“BEŞİNCİ KOLON ÇEVRİLİŞ ETMƏK NİYYƏTİNƏ DÜŞDÜ...” - Deputatdan həbslərlə bağlı ŞOK açıqlamalar

"20-25 il vəzifədə olan kadrlar harınlaşmış kadrlardır"

“Mən sabiqlər barədə heç nə demək istəmirəm. Hamısı vəzifədə olanda rəhbərlik etdikləri qurumlarla bağlı kifayət qədər lazımi tənqidlərimi etmişəm. Təqsirləri yoxdursa, Allah qapılarını açsın. Təqsirləri varsa, hüquq-mühafizə orqanları ölkənin cinayət məcəlləsinə uyğun lazımi ölçü götürəcəklər. Amma olduqları vəzifədə dövlətin, Prezidentin əleyhinə işləyənləri heç vaxt qəbul etməmişəm, etməyəcəm də. Bu məsələlərə indi yox, 10 ildir toxunuram, konkret faktlar göstərirəm. Mən kiminsə barəsində vəzifədən çıxandan sonra danışmıram, vaxtında danışmaq lazım idi”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ölkə gündəmini dəyişən son hadisələr barədə fikirlərini bölüşərkən deyib.

“O pullar şəhid ailələrinə, qazilərə xərclənməlidir”

V.Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyevin məmurlarla bağlı sonuncu çıxışı əhali arasında ciddi reaksiya doğurub: “İnsanlar son proseslərdən məmnundurlar. Mən həmişə demişəm - ümumilikdə korrupsiya əməlinə görə həbslərin tərəfdarı deyiləm. Fakt varsa, o əmlakların, vəsaitlərin dövlət büdcəsinə qaytarılması təmin olunmalıdır. Xüsusilə indiki şəraitdə həmin vəsaitlərlə qazilərin, şəhid ailələrinin həllini gözləyən bir çox problemini aradan qaldırmaq olar”.

““5-ci kolon” çeviriliş etmək niyyətinə düşdü...”

Deputat qeyd edib ki, proses sonuncu həbslərlə yekunlaşmayacaq: “Azərbaycanda təmizləmə prosesi getməlidir. Bir şeyi diqqətə çatdırım ki, Qarabağda rus sülhməramlıları yerləşdiriləndən sonra Azərbaycanda “5-ci kolon” dirçəldi, sanki onlara ikinci dəfə nəfəs verildi. Öz “böyüklərilə” məsləhətləşmələr apararaq, Azərbaycanda müəyyən oyunlar qurmağa başladılar. Kifayət qədər pulu, gücü olanlar dövlət çevrilişi etmək niyyətinə düşdülər. Amma xalq, əhali Prezidentin arxasındadır. 44 günlük müharibə bir daha Ali Baş Komandanın əzmini sübut etdi. Ona görə də kimsə hansısa niyyətə düşsə, dərhal cavabını alaraq, yerində oturdulacaq”.

“Harınlamış məmurlar heç Prezidenti də eşitmirlər”

Deputat hazırda vəzifə başında olanlar arasında həddindən çox harınlamış məmur-oliqarxların olduğunu diqqətə çatdırıb: “Bilirsiniz, bu prosesin davamlı olmaması qeyri-mümkündür. Çünki vəziyyət elə bir səviyyəyə çatıb ki, həllsiz qala bilməz. Son illər çox sayda kadr dəyişikliyi aparılıb, vəzifəyə gənc, Avropa təhsilli kadrlar gətirilib. Yenilər müəyyən səhvlər buraxacaqlar, amma onlar Azərbaycan dövlətinə xəyanət etməyəcəklər, Azərbaycanın müstəqilliyinin əleyhinə addım atmayacaqlar, heç vaxt ciddi korrupsiya faktlarına görə istintaq edilməyəcəklər. Mən o gənclərin əksəriyyətini tanıyıram, əlaqələrim də var, məsləhətləşmələrimiz də olur. Amma 20-25 il vəzifədə olan kadrlar harınlaşmış kadrlardır. Kifayət qədər vəsait toplamış, vəsaitləri xaricə çıxarmış oliqarxlardır. Onlar nəinki bizim, heç ölkə rəhbərinin də sözünü eşitmirlər. Ona görə də onlar dövlət üçün həmişə təhlükədir”.

635x100

Şərhlər

Fakt ilə yazana 2021-02-14 23:06:18

Şəki heç vaxt belə ağır günlərini yaşamamışdır....?

Fakt adı ilə yazana əlavə 2021-02-12 21:07:18

Şəki icra başçısı Usubiv formal vəzifə tutur.Şəki illərdir əslində onun müavini Həsən tərəfindən idarə olunur.Usubova da Həsən yığdıqları rüşvətdən faiz ödəyir.On ildən çoxdur Şəki Həsən bəyə tapşırılıb.İnanmayan Şəkililərdən soruşsun.Bunu hamı bilir

Bəxtiyar 2021-02-10 14:00:24

Vahid müəllim,5-ci Kolon Rus ordusunu Azərbaycana buraxanlar,Türkiyənin köməyindən imtina edənlərdir.

t.ədalətə 2021-02-08 12:30:42

Bu vəzifəliləri Ə.Əliyev təyin edibmi? Bir də ki, 27 il Qarabağı azad etməyə hazırlaşan dövlətin ehtiyatları hanı? Qaz idxalı ölkələri gələcək təchizat üçün hər biri bir rayonu öz layihələri üzrə bərpa edib, qovulmuşları razı sala bilərlər?

Eli 2021-02-07 19:30:57

Moşu müellimin şerhinde tenqid ve meslehetden çox bir Vetendaş mövqeyi ve bir Canyanğısı var ki bu da her adamda olmur olsaydı bizim cemiyyetde bu qeder nöqsanlar olmazdı.Moşu müellim teşekkürler Size.O ki qaldı kadr öeselesine bu mence çox ince meseledir Bu meselede sebr şüur zehmet ve diger faltorlar var Öence bizim genclerin ekseriyyeti düzgünyoldadır.Bir misal var mence biz ona emel etsek pis olmazDeyir sen istedadlıya kömek et istedadsız özüne yol tapacaq.

Atalar Misali 2021-02-07 19:25:03

Azerbaycanda her kes bilir bu Atalar Misalini : " Pulun var, girish, Pulun yoxdur, surush . " Rehmetlik shair Fizuli , oz sheirlerinin birinde yazmishdi : " SALAM VERDIM, SALAMIN CAVABI VERILMEDI, chunki, RUSHVET DEYILDI . "

Vətəndaş 2021-02-07 19:04:16

Hörmətli AZ.POLİTİKA bu şərh yerini bir az böyütsəniz əla olar. Yazdığımızı görə bilmirik,və qramatik səhvlər çox olur. Böyütməsəniz də problem yoxdur. Belə də əladır. Ürəyimizi boşaldırıq

Moshu - ya sual 2021-02-07 19:03:39

Azerbaycanda , yuksek vezifeye teyinat Serancami, kim terefinden imzalanir ?

MV V.Əhmədova 2021-02-07 19:03:04

Axı, Vətən müharibəsi də təsdiqlədi ki, dövlət elə 5ci kolon üzərində qurulub və onun göstərişi Azərbaycan üçün hər an hökmdür! Heç haystan qədər də azadlıq görünmür?

Moshu 2021-02-07 14:37:42

Vahid müəllin insan kimi şəxsiyyətinə böyük hörmətim var. O, çox abırlı, həyalı, obyektiv insandır. Şərh yazanlardan biri qeyd edir ki, arxadan atılan daş topuğa dəyər. Mən isə deyərdim ki, daş yaxşı atılsa başa da dəyər, o baxır daşa və onu atana. Vahid müəllim arzu edir ki, Allah o qaniçənlərin qapısını açsın. Ay Vahid müəllim, Allah deyil, qara maskalılar onların qapısını açsın. Hər bir hərəkət öz həllini tapmalıdır, hər qanunsuz əmələ görə cəza təyin edilməlidir. Xatırlayırsınızsa, “Görüş yerini dəyişmək olmaz”adlı sovet filmi var idi. Orada mayor Jeqlov deyir: Oğru türmədə oturmalıdır. Azərbaycan xalqı bu oğruları yaxşı tanıyır. Onları hüquq-mühafizə orqanları da yaxşı tanıyır. Əgər bir deputat deyirsə ki, filan oğru mənim dostumdur, vay bizim halımıza. Enli-enli danışmaq lazım deyil, konkret işlə məşğul olmaq lazımdır. O ki qaldı 5-ci kolona, dövlət üzərinə düşən vəzifəni yerinə yetirməyə qadir deyilsə, günahı 5-ci kolondan deyil, dövlətin özündə axtarmaq lazımdır 44 günlük müharibənin gedişi zamanı ölkə başçısı tanınmış media qurumlarına çoxsaylı müsahibələr vermişdi. Onlardan birində O, xatırlatmışdır ki, müharibədən sonra Azərbaycanda yeni durum yaranacaq. Süqilik, üzgörəlik olmasın, Ali Baş Komandan sağlığında Azərbaycasn xalqının qəlbində özünə əbədi heykəl ucaltdı, hər bir həmvətənlərimizin sevimlisinə çevrildi. İndi artıq o dediyi dönəmin zamanıdır. Hər atılan mərmini, gülləni pula çevirsək bu rəqəm milyardlarla ölçülər. Büdcə yazıq neynəsin, gərək haradansa dolsun, bərpa edilsin. Bunu sadə vətəndasşın üzərinə qoymaq isə sadəcə olaraq məntiqsiz görünür. Böyük Vətən müharibəsində azərbaycanlıların hansı qüdrətə malik olması, son varidatını cəbhəyə göndərdi, boğazından kəsib cəbhədə vuruşan oğullarımıza göndərdi və qələbənin əldə olunması Azərbaycan neftinin hesabına olması tarixdən, tarix kitablarından yaşlı nəslin yaxşı xatirindədir. İndi qayıdaq bizim “şərəfli” oliqarxlartımıza. Sözün açığı, bu oliqarx sözünü kim fikirləşib ki, bu oğrubaşların millətin qanından, canından sorub əldə etdikləri hesabına özlərinə titulmu qazanıblar. Birincisi, ondan başlayaq ki, Ziya Məmmədov və adlarını çəkmədiyim bir çox nazirlər, komitə sədrləri, icra başçıları niyə azadlıqda gəzməlidirlər? Bu 44 günlük müharibədə onlar qələbə naminə hansı xidmətlərilə gündəmə gəldilər, hansını oğlu, nəvbəsi bu müharibədə iştirak etdi? Yuxarıda qeyd etdiyim kimi ölkə başçısı artıq onun üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Bəs bu qaniçənlər nələri ilə gündəmdə qaldılar? Mən ölkə başçısı olsa idim onların gündəlik tələbatlarını qane edən məbləğdə vəsaiti saxlamaq şərtilə hamısını maliyyə cəhətdən cəzalandırardım, Əks halda hər bir belə məmurun neçə il işləyibsə, çox lazım deyil, işlədiyi il qədər həbs cəzası tətbiq edilsin. İnanın səmimiyyətimə, bunları başlı-başına buraxsan səhərisi günü hərə öz silahlı dəstəsi ilə bu hakimiyyətə meydan oxuyacaq. Sadəcə olaraq, cənab Prezidentin artan nüfuzunu görüb gözləmə mövqeyindədirlər. Bu gün hansı sabiqlərə toxunsan, altından milyonlar çıxacaq. Mən cənab İlham Əliyevə Sinqapurun sabiq Baş Naziri Li Kuan Yunun yolunu getməyi arzılayardım. Artıq Sinqapur nümunəsi göz qabağındadır.

Samir 2021-02-07 14:20:43

Hörmətli Vahid müəllim, Rus sülh məramlılarınınsayı qədər bpgəyə türk sülhməramlılarının gəlməsinə əngəli elə 5ci kolon yaratmırmı?Əgər eyni satda sülh məramklılar Qarabaga Türkiyədn də daxil olsa idi ( hərçənd Türkiyə buna hazır idi və Azərbaycanın razılığını ğözləyirdi) Rus hərbçiləri Qarabağda özbaşınalıq edə bilməzdi. Bu faktı unutmaq doğru olmaz.Deməli 5-ci Kolonun başını yuxarılarda axtarmaq doğru olar.odur ki,Sizin belə adressiz,ümumi szlərlə çıxışınıza diqqət edin.İnsanları çaşdırmaq yanlış yoldur.Konkret məlumatlar önəmlidir.

vətənindaşı 2021-02-07 11:48:05

компитентность есть способностьобнаружить и удовлитворить личные вкусу начальства-вот вся твая компитенция товариш -

Moshu 2021-02-07 09:48:20

Fikrimi yekunlaşdırarkən Vahid müəllimin bir fikrinə qayıtmaq. Vahid müəllim müsahibəsində qeyd edir ki, “Son illər çox sayda kadr dəyişikliyi aparılıb, vəzifəyə gənc, Avropa təhsilli kadrlar gətirilib.”. Hörmətli Vahid müəllimin diqqətini özüm rastlaşdığım bir hala yönəltmək istərdim. Xarici ezamiyyətlərdən birinə hazırlaşarkən yaxın qohumlardan biri mənə telefon zəngi açaraq bildirdi ki, gedəcəyim ölkədə onun oğlu nüfuzlu Universitetlərin birində oxuyur, əgər mümkünsə Azırbaycanın nemətlərindən verək onun üçün apar. Oxuyan tələbələr üçün ürəym gedir, ona görə razılıq verdim. Apardığım məhsdullarla bağlı hətta Almaniyanın hava limanında problem yaşandı. Tərcüməçimizin vasitəsilə bu problemi birtəhər yoluna qoyduq. Burada köhnə bir lətifə yada düşdü. Valideyn Rusyada təhsil akan övladına təyyarədə qoyun aparır, ona bunun mümkün olmadığını deyirlər. Valideyn isə cavabında deyir qoyun Rusiyada təhsil alır, bu podarkadır. İnanın səmimiyyətimə, yalan-palan heç nə yazmıram. “Podarka” xarab olmasın deyə həmin tələbə qohumuma zəng edib görüşdüm. Demək olar ki, gündə mənimlə görüşə gəlirdi. Bir gün ondan soruşdum, bəs dərsə nə zaman gedirsən? Cavabında dedi ki, əmi birtəhər yoluna qoyuruq. Həmin tələbənin atası Bakıda biznes adamıdır, böyük maddi imkanları var. Söhbət əsnasında dedi görüm burada müəyyən yer tapa bilsəm bir neçə obyekt açardıq, burada yaxşı pul qazanmaq olar. Dəhşət məni bürüdü. Bu yaxınlarda həmin tələbə ilə bir məclisdə görüşdük. Maraqlandım ki, hansı sənətin sahibidir, cavabında dedilər ki, iş tapa bilmir, işləməyə heç həvəsi də yoxdur. Odur ki, alman, ingilis, fransız dilini bilmək yaxşı mütəxəssis anlamına gəlmir. Uşaq bağçasında da bu dilləri öyrədirlər. Belə çıxır ki, bu uşaqları da nazir təyin etmək olar.

vətənindaşı 2021-02-07 09:25:03

belə deməkdənsə kaşki heç deməyəydi-özünü ağıllı sanıb bizi axmaq yerinə qoyur-ay-yay-yay

Vətəndaş 2021-02-07 07:20:33

5-ci kolon rus orducunu torpaqlarımıza gətirənlər və onları dəstəkləyənlərdirlər.

Veteran 2021-02-07 00:21:43

Tamamilə doğrudur.Təkcə özlərini deyil,asan yolla yuksək vəzifələrə qaldırılmış övladlarını ,qudalarını da ələmək və məsuliyyətə cəlb etmək lazımdır,özüdə təcili.

Vətəndaş 2021-02-06 23:22:00

Bu kolonlar gamısı hakimiyətin içində firmalaşıblar. Sadəcə iz azdırırlar. 5-6-8-kolon və sair. Oyundur vəssalam

FAKT 2021-02-06 21:43:59

Şəki Rayonu ən geridə qalmış rayonlar sırasındadır... Əfsuslar olsun ki, ayda 10-gün işdə olmayan bir adam 10-ildir ki, rayona başçılıq edir. İH 1-ci müavini Həsən Həsənov 23-ildir ki həmin vəzifədədir, ondan başqa 23 ildir ki YAP sədridir. Hümanitar sahə üzrə müavin Zərinə Cavadova 17- ci ildir ki kreslonu tutub, İqtisadiyyat sahəsinə baxan müavin Xəlil Xəlilov sovet dönəmindən işləyir, Elxan Usubov özü ilə gətirdiyi, dövlət çevrilişində həbs olunmuş, uzun müddət həbsdə yatmış Nizami İsmayılov 10 ildir ki, İH təsərrüfat üzrə müavin vəzifəsində işləyir, Hüquq şöbəsinin müdiri Əhmədiyə isə sovetlər dönəmindən həmin vəzifədə işləyir, Ərazi İdarə etmə şöbəsinin müdiri Rəfail Mənəfov ssri dönəmindən həmin vəzifədə işləyir , arvadı 14 saylı Uşaq baxçasının, Əmisi qızı isə 22 saylı Uşaq baxçasının müdiridir. ümumiyyətlə şəhər və rayonda olan iş yerləri bu Mafiya dəstəsinin adamlarıdır.... Bu rayonda inkişaf ola bilərmi ?

Hacı Səməd 2021-02-06 19:18:05

On illərdir vəzifə tutanlar nə etsən düzələn deyillər.Zərdabin icra başçısı bu qədər həbslərdən heç bir nəticə çıxarması.Cəmi 5-6 Ay dözdü. İndi açıb başını ən adi isə görə də rüşvət alır.Amma kameraya düşməmək şərti ilə.Məsələn köməkçisinin xalası oğlunun baldızının Əli ilə, yaxud şəhər icra nümayəndəsinin dayısı oğlunun qaynının Əli ilə.Bunlar düzələn deyil qardaşım.Ona görə Zərdab İHBascisi Mərdan Zərdabda Namərdan deyillər...

Qalib 2021-02-06 19:06:11

V.Əhmədov heç olmasa ümumi şəkildə, qırmızı xətti keçmədən də olsa, bəzən lap elə konkret ünvan kostərərək nəsə deyir. İnsaflı olmaq lazımdır. Az çox bu adam deyir onu da pisikdirməyək. Bir dəfə qırmızı xətti tapdalamisdi bütün ölkə bunu təpə- qapaz elədi. Heç kim də müdafiəsinə durmadı...

Aborigen 2021-02-06 19:05:21

Nəyin bahasına olursa olsun xalqın talanmış var-dövləti qaytarılmalıdır!

Mehdi 2021-02-06 17:11:02

Harinlamiş məmurlara özlərinin guçu catmirsa,yada xətirlərinə dəymək istəmirlərsə onlarin ixtiyarini versinlən mənə baxsinlar onlarda olan pulu var dövleti neçə alirlar.Isteyir 5 ci kalon olsunlar istəyir 15 ci kalon.Alimdəə, alim verim hökumətə.Hiss eliyirem bacarmirlar onlarnan.

ELSAD 2021-02-06 15:22:59

Hormetli Vahid Ehmedov daldan atilan das topuga deyer deyibler.Cox zamandir ki bu memurlarin dovlet budcesini capib-taladigi sonra ogurladiqlarini ofsorlara yerlesdiklerini muxtelif qurumlar arasdirib yazirdilar. Siz ise umumi fikir bildirmekle tenqidci deputat goruntusu yaradirdiz ki bu da daha tehllukeli bir seydir.Ne eceb bir defe olsun bunlarin parlament terefinden arasdirilmasi meselesini qaldirmadiniz?Belke dovlet bascisi bunu sizlerden gozleyirdi?.....

Bahadur 2021-02-06 15:18:12

Vahid müıllim nağıl danışır)))

Habil 2021-02-06 15:17:31

Bəli Vahid müəllim çox ağıllı adamdı çünki əks halda özu 30 il vəzifədə qala bilməzdi ))))

Eli 2021-02-06 14:06:41

Vahid müellim ad çekmenekde düz edir.Çünki en qatı vinayetkarın cinayetini isbat etmek üçün ortaya konkret fskt qoymaq lazımdır Fakt olmadsn danışmaq Bahid müellim kimi kişiye yaraşmaz.Bu üşaq ya qadınlara layiq olan işdir

Mirkazım 2021-02-06 13:50:18

yaın qeydləri təqdirəlayiqdir.Amma hörmətli deputat həmişəümumi sözlərlə çıxış edib,konkret adres.isim göstərməkdən şkinib.Belə qorvaq və ehtiyatlı adamların ölkəyə hansı mənfəət verəcəyi müəmmmalıdır.Guya deputat ətrafını görmür.sadəəcə hiss edir.Ancaq bilərəkdən ki,ümumi məlumat heçç kimə bir fayda verməz və nə idarələr.nə orqanlar belə məlumatlaardan istifadə imkanına malik olmazlar bunu edirlər.ancaq indiki durum konkretlilik tələb edir.boş,adressiz sözlərlə yaxşı kiçi olmaq mənasz bir əməldir.Bunun nə vətəndaşlara,nə də dövlət qurumlarına bir təsiri ola bilməz.ZAman konjretlik tələb edir.mç

Eli 2021-02-06 13:45:20

Vahid müellim ağıllı be müdrik işbilen bir insandır ne deyirse düz deyir.Mence ölkede şeraite uyğun ele ağıllı siyaset aparılır ki,5-cı kolon teleye düşüb ve son akkordları vurur.Zaman zaman Hacıleylek gelib hamısını bir bir denleyecekEsas odur ki Dövlet başçısı öz siyasimövqeyini qoyub ortaya

Hamllet Sadiqov 2021-02-06 13:21:23

Süpürüb atmaq lazımdır bu harınlamş məmurları.Azərbaycan xalqı Dövlətinin və

Xalq 2021-02-06 12:32:35

V.Əhmədovun fikirlərini tam dəstəkləyirik. Deputatımız quşu gözündən vurub və çox dəqiq şərh verib!

t.ədalət 2021-02-06 11:38:04

Harınlaşmış məmurlar iki yolla vəzifələrə təyin olununblar.Bu yolun biri Rusiya ilə bağlılıq,ikincisi isə feto təşkilatına qulluqdur.Bu mərurlar heç vaxt Azərbaycan haqqında fikirləşməyiblər.Onlar tutduqları vəzifəni böyük miqdarda pul oğurlamaq və xaricdə özlərinə "timə" qurmağa çalışıblar.Hələ də vəzifələrdə satqın xislətli adamlar çoxdur.Onların sifəti də erməniləşib.Hakimiyyətin başını yazıq,çörək pulu belə tapa bilməyən "müxalifətin " izlənməsi ilə qatıblar.Xaricdə Azərbaycanı söyən dəstəni də iqtidarda olan həmin talançılar maliyyələşdirir.Cəza sərt olmasa hakimiyyəti qorumaq çətin olacaq.Onlar özlərini qorumaq üçün Əbülfəz Əliyevin adı ilə bağlı gizli təşkilatlar qururlar.

vətəndaş 2021-02-06 11:15:31

Ay Vahid müəllim,5-ci kolon heç bir çevriliş etmək fikrinə düşməz.əgər belə olmasaydı Putinin dözünə uyub Qarabağ məsələssini yarı yolda qoymazdıq və təhlüksizliyimizi qorumaq üçün Türkiyəni AZzrbaycana dərhal dəvət edərdik.Görmürsünüz hətta Monitorinq qrupunun gəlişini qarın ağrısı ilə qəbul etdik.

Son yazılar