“BU ADAMLAR YAP-ın RƏHBƏRLİYİNDƏN UZAQLAŞDIRILMALIDIR” - "Əli Həsənov var-dövlət hərisidir"

“Əli Həsənov Ramiz Mehdiyevin istəyi ilə vicdanlı YAP-çıları iqtidara qarşı çevirdi” 

YAP-ın tanınmış simalarından olan Musa Musayev qurultaya hazırlaşdıqları barədə məlumatları qəti təkzib edib: “Pandemiya dövrüdür, indi heç toy eləməyə icazə verilmirsə, min nəfəri yığıb qurultay keçirmək olar?!”

Musayev bildirib ki, hələ bir il əvvəl YAP-ın qurultay keçirəcəyi gündəmdə idi. Ancaq ötən ilin mart ayından başlanan pandemiya ilə əlaqədar bu məsələ dayanıb: “Təbii ki, YAP-da qurulay keçirilməli, partiyada yenilənmə və islahatlar aparılmalıdır. Lakin hazırkı şəraitdə qurultay keçirmək qeyri-mümkündür. Mən yaxın müddətdə YAP-ın qurultay keçirəcəyinə inanmıram. İndi bəzi partiyalar onlayn qurultay keçirir. Amma bunun üçün bizim Siyasi Şuranın qərarı olmalıdır. Belə bir qərar isə yoxdur. Onlayn qurultay keçirənlər yalnız adı və möhürü-ştampı, beş-üç nəfər də üzvü olan partiyalardır. YAP-ın isə 800 min üzvü var, əgər rayon təşkilatlarında konfranslar keçirilməyibsə, nümayəndələr seçilməyibsə, hansı qurultaydan söhbət gedə bilər?!”

Musayev son bir ildə qurultayla bağlı YAP-da hər hansı müzakirənin aparılmadığını söylədi. Onun fikrincə, bu barədə yalnız pandemiya başa çatdıqdan sonra düşünmək olar: “Amma hələ ki, məndə belə bir məlumat yoxdur. Qurultayın keçiriləcəyi barədə məlumat mətbuata haradan sızıb, kim deyib, bunu bilmirəm”.

Hakim partiyanın qurucularından biri, YAP Səbail Rayon Təşkilatının Siyasi Şurasının üzvü, əməkdar elm xadimi Əli Əlirzayev isə pandemiya dövrü olsa da, qurultayın keçirilməsini mümkün sayır. O, hesab edir ki, partiyanın ali orqanlarında yenilənməyə böyük ehtiyacın olması qurultayın keçirilməsini zərurətə çevirib: “Klassik YAP-çılar partiyanın rəhbər orqanlarına qaytarılmalıdır. Çünki partiyanın qurucularından cəmi 20-30 nəfər qalıb, indi YAP-ın rəhbər strukturlarında təmsil olunanların hamısı Heydər Əliyev hakimiyyətə gələndən sonra bizim sıralarımıza qoşulanlardır. Onların da əksəriyyəti sağlam adam deyillər. O vaxt partiyaya qoşulmaq istəməyən Əli Həsənova indi YAP sədrinin müavini postunu veriblər. Halbuki o, Ayaz Mütəllibovun qorxusundan nəinki YAP-a qoşulmağa, hətta Heydər Əliyevin özünə də yaxın durmurdu. Qorxurdu ki, kimsə ona nəsə deyər. Amma YAP hakimiyyətə gələn kimi, Əli Həsənov bizim komandaya qoşuldu”.

Ə.Əlirzayev Prezidentin sabiq köməkçisi Əli Həsənovun da partiyaya sonradan qoşulduğunu vurğulayıb: “Həmişə məndən xahiş edirdi ki, Heydər Əliyevin yanına gedəndə məni də özünlə apar. Əli Həsənov “Səs” qəzetində işləyə-işləyə Ramiz Mehdiyevə informasiya ötürür, klassik YAP-çıları “vururdu”. Cəmiyyətdəki problemlərlə bağlı daxili müzakirələrdə obyektiv mövqe bildirən kimi, qaçıb Ramiz Mehdiyevə xəbər verirdi ki, filankəs müxalif fikir söylədi. Belə hərəkətləri ilə Ramiz Mehdiyevin istəyinə uyğun olaraq dürüst və vicdanlı YAP-çıları iqtidara qarşı çevirirdi. Ramiz Mehdiyevin isə YAP-çıları sevmədiyini hamı bilirdi. Yəni, belə adamların hamısı hakimiyyətdən bəhrələnmək, vəzifə tutmaq niyyəti ilə YAP-a qoşulanlardır. Sonra da çoxlu var-dövlət sahibi olub, əndazəni aşdılar”.

Ə.Əlirzayev hazırda YAP-ın İdarə Heyətində təmsil olunan Hacıbala Abutalıbovu da “mürəkkəb adam” kimi xarakterizə edir: “Açıq deyirəm, o YAP-çılar ki uzun müddət dövlət vəzifəsi tutub, indi də bəziləri partiyanın rəhbərliyində təmsil olunur – onların öz silahdaşlarına münasibəti həmişə kin-küdurət xarakeri daşıyıb. Hacıbala Abutalıbov da belə adamdır. Onlar həmişə bir-birilərinə nifrət edib, paxıllığını çəkib, intriqa aparıblar. Prezidentin, dövlətin və cəmiyyətin xeyrinə ağıllı bir söz danışanın paxıllığını çəkirlər, “filankəs müxalif fikirli adamdır” deyib, həmin şəxsi gözdən salırlar. Belə intriqalar, qarşılıqlı nifrət olan yerdə heç vaxt inkişaf ola bilməz. Mübariz Qurbanlı, Siyavuş Novruzov, Əli Əhmədov, Bahar Muradova kimi adamlar heç vaxt sağlam fikirli YAP-çıların sözünü deməyib. Ona görə də partiyanın rəhbərliyində təmsil olunan bu cür adamlar oradan uzaqlaşdırılmalıdır”.

Əli Əlirzayev hesab edir ki, yüksək vəzifə tutan YAP-çıların korrupsiya cinayətlərinə görə həbs olunmasından və 44 günlük müharibədən sonra ölkədəki siyasi reallıqlar dəyişib. YAP isə yeni dövrün tələblərinə cavab vermədiyindən partiyada ciddi islahatlar aparılmalıdır: “Son vaxtlar YAP-ın rəhbərliyində təmsil olunan bəzi cinayətkar məmurların iç üzü açılıb. Həbs olunan icra başçıları da, digər keçmiş məmurlar da cinayət törədib və kimin özünü necə apardığı cəmiyyətə aydındır. İndi isə yeni reallıqlar yaranıb, 30 ilə yaxın işğal altında olan ərazilər azad edilib, bundan sonra varlanmaq haqqında yox, dövlət büdcəsinə pul qazandırmaq haqqında düşünülməlidir. Çünki işğaldan azad olunan əraziləri bərpa etmək üçün Azərbaycana həm siyasi, həm də iqtisadi dəstək lazımdır. Azərbaycanın dayanıqlı iqtisadiyyatı, sabit gəlir mənbələri olmasa, bu işləri yerinə yetirmək çox çətin olacaq. Bir-biri ilə intriqa aparan rüşvətxor məmurlarla uğur qazanmaq mümkün deyil. Ona görə YAP da bu reallıqlara uyğun olaraq tamamilə yenilənməli, prezidentə kömək etməlidir”.

Cinayət başında yaxalanaraq həbs olunan məmurlara vaxtilə YAP tərəfindən böyük etimad göstərildiyini deyən Əli Əlirzayevin fikrincə, son həbslərdən sonra cəmiyyətin partiyaya inamı sarsılıb. Bu səbəbdən partiyada islahatların aparılması qaçılmazdır: “Heydər Əliyev şəxsən tanıdığı adamları, nüfuzlu insanları vəzifəyə təyin edirdi. İndi isə YAP xidməti olan adamları kənara qoyub, sonradan partiyaya qoşulanları irəli çəkir. Ona görə də yeni qurultay keçirilməli və dürüst adamlar partiyanın rəhbərliyində təmsil olunmalıdır. Rüşvət alarkən cinayət başında yaxalanan, istərsə də vəzifədə olduğu dövrdəki qanunsuz əməllərinə görə sonradan həbs olunan məmurlar YAP-ı hörmətdən salır. Belə adamlardan indi də vəzifə başında olanlar var. YAP belə adamlardan təmizlənməlidir. Məsələn, Əli Həsənov (YAP-ın sədr müavinini nəzərdə tutur-red.) YAP-dan istifadə edərək çoxlu var-dövlət yığıb. O, var-dövlət hərisi olan bir adamdır. Belələri vəzifəyə təyin olunandan sonra özlərini yaxşı aparmadılar və partiyanın nüfuzuna xələl gətirdilər. YAP-çı olmaq o demək deyil ki, hər şeyi qamarlayıb əlinə yığmalısan. Elə YAP-çılar var ki, ömrü boyu yalnız maaşla dolandı. Belə adamları irəli çəkmək lazımdır”.

“AzPolitika.info”

635x100

Şərhlər

Rabitəçi 2021-02-26 11:49:39

Əli Əhmədovun bacısının oğlu Sübhan Kazımovun adı MTN-nin çetesində adı korrupsiyada hallanmasına baxmayaraq kreslosunu qoruyub saxlaya bildi, kimin hesabına ?

Qasımpa əlavə 2021-02-26 11:39:08

Əli əhmədov öz vəzifəsindən sui istifadə edərək vəzifəyə təyin etdirdiklərindən aldığı rüşvətlə öz imperiyasını qurub...

Əli Əhmədova dair 2021-02-26 00:32:36

YAP-da Əli Əhmədov faktoru diqqət mərkəzində saxlanılmalıdır. Bu adam kimdir, qəflətən YAP-da necə peyda olub partiyanın ali rəhbərliyində təmsil oluna bildi? O, pərdəaraxası kimlərlə əlbirdir? Əli Əhmədov hasnı yollarla varıdata yiyələnə bilib? O, kimlərə patronajlq edir? Bütün bunlar araşdırılması vacib olan suallardırlar. Xalq bu suallara cavab taparaq, YAP-ın nə olduğunu dərk edə biləcək.

Moshu 2021-02-25 23:17:59

Allah Sirus Təbrizliyə rəhmət eləsin, çox gözəl demişdi elə sağlığında YAP-ın fatihəsini oxumuşdu. Ən qorxulu insan qeyri-səmimi insandır. Əli Əlirzayev verilən yazıda çox düzgün qeyd etmişdir . YAP-ın Rəsul Quliyev demişkən bədbaxtçılığı ondan ibarətdir ki, sıralafrına kim gəldi qəbul edir. Bu insanlar çox qeyri-səmimi, satqın xislətli insanlardır. Onlar Adokf Hitlerin də partiyasına soxularlar. Ona görə də YAP iflasa uğrayıb. Heç kimin vecinə də deyil sabahısı gün nə baş verəcək. Mübariz Qurbanlını, Əli Əhmədovu, elə Siyavuş Novruzovu Milli İstiqlal , AXCP-dən kim tanımır. Qaçqınkom Əlini Ayaz Mütəllibovun vəkili və müdafiəçisi kimi çoxları xatırlayırlar. Belələri ermənidən də təhlükəlidirlər, odur ki, YAP ciddi fikirləməli və düzgün qərar qəbul etməlidir.

YAP 2021-02-25 22:51:48

İHB-nın 1-ci müavini Həsən Həsənov 23 ildir ki, həmin vəzifədə işləyir , eyni zamanda 23- ildir YAP -ın sədridir. O öz xidmətləri əsil YAP-çıları sıradan çıxardıb, öz qohum -qardaşlarını , özünə yalnız sadiq olan adamlarını YAP siyasi şurasına təyin edib.. Belə adamların iş fəaliyyətləri araşdırılmalı və layiqli cəzalarını almalıdırlar.. Həsən Həsənov YAP hörmətdən salıb....Partiyaya layiqli adamlar təmsil olunmaıdır.

Cəmşid Dərələyəzli 2021-02-25 18:27:51

Həmişə bildirmişəm ki, İslahatların köklü aparılması üçün, öncə uzağı YAP bu ilin ikinci yarısında qrultay çağırıb, Əli Əhmədov başda olmaqla İcra aparatını təmizləmək lazımdır.

Guler 2021-02-25 12:02:55

.... exlagsizlar onun -bunun evini yixmaqla var dovlet sahib I olub.O hara ... hara.Bir onun kecdiyi yola nezer salin.Ev yixib arvad oldie,usaq goturub Ana oldu

Nazim 2021-02-25 09:11:31

ramiz mehdiyev hebse, sonra dediyiniz diger meseleler...

Eli 2021-02-25 02:47:09

Eli Elirzayev adları daim mediada hallansm Yap üzvlerinin heç biri ile müqayise olunmaz bu temiz adamdır savaflı ziyalıdır.Bu me Hacıbalanın ne Tağının ne Ziyanın me de bsşqaları ile müqayise olunmazBunu hamı deyir ve hamı da tesdiq edir.Bu öz hemkendlileri ve yerlileri ile de miqayise olunası adzm deyil Bu salamat temiz bir ziyalı insandır bit çox Naxçıvanlılardan ferqli olaraq

Vətəndaş 2021-02-24 23:56:03

..... Koppupsiya, rüşvət talançılar yetişdirə bir Universitetdir. Onun da bir yolu var bağlanmaq. Bu çirkin oyunlarına görə onsuz da nüfuzdan düşüb. Xalq o təşkilatın nəyə qulluq etməyini artıq bilir

Qasim 2021-02-24 23:11:10

Cənab Prezidentdən, YAP in sədrindən xahiş etmək lazımdır ki, xəlvətcə də olsa Partiyasının maliyyəsinin son 10 il üçün yoxlatsin. Bəs Əli Əhmədov biznesini hardan qurmuşdu? Digərləri də pay alırdı..."Yaşat" Fonduna xeyli kömək olar.Elə Qarabağın inkişafı fonduna da ..

Qasim 2021-02-24 23:05:59

YAP in üzvlərinin sayını artırmaq ən cox Əli Əhmədova sərf edirdi.Cunki 10 milyonlarla üzvlük haqqını o və müavinləri rahatca mənimsəyirdi.Yoxlayan, araşdıran yox idi məsuliyyət də yox idi.Dədələrinin malı kimi xərcləyirdilər..Bilirdilər ki YAP in sədri belə "xirdaliga" gedib yoxlamayacaq.İndi yoxlasalar Dəhşətə gələcəksiniz

Qasim 2021-02-24 23:01:39

Əli Əhmədov öz məslək daşlarını bir zənbil ərzağa satan biri idi.Beləsini İcra katibi, Bahar və Mübariz Siyavuş kimi... icra katibinin müavini qoyanda belə olmalı idi də

Tahir 2021-02-24 22:56:38

Son vaxtlar YAP a sadiq təmiz adamları irəli çəkməyə çalışırlar.Məsələn Deputat Sadiq Qurbanov.Kohnələrdəndir.Təmiz və vicdanlı adamdır.Bəyəm YAP da belələri azdır? Gərək diqqət ayrıla və onda YAP nüfuzunu bərpa edər.Yoxsa İflas edəcək.Ya da daimi söyüş ünvanı olacaq.

Rufət 2021-02-24 22:52:00

Son 10-15 ildə YAP in sıraların artırmaq adı ilə ən əcaib adamları soxdular partiyaya. Onlar da YAP ida ölkəni də bərbad günə qoydular..Guya yYAP da sağlam adam yox idi? İndi düzəltmək olar.Amma istəmirlər.Cunki Kiməsə söymək lazımdır axı.YAP inşa dili yoxdu ki cavab qaytardım.......

t.ədalət 2021-02-24 22:51:52

YAP,artıq zamanını yaşamış irticaçı və talançılar yetişdirən,Rusiyaya meyilli kadrları irəliyə çəkən bir partiya olduğunu sübut edib.Onu dağıtmaq,sağlam gənclərdən ibarət milli bir kökə sədaqətli olan partiyanın yaranmasına ehtiyac var.Qoca buğalardan döl tutmurlar.

Vətəndaş 2021-02-24 22:50:39

YAP-ın yalnız vəzifəyə təyin etdikləri sayda üzvü var.800 000 isə yalandan adları yasılan tibb işçiləri.müəllimlər və büdcə idarə işçiləridir ki,onları siyahi üzrə vəsiqə paylayıblar ki seçkilərdə işdən çıxarma qorxusu ilə saxtakaelığa məcbur etsinlər. Axı bunu hamı bilir

Ələkbərov 2021-02-24 22:37:37

Ölkədə özünü talanla,büdcə yeməklə,rüşvətxorluqla ifşa edən üzvlərdən ibarət partiya qapadılmalıdır.Üzvlərinin indiyə qədər ifşa oluna və hələ də ifşa olunmayan YAP-şılarfan millətə xəcalət gətirdiyini və əldə olunan belə faktların mövcudluğu YAP-ın ... tam sübut etmişdir.Ona görə belə ratiyanın mövcudluğu Azərbaycana üz qarasıdır.foıym qu

Murad 2021-02-24 22:17:36

YAP yarananda 30 Yaşı olanın indi 60 yaşı olar.40 Yaşı olanların çoxu yəqin həyatdan köçüb. Yəni köhnələrdən 10-15 adam qala ya qalmaya.Amma Yapcilarin içində vicdanları çox idi.Ramiz hamısının başını yedi...

Qurban 2021-02-24 22:13:58

YAP-i yaradanların, ona namusla xidmət edənləri kənarlaşdırılır ki, əl ayağa dolasmasinlar və rahatca bildiklərini etsinlər.Bacardilar.Əli Əhmədov,Mübariz Qurbanlı, və Bahar Muradovanin Əli və icrası ilə.İndi köhnə YAP çıkaran meydan vermənin zamanı gəldi.Əgər onlardan qalan varsa....

M.Əsgərov 2021-02-24 22:07:32

... yapçı və "bitərəf"ləri parlamentə dolduranda bilmirdiniz axırı belə olacaq, hələ bu harasıdır.....

.EJDER 2021-02-24 21:49:54

saxta parlament seckileri kimi,,deyiwilmeli,,di, hiyyy.ramizi, hecbalanini,ve s.yaramaz YAP cilari kimteyin etmiwdi,kim onlari beh beh yola salirdi, yegin AXCP- MUSAVAT

Son yazılar