan Azərbaycan vətəndaşları yaşayan Azərbaycan ərazisidir .Qarabağın dağlıq hissəsi də Azərbaycan ərazisi olduğuna və orada da Azərbaycan vətəndaşları (milliyətindən asılı olçayataq ) onlar blokadad deyillər.Ona görə Laçın dəhlizinin mənası varmı? Sadəcə keçid məntəqələrində dənəd təqdim eyməklə istədikləri tərəfə hərəkət edə bilərlər.Belə halda Laçın dəhlizinin mənası varmı?ll müvafiq sənədlə istədikləri istiqamətə getməkdə sərbəstdirlər.Belə haldandy

Şərhlərə 2021-01-20 03:30:55

SSRİdə ilkin suverenliyi formal AXC aldı! Fəallar özgə qatarını saxlatdılar? Bu "siyasi uşaqlıq" dünyaya bağırdı, ehmalca Qarabağın azadlığına getmədi? Beləcə, müəllifi bilinməz Sumqayıt, 20 yanvar, vertolyot, Höcalı, Şuşa və s. faciələr baş verdi. İndi Kremlin forası bu uşaqlığı daha çılğınlaşdırıb? Əgər, razılaşmada rəsmi Bakı nəinki, DQ, öz sərhədlərinə Laçın dəhlizi də daxil öz üzərinə götürməyibsə, Kalandryana nə dəxli? Hüququmuzu tələb gərək!

Eko 2021-01-19 06:43:40

Lavrov ermeni diqasidi bunu yaddan cixartmayi !! Comaqinizi elden vermeyin !!!

RT 2021-01-19 06:36:03

Yatmayin eheheeey XIN , cixib sôzûnûzû deyin qorxmayin Vallahi qorxmayin Xalq bir yumruq kimidi , biz hakk yolundayiq Allah bizimledi !!!! Atalar sôzû var ...

Eko 2021-01-19 06:32:15

XIN naziri niye aciqlama vermir , bu lavrivun sôzlerne ? Hardadi Hikmet mellim ? niye susursuz ?neden qorxursuz , qorxan qôze côp dûsher .! Ne qeder ki susacaqsiniz , bundan ancaq diqalar qabaq dûshecek . Oxuyun ermeni saytlarni neler yazirlar, lavrivun dediklerinden .(((((((( Bele momentde susqunluq raziliq demekdir ! Cixib TV de aciqlama verin , Lavrov kimiler bilsinnerki onnarin dedikleri bosh bir sherdi , Prezidentimiz deyen ônemlidi !!!

XALQın şərhinə 2021-01-18 21:43:41

Doğru, amma dəqiq ünvansız şərh. Qələbə də bizimdir, Qarabağ da! .... Azərbaycan Gömrüyü Ermənistanla keçidi nə vaxt nəzarətə götürəcək?

Xalq 2021-01-18 19:21:19

Çox düzgün mövqeydir, fikirlərinizi dəstəkləyirik!

boris 2021-01-18 19:01:12

bizim reaksiyalar yoxlanılır sonra isə adekvat addımlar atılır,bizim əlaqədar adamlarımız qəti təpgi göstərməlidirlər.Qorxaq min dəfə ölür-igid bir dəfə

Cəmşid Dərələyəzli 2021-01-18 18:36:32

Tanrı hər alanda yardımçınız olsun. Xalqın güvəni Sizə tam. Cənab Prezident Qarabağda 44 günlük qələbədən sonra Xankəndində Rusiya Sülhməramlılarının (hərçənd ki, statusları razılaşdırılmayıb belə) davranışlarından dolayı orada gedən proseslərlə bağlı bildirdiyiniz fikirlər və bunula bağlı göstərmiş olduğunuz səbr başa düşüləndir. Lakin artıq Rusiyanın davranışları və bəzi Rus yetgililərin bu qonudakı bəyanatları əndişə doğurmaya bilmir. Belə ki, bu günə kimi Rusiyanın Xankəndindən Ermənistan silahlı qüvvələrini çıxarmaması, Ermənistan yetgililərinin Xankəndinə gəlişlərini durdurmaması, mənşəyi bəlli orlmayan ermənilərin oraya daşınması və bu günə onların sayının 50 minə çatdırması (mətbuatdan) Azərbaycan ictimayətində narahatlığı artırmışdır. Nəhayyətdə Rusiyanın bu amacı deşifrə olunmalı və Rusiyaya dərhal dur deyilməlidir. Bu belə devam edilə bilməz. Onsuz da Rusiyanın niyəti ortada. Məqsəd ara isinənə kimi orada ermənilərin bəlli sayını bəlkə də yüz minə çatdırıb, sonradan öz niyətini onların dili ilə diqtə etməkdən ibarətdir. Derhal məsələ gündəmə gətirilməli, Azərbaycanın iştirakı ilə oraya gətirilənlərin və orada yaşayanların sənəd təftişi aparılmalı, 1988-ci ildən sonra Xankəndinə (daimi vətəndaşların artımından doğulanlar istisna) aid olmayan ermənilər oradan çıxarılmalıdır. Düşünürük ki, Azərbaycanın təşəbbüsü ilə Türküyə öz diplomatik əlaqələrini gücləndirib bu məsələni Putinin masasına yatırmalı və həm də Sülhməramlının statusunu razılaşdırmalıdırlar ki, Rusiya yalnız ona aid işlərlə məşqul olsun. Cənab Prezident bir daha əmin olmanızı istəruk ki, xalqımız bu məsələdə Sizi ilk gündən necə dəstəkləmişdirsə, indi də bu yöndə atdığınız hər bir addımda yanınızdadır, arxanızdadır. Çünki, xalqın güvəni Sizə tam.

Son yazılar