"RAMİZ MEHDİYEVƏ YERİNİ GÖSTƏRMƏK LAZIMDIR..." - "Köhnə qvardiyanın nə siyasi gücü var, nə xalq arasında ictimai dəstəyi..."

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev yenidən gündəmdədir. İqtidardakı "köhnə qvardiya"nın lideri Milli Məclisin 15 deputatını məhkəməyə verib. Onun bu addımını siyasi hakimiyyə güc nümayiş etdirmək cəhdi kimi izah edənlər də var. Ümumiiyyətlə, "köhnə qvardiya"nın fəallaşdığı müşahidə edilir. Moskvaya bağlı olan bu xəyanətə hazır dəstə iqtidara hansısa problemlər yaşada, dövləti şantaj və sabotaj edə bilərmi? Buna cəsarətləri və gücləri çatarmı?

Sərdar Cəlaloğlu: “Əslində Ramiz Mehdiyev İlham Əliyev iqtidarı üçün dayaq olmayıb”

Bununla bağlı ADP sədri Sərdar Cəlaloğlu müsavat.com- a bildirib ki, Ramiz Mehdiyev iqtidar içində iqtidar olub. Onun fikrincə, administrasiyanın sabiq rəhbəri Rusiyanın siyasətini ölkəmizdə həyata keçirən adam idi: “Ramiz Mehdiyevin maraqları hakimiyyətin maraqları ilə üst-üstə düşəndə hakimiyyəti müdafiə edib. Maraqlar üst-üstə düşməyəndə isə əks mövqe tutub. Ona görə də insanlarda belə fikir yaranmışdı ki, iqtidarın dayağı Ramiz Mehdiyevdir. Əslində isə Ramiz Mehdiyev İlham Əliyev iqtidarı üçün dayaq olmayıb. 

Fikrimcə, o, İlham Əliyevə xidmət etməyib. Ramiz Mehdiyev özünə və Moskvaya xidmət edib. Sadəcə olaraq, geopolitik durumun dəyişməsi səbəbindən yerlər də dəyişməli oldu. Azərbaycanda Türkiyə daha çox möhkəmlənib. Paralel olaraq da burada Rusiyanın mövqeyini müdafiə edənlərin mövqeləri laxlayıb. Bu laxlamanın təsirindən də Ramiz Mehdiyev, eləcə də bir sıra başqa iri fiqurlar vəzifədən götürülməli olublar. Ramiz Mehdiyev Elmlər Akademiyasında rəhbər olsa da siyasətdən kənarlaşmadığını vaxtaşırı büruzə verdirir. Mətbuat xidmətinin tez-tez verdiyi bəyanat və açıqalamaları da bununla bağlıdır”.

ADP sədri qeyd etdi ki, Azərbaycan müxalifətində də müəyyən mənada Rusiyanın maraqlarını müdafiə eləyən qüvvələr var. Ramiz Mehdiyev, sadəcə olaraq, həmin qüvvələrlə maraqlarının üst-üstə düşdüyünü, onlarla istənilən an birləşməsində problem olmadığı mesajını ötən il vermişdi. S.Cəlaloğlunun fikrincə, komandadakı “köhnələrin” iqtidara qarşı çıxmağa risk etməsi isə inandırıcı deyil: “Rusiya onları ciddi şəkildə müdafiə eləmədikcə, başda Ramiz Mehdiyev olmaqla, "köhnə qvardiya"nın addım atması mümkün deyil. Onların nə siyasi gücü var, nə xalq arasında ictimai dəstəyi. "Köhnə qvardiya" Rusiyanın himayəsində olmadıqca immun çatışmazlığı olan xəstənin vəziyyətinə düşəcək. İndiki halda da Rusiya Azərbaycanla bağlı əvvəlki siyasətini dəyişir. Bu baxımdan da "köhnə qvardiya" təsirsiz qalacaq, müqavimət göstərmək imkanları olmayacaq”.

Alqış Musayev: “Yerində olmayan hər bir məmur sabitlik üçün potensial təhlükə mənbəyidir”

Sabiq deputat Alqış Musayev isə bildirdi ki, Ramiz Mehdiyev səlahiyyət sahibi olduqca “Ramiz Mehdiyev problemi” həll edilməyəcək. Bu mövzuya tamamilə nöqtə qoyulmayınca çoxları üçün mənfi və ya müsbət örnək kimi qalacaq: “Ramiz Mehdiyev problemi həll edilməlidir, mövzuya nöqtə qoyulmalıdır. Bu nöqtəyə, zənnimcə, ictimai düşüncənin, dövlətçilik əxlaqının əşhədü ehtiyacı yaranıb. Elə məsələlər var, indi həll edilməlidir. Bəli, Ramiz Mehdiyevlə bağlı mövzuya aydınlıq gətirilməlidir. Bu sualın cavabı indi verilməsə, müxtəlif və əsassız yorumlar ortaya çıxacaq. Və belə yorumların sonradan həqiqət kimi qəbul edilə bilməsi təhlükəsi var. Bu gün məmur özbaşınalığından danışırıq. Cənab Prezident məmurlar haqqında vaxtaşırı tənqidi fikirlərini söyləyir, yol göstərir, istiqamət verir. Bu tövsiyələri, fikirləri bir yerə toplasan böyük həcmdə mükəmməl bir əxlaq kodeksi alınar. Amma məmurların davranışı ilə bağlı problemlər qalır. Təbii ki, bu, səbəbsiz deyil. Özü də burada bir yox, silsilə səbəblər var. Səbəblərdən biri deformasiyadır. Və bu deformasiyada, aşınmada Ramiz Mehdiyev ”müstəsna xidmətlər" göstərib.

Öz işi ilə məşğul olmayan məmur obrazını “akademik” səviyyədə Ramiz Mehdiyev yaradıb. Necə ki, o, özü elmə dəxli olmaya-olmaya “elmi nailiyyətlərə” imza atıb, özünü dövrümüzün “mahir tədqiqatçısı və görkəmli filosofu” elan edib, akademik seçdirib və sair.

Prezident Administrasiyasının rəhbəri öz işi ilə məşğul olmayıbsa, başqasına nə demək olar, başqasından nə tələb etmək olar? Yəni Ramiz Mehdiyev bu gün məmurlar üçün mənfi örnək rolundadır. Yerində olmayan məmur heç vaxt öz işi ilə məşğul olmur".

A.Musayev çevriliş ehtimalı haqda gedən müzakirələrə də toxunub: “Bu gün Azərbaycanda çevriliş barədə fikirlər dilə gətirilir. Düzdür, hazırda Azərbaycan Prezidentinin reytinqi, nüfuzu özünün pik həddini yaşayır. İlham Əliyev tarixə Şuşanın, Qarabağın fatehi, Azərbaycanın ərazi bütövlüyünün bərpaçısı kimi daxil olur. Bu da ki, hər liderə, hər dövlət başçısına nəsib olmayan müqəddəs bir şərəf, uca bir məqamdır. Ona görə bu gün Azərbaycanın siyasi səhnəsində İlham Əliyevin bir alternativi ola bilər, o da Cənab Prezidentin özüdür.

Eyni zamanda çevriliş cəhdləri ilə bağlı səslənən hər hansı ehtimalı da - bu, praktiki baxımdan mümkün olmasa belə - qulaqardına vurmaq olmaz. Çünki yerində olmayan hər bir məmur, sabiq məmur sabitlik üçün potensial təhlükə mənbəyi olaraq qalır. Ona görə də Ramiz Mehdiyevə öz yerini göstərmək lazımdır ki, başqaları da bundan dərs alsın".

635x100

Şərhlər

Mədət 2021-02-20 13:59:58

Ramiz Mehdiyevin yerini göstərmək üçün yığdıqlarını əlindən almaq,vəzifələrə yerləşdirdiklərini işdən qovmaq( fəaliyyətləri yoxlanmaqla ) ilk vəzifdir.Sonra müəyyən etmək ki, niyə bu özbaşınalıq baş verib.rm

Məftun 2021-02-20 13:53:13

Nə düşmüsünüz Ramiz Mehdiyevin üstünə.Ondan da böyük dərdləri var bu məmləkətin.Rus ordusu Qarabağda heç kəsi tanımır,5-ci Kolon Prezidenti Türkiyyə getməyə qoymur,Ermənilər güc toplayır,Bizimki isə susqunluq içindədir.Niyə İ.Əliyevin hazırki vəziyyətlə əlaqədar fəaliyyəti görünmür? Mhdiyrvi öz başına qoyublar,o da digər YAP-çılar kimi bildiyini edib.ttP

Ələddin-ə 2021-02-15 18:50:55

Mehdiyrv Prezident aparatında olanda.... Ona görə rüşvət piramidası son 15-18 ildə yüksək səviyyəyə qalxmışd.Əgər İcra başçısı təyin olunanda rüşvət verməsə bu qədər özbaşınalıq edə bilər? Koxanı (Mehdiyevi) görüb kəndi çaöıblar.Heç kəsin də ayıbı açılmayıb.Çünki ayıb açmalı ıanlar fa həmin yolla təyin olunublar və təliatə bir mərkəzdən (Mehdiyevdən) alıblar.yütf

Vətəndaş 2021-02-13 10:50:52

Ölkədə 30 ildə baş verən özbaşınalıq talan rüşvətxorluq kimi dəhşətli cinayətlər tək Ramiz Mehtiyevin işi deyil. O da o biri talançı məmurlar kimi bir tərəfdən çapıb talayıb,..... millət dövlət misli görünməmiş talan-qarətə məruz qalmışdır.

Vahid 2021-02-12 23:13:45

Kim ona yerini gosterecek?

Eli 2021-02-12 22:43:59

“Bir millet iki dövlet” fikrinin müellifi zamanında sözünü deyib ve dövıetin siyadi kursunu demel olar ki, müyyen edib.İkinci Qarsbağ müharibesinde İlham Eliyev bu kursu davametdirib ve öz mövqeyini dünyaya neyan etdi .İndi bu bryler meden danışırlar başa düşülmür

Səid 2021-02-12 20:37:10

Yazırsınız ki, "Əslində isə Ramiz Mehdiyev İlham Əliyev iqtidarı üçün dayaq olmayıb." Bəs siz və qardaşınız necə? Prezidentə dayaq olmusunuz? Ramiz Mehdiyevin bildiyi məlumatların 10%-ni siz bilsəniz, nələr edəcəyinizi fikirləşmək belə qorxunc gəlir adama. Dinimi söyən müsəlman olsa barı, deyir Türklər.

Bu videoya baxin !!!!! 2021-02-12 19:01:29

Azerbaycanda KORRUPSIYANIN, RUSHVETXORLUQUN, QANUNLARIN POZULMASININ, YUKSEK VEZIFELI MEMURLARIN OZBASHINALIQLARI, QOHUMBAZLIQ, BUTUN YUKSEK VEZIFELERE , YALNIZ KLANA XIDMET EDEN, " SADIQ " , " ETIBARLI " , ANTI - Azerbaycan, ANTI - Milli, HIYLEGERLIK, YALTAQLIQ, VICDANSIZLIQ, EDALETSIZLIK, ERMENILERLE QOHUMLUQU OLANLARIN , YAQLI - PULLU VEZIFELERDE YERLESHDIRILMESI, EHALININ ACINACAQLI - AQIR MADDI VEZIYYETE SALINMASI , SHEXSEN Ramiz Mehdiyevin .......

Eko 2021-02-12 18:41:40

YAP in fatiesi oxunub ((((( Bu nece iller qôsterdi ki, YAP in çox ûzvleri rushvetxor ve korrupsionerdiler, Tak cto pesenka speta .....

Əliəddin 2021-02-12 16:49:42

Ramiz Mehdiyev haqqında yazılanlar birbaşa ölkə başçısına yönəlik sayıqlamalardır. Bir insan nə qədər DƏHA olmalıdır ki, iki prezidenti, bütün dövlət aparatını ovsunlaya bilsin və kimsə də bunun fərqində olmasın. Əgər ölkə başçısının ayağı büdrəsə, bu ura patriotlar nələr düzüb qoşacaqlar, bir Allah bilir.

Rafil 2021-02-12 12:08:01

Hətta nəinki vurulmuslar hazırkı vəzifəli milyoner məmurlar da nə vaxtsa pullarının əlindən alınacağıma əmindilər deyə bu hakimiyyətə etibar etmir bir əlləri RaMiziin və müxalifətin cibindadir.Hakimiyyət özünə və dövlətə təhdidi dəqiq qiymətləndirsə də həllində çox gecikir....

Rafil. 2021-02-12 12:01:34

Milyardlarla sahib olan vurulmuş məmurlar əllərindəki in cüzi bir hissəsini müxalifətə verməklə ölkədə ciddi çaxnaşma yarada bilər.Əslində müxalifət də bunu gözləyir və nə qədər ki hakimiyyət hadisələrin quyruğundan gedir bunun baş verəcəyi labüddür.Hakimiyyət əsas siyasi qüvvəsi YAP icərisinə satqın və xaonlər doldurularaq iflic edilib.Yap demək olar ki reanimasiyadadır.

Rafil 2021-02-12 11:55:54

Ramiz ictimai dəstəyi çox zəifdir- bu doğru.Amma hakimiyyətdən salınmış və milyardlarla sahib olanların demək olar ki hamısı onun ətrafında toplanıb.Hakimiyyət onların pullarını əllərindən ala bilmir və bu böyük təhlükədir.O pullarla Təmizlər həm ictimai həm də siyasi gücü istənilən an əldə edə bilər.

Yengibar 2021-02-12 11:49:34

Müharibədə məğlub olan ermənilər ən çox elmi cəhətdən geri qaldıqları üçün məğlub olduqlarını bildirirlər. Yəni, pulumuz yoxsa da elmimiz olsa idi, yeni texnolgiyalar (PUA tipli) hesabına qalib gələrdik deyirlər.Elmimiz nə gündədir, hamı bilir. Bəs bu elmi Ramiz Mehdiyev kimi birinə tapşırmaq nə deməkdir? Texnologiyaların udduğu bir dövrdə bizim neftimiz heç nəyə yaramayacaq, o zaman Ramizi hardan tapıb söyəcəyik? Allah bizə rəhmət eləsin..

Rafil 2021-02-12 11:48:28

Ramiz bu vətənin mədəsində qara yaradır.Kəsilib atılmalıdır.Amma əksinə ona yeni imkan və vəzifələr verilir ki bu yara metastaz versin.Onunla bacara bilmirlərsə hakimiyyətin də vətənin də vay gününə.

Elçin 2021-02-12 10:14:49

Bu alqışlar uzundurazın birini özünə müavin təyin etmidi.oğlunu müharibəyə göndərmədi,gizlətdi,çobanı özünə mühafizəçi götürdü və həmin yaramaza jurnalist adı ilə ev verdilər.

ejder 2021-02-12 09:32:47

bu hakimiyyetin kassirine illerdi yaltaqlanirdiniz,ne oldu hiyy

ANAR 2021-02-12 09:23:14

Ramiz Mehdiyevin müasir Azərbaycan dövlətinin qurulmasında rolu danılmazdır. Ümummilli lider bilirdi kimə hansı sahəni tapşırırdı, eləcə də ondan sonra. relsin üzərində olan qatarı idarə etmək asandır, əsas məsələ qatarı relsin üzərinə çıxarmaqdır ki, bunu da H.Əliyev öz komandası ilə bacardı. bu komandanın nəhənglərindən biri də Mehdiyevdir. Bu gün Mehdiyev haqqında mənasız danışanlar da aldıqları komanda ilə danışırlar və kimlikləri də bəllidir cənab prezidentə

TARIX 2021-02-12 09:11:47

R.MEHDİYEVƏ YERİNİ YOX LAYİQ OLDUĞUNU VERMƏK LAZIMDIR.BU İNSAN HEC VAXT AZƏRBAYCANA İŞLƏMƏYİB.LƏYAQƏTLİ VƏTƏNİ ÜCÜN İŞLƏYƏN MƏMURLARI SIRADAN CIXARMAQ ÜCÜN ƏLİNDƏN GƏLƏNİ EDİB.

Son yazılar