ERMƏNİLƏRİN QARABAĞDA YENİ TƏXRİBATI - Bu dəfə "rus icması" adı altında...

Ermənilər yeni təxribata əl atıblar - bu dəfə Qarabağdakı “rus icma”sı adı altında. Ermənistanı monoetnik ölkəyə çevirdikləri, hətta rusdilli məktəbləri bağladıqları halda iddia edirlər ki, Xankəndidə guya ruslar yaşayırmış, hətta müharibədən sonra rus icmasının sayca ikinci iclası keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. İddia olunur ki, “icma”nın iclasında Azərbaycanın “erməni kilsələrinə hücumlar”ı pislənilib. Dünyanın gözü qarısında Kəlbəcərdəki Xudavəng məbədindəki ikonaları, tarixi abidələri söküb Ermənistana daşıyan bu vandallar indi Azərbaycanı ittiham edirlər, özü də bu dəfə “rusca”!

Qarabağa Çar Rusiyasının bu ərazinin işğalından sonra qonşu ölkələrdən köçürülən ermənilərin varisləri iddia edirlər ki, rusların (?) Qarabağa köçürülməsi 1813-cü ildən başlanıb. Bu yolla onlar tarixi həqiqətləri ört-basdır etməklə özlərinin Qarabağın “sahibi” kimi təqdim etmək üçün həyasızcasına cəhdlər edirlər. Digər tərəfdən, işğal dövründə Qarabağdakı 67 məscidi yer üzündən silən, qalanlarında da heyvan saxlayan bu vəhşi toplum kilsə şivəni salmaqla nəyəsə nail olacaqlarını zənn edirlər. Özü də bu dəfə “Qarabağın rus icması”nın adı altında...

Heç şübhəsiz ki, bütün bunlar təsadüfi deyil. Bunu həm də Qarabağdakı Rusiya sülhməramlılarının gözünə girmək üçün edirlər. Bundan əvvəl Xankəndidə “ikinci rəsmi dil” nağılını ortaya atmışdılar. İddialar səslənirdi ki, rus dili Qarabağ ermənilərinin “rəsmi dili” ola bilər. İndi də “rus icması” adlı uydurmaya başlayıblar. Ermənilərin ruslara “qayğı”sına şahidlik etmək üçün Ermənistanda qapadılan rus məktəblərinin, rus kanallarının siyahısına diqqət etmək yetərlidir. Qarabağda bir ovuc ermənini güclə saxlayıblar, o ki qala ruslar burada yaşasın...

Yeri gəlmişkən, iki gün əvvəl sülhməramlılar 100-dən artıq ermənini qabağına qatıb Kəlbəcərə, oradan da Xocavəndə apardı, kilsələri ziyarətə. Qədim alban kilsələrini talayan, işğal illərində ora saxta yarlıqlar yapışdıran ermənilər “həftə səkkiz, mən doqquz” guya “ziyarət”ə gəlirlər. Bununla kilsələrə sahiblənmək iddialarını nümayiş etdirirlər, həm də xristian dünyasına mesaj verirlər. Bunların sonuncu ümid yeridir, başqa cür dəstək qazana bilmirlər. Yenə də kilsə söhbətini ortaya atıblar ki, xristian təəssübkeşlərindən dəstək gəlsin. Özü də bu dəfə “rus icması” adı altında...

635x100

Şərhlər

Vsl 2021-03-25 15:40:33

Qələt edirlər xankəndindəki rus icmasının ağzı ilə

.EJDER 2021-03-25 00:50:37

CAR PUTIN BELKE BIR AZ YAVAWLAYASAN,HIYYYY

Vətən+daş 2021-03-24 21:49:05

NƏ QƏDƏR Kİ,.BİZİMKİLƏR ƏSAS İŞİNİ BURAXIB SELFİ ÇƏKMƏKLƏ,,POKAZUXA İLƏMƏŞĞUL OLACAQ.BELƏ TƏXRİBATLAR DAVAM EDƏCƏK CİDDİ OLMAQ VƏ CİDDİ İŞLƏMƏYƏ EHTİYAC VARDIR.

Xalq 2021-03-24 20:25:03

bu aranı qatanlar elə rusların özüdür, yəqin növbəti anti-azərbaycan əməliyyatı keçirəcəklər, rus vətəndaşlarını "qorumaq" adı altında!

t.ədalət 2021-03-24 17:21:11

Bunu bir dəfəlik bilməliyik ki,Dağlıq Qarabağ və onun həndəvərində baş verən fitnə-fəsadları Rusiya törədfir....ABŞ-ın sanksiyaları Rusiyanın bu anti Azərbaycan planlarını da əngəlləyəcək,İnşallah!Bizim tarixi düşmənlərimiz Rusiya və farslardır.

Son yazılar