YAP-ın YENİ İCRA KATİBİ KİM OLACAQ? – “Bəzi çevrələrdə bir deputatın adını çəkməyə başlayıblar...”

"Yaxın günlərdə Yeni Azərbaycan Partiyasında çox ciddi dəyişikliklər olacaq. Buna ciddi hazırlıq gedir və bəzi səbəblərdən toplantı məxfi saxlanılır".

Bunları "AzPolitika.info" saytının əməkdaşı ilə söhbətdə hakim partiyaya yaxın şəxslərdən biri deyib. Mənbə bildirib ki, YAP İdarə Heyətinin, Siyasi Şurasının və rayon, şəhər şöbə sədrlərinin iştirakı ilə toplantı keçiriləcək. Orada iştirak edəcək şəxslər artıq mərkəzi qərargaha dəvət olunaraq koronavirus testindən keçirilirlər. Bəzi deputatların bu məsələdən xəbərsiz olması təbiidir. Onlar partiyanın ali orqanlarında təmsil olunmurlar. Məlumatda daha sonra qeyd olunur ki, İdarə Heyəti və Siyasi Şuranın partiya rəhbərliyində dəyişiklik aparmaq səlahiyyəti var. Onların üzvləri qurultay səlahiyyətli nümayəndələrdir, habelə rayon-şəhər şöbələrinin rəhbərinin prosesdə iştirakı da veriləcək qərarların legtimliyini tam təmin edir.

YAP-ın tələsik qurultaya getməsinin səbəblərinə gəlincə, mənbə bunu bir sıra təxirəsalınmaz məsələlərlə bağlayır: "YAP rəhbərliyi dəyişdiriləcək, sədrin müavinləri, İdarə Heyəti və Siyasi Şuranın əksər üzvləri yenilənəcək, bu postlara parlamentdə təmsil olunan bəzi gənc deputatlar dəvət oluna bilər. Məsələn, çox güman yaxın günlərdə YAP-a üzv olan keçmiş deputat Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq. Fundamental səbəblərə gəlincə, YAP rəhbərliyindən AMEA “köhnə qvardiya”ya sıx bağlı olan bütün şəxslər uzaqlaşdırılacaq. Partiyanın icraçı katibi Əli Əhmədov da postundan gedəcək, amma onun rəhbər orqanlarda təmsilçiliyi qalacaq”

Bəs Əli Əhmədovu kim əvəzləyə bilər?

Mənbə bildirir ki, bu haqda dəqiq məlumat yoxdur, lakin bəzi çevrələrdə bir ad çəkilir – deputat Ramin Məmmədov.

YAP Gənclər Birliyinin sədr müavini olan R.Məmmədov 1979-cu ildə Ağdərə rayonunda anadan olub, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. Habelə, ABŞ-ın Harvard Universitetinin Kennedi Dövlət İdarəetmə Məktəbinin "İnkişafda Olan Liderlər" xüsusi proqramını bitirib. Lakin maraqlıdır ki, R.Məmmədov elə Əli Əhmədovun kadrı hesab olunur. Mənbə bildirir ki, R.Məmmədov məhz Əli Əhmədov tərəfindən dəstəklənərək, irəli çəkilib.

Mənbə qeyd edib ki, hakimiyyət rəhbərliyi YAP-ı gələcək siyasi rəqabətə hazırlayır. Hazırda partiya, demək olar ki, bu imkanlarını xeyli dərəcədə itirib. Sabah ölkədə rəqabətli seçki mühiti yaranarsa, yaxud, parlament idarəçiliyinə keçilərsə, hakim partiyanın prosesdə aktiv iştirakı, qarşıya qoyulan hədəflərə nail olması indiki ənənəvi, monoton idarəçiliklə çətin olardı. Bu baxımdan, YAP rəhbərliyində ciddi kadr islahatları dövrün tələbidir.

Rasim ƏLİYEV

"AzPolitika.info"

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2021-03-04 14:42:16

Son günlərdə mətbuatda nəhayyətdə YAP-nın növbəti qrultayının leçirilməsi ilə bağlı gedən məlumatlar ictimayyət arasında məmunluqla qarşılanmışdır. Son iki ildə Ölkə Başçısının apardığınız kadr islahatlrından da görünən o ki, bəzi natəmiz adamların bu partiyanın çətiri altında gizlənərək öz məkirli nəyətlərinə çatmışlar. Bəzi YAP funksionerləri, xüsusən də deputatlar bu xəbərdən təşvişə düşüb bunun Nizamnamə ilə qısa vaxtda mümkün olmadığını və hətda onların bundan xəbərləri olmamasını əndişə ilə dilə gətirirlər. Amma anlamırlar ki, onların dedikləri forsmajor olmayan dövrlərə hesablanıb. İndiki Pandemiyya və müharibə vəziyyətində Ölkə Başçısının, yəni Partiyanın sədri cənab İlham Əliyevin tam haqqıdır ki, bunu mövcud şərtlərlə keçirsin. Çünki, YAP nin indiki icra aparatının rəhbəri və onun mərkəzi aparata təyin etdiyi aparat rəhbəri Mahir Abbasəliyev kimi adamlar və xüsusən də Əli Əhmədov başda olmaqla YAP-da olan digər uzun ömürlü “məhşurlarla” ölkədə köklü islahatları aparmaq mümkün görsənmir. Bu baxımdan da ilk növbədə İslahatlar Partiyanın “məhşurlarından” başlamalı sonra isə sonra ən yaxın zamanda, heç olmazsa bu ilin sonuna yaxın indik Parlament buraxılmalı, konistitutsiyada dəyişiliklər edib, yeni seçgilərə və refenduma gedib, sitem dəyişiklinə nail olmaq lazımdır. İndiki sistemin köhnəldiyini bir zad Ölkə Başçısı da dilə gətirmişdir. Bütün bu gedişatda xalq 7-dən 70-ə Ölkə Başçısının yanındadır.

Roska 2021-03-03 14:31:48

Ailə, ailə,ələ bu ki bizim Romadir....Ailə bu nə vaxt deputat oldu peterburqa getdi........

Cəmşid Dərələyəzli 2021-03-03 09:05:15

Yap icra aparatının Rəhbəri Əli Əhmədov başda olmaqla öncə apparat dəyişməli spnra da siyasi şurada illərdir məhşurlar adı ilə orada kök salmış adamlar göndərilməlidir. Çünki, neçə ki bu adamlar oradadır, Ölkə Başçısının qarşısına qoyduğu hədəflərə ulaşmaq zaman alacaq.

İslam 2021-03-02 20:21:40

Bunlar bizim qanımızı içənlərdirlər

Vətəndaş 2021-03-02 19:58:37

Biz necə millətik, Gör kimlərin əlində qalmışıq,

Ramin Memmedov ifsha olunub... 2021-03-02 17:52:03

Ramin Memmedov barede bu melumati oxuyun : https://xalqxeber.az/society/59941-vikipediyanin-tanimadigi-deputat-qalmaqalli-ramin-memmedov-kimdir.html

Vahab 2021-03-02 16:32:13

Bir həftəlik harvard universitetini bitiribsə bu da onlardandır.Bs bunun əsli-nəsli haradandr?

Özgür 2021-03-02 16:27:37

toplananların yeri dəyişilsə də cəm dəyişilməz!

musto 2021-03-02 15:41:49

.....ovu həbs etmək və yaxşıca danışdırmaq lazımdır. O, beşinci kolon haqda çox şey bilir.

miri 2021-03-02 15:20:14

Siyasi ideologiya heç bir yük daşımayan bu qruplaşmanın başqanı adını kim daşıması heç nəyi dəyişməz. Çünki fərdi maraq üçün bu ad altında olanların bu formatı gəz tez layiqli yerini tapacaq. Insanları yaniltmaq üçün isə elə yaxşısı "xoruz baba" mexvi adlıdır.

Son yazılar