İKİ PARTİYA SƏDRİ “TOQQUŞDU” – Məmmədov uşaqpulu istəyənləri təhqir etdi, İbadoğlu sərt cavab verdi

"“Uşaqpulu” mövzusu ilə xalqı aldadıb-alçaldan yaramazların hər birinin cavabını artıqlaması ilə verəcəyik".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədəki səhifəsində yazıb. O, statusunda uşaqpulu tələbi ilə çıxış edən müxalifət nümayəndələri və ekspertlər haqqında aşağılayıcı ifadələr işlədib: "Onlardan heç biri hələ indiyədək bu debilləşdirici şüarın büdcəyə və iqtisadiyyata neçəyə başa gələcəyini konkret rəqəmlə ifadə etməyib".

İ.Məmmədov daha sonra bu məsələ ilə bağlı partiyasının mövqeyini açıqlayıb: "Sadəcə “uşağım var, dövlət mənə pul versin” təsəvvürünü insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamırlar, ya da xalqa vicdanlı xidmət hissini tam itiriblər. Nəsilvermə əmsalı Azərbaycanda ancaq son 4-5 ildir ki, artım üçün tələb olunan 2.1`dən aşağı düşüb. Bunun mürəkkəb səbəblər çeşidi var, o cümlədən keçmiş müharibələrin irsi olan demoqrafik dalğalar, şəhərləşmə, iqtisadi təsəvvürlərin dəyişməsi və s. Əmsalın daha aşağı düşməsinin qarşısını almaqdan ötrü bir çox tədbirlər görülməlidir və bu tədbirlər arasında, əlbəttə, doğumun iqtisadi stimullaşdırılması tədbirləri də var.

Birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir. Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır.

İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideynlərə öz dəstəyini təklif etməlidir. Yardım məbləği qəpik-quruş yox, əhəmiyyətli olmalıdır. Amma bu vəsaitin valideynlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərclənməsi üzərində dövlət ciddi nəzarət qurmalıdır. Üçüncü və sonrakı uşaqlar yenə də valideynlərin öz məsuliyyətli seçimi və planı olmalıdır. Bu məsuliyyətli seçimi etməkdə dövlətin ümumi iqtisadi siyasəti valideynləri inandırmaqla yardımçı olmalıdır. İş yerlərinin yaranması üçün iqtisadiyyat sərmayələrə açılmalıdır. Bu isə daha geniş, əhatəli siyasətin tərkib hissəsidir – hüquq aliliyi, korrupsiyanın cilovlanması, demokratik siyasi təmsilçilik və s".

İ.Məmmədov bildirib ki, son 18 ildə Azərbaycanda 900 mindən çox ikinci uşaq doğulub: "ReAL-ın təklif etdiyi maddi dəstək nəticəsində qarşıdakı illərdə bu rəqəm 1 milyona çatsa və hər ikinci uşağa görə ailəyə ayda 100 manat dövlət yardımı olsa, bu büdcəyə ildə yuxarı-aşağı 1 milyard manata başa gələcək. Uşaqlara hazırda ayrılan digər sosial yardım proqramlarının qismən yenidən proqramlaşdırılması nəticəsində, biz bu məbləğin bir hissəsini indiki büdcədə də tapa bilərik.

Dövlətin ümumi iqtisadi siyasəti dəyişdikcə büdcəyə əlavə vəsait cəlb edə biləcəyik və nəticədə dəstək məbləğini artıra, hətta dəstək proqramını üçüncü uşaqlara da tətbiq edə bilərik".

Qeyd edək ki, İlqar Məmmədovun bu mövqeyi kəskin tənqidlərə və ictimai qınağa səbəb olub. Xüsusən müxalifət düşərgəsində təmsil olunan şəxslər, ekspertlər ona sərt cavab veriblər.

Azərbaycan Demokratik Rifah Hərəkatının rəhbəri (ADR), iqtisadçı Qubad İbadoğlunun ona cavabı digərlərindən fərqlənir. O, yazır: "Siz, İlqar Məmmədov, liberal, mühafizəkar, sosial demokrat, utilitarianist, libertarianist, sağçı, solçu, sosialist, faşist, bolşevik, eləcə də korporativ, bazar, ailə, dövlət təmayüllü müxtəlif rifahçı modellərin tərəfdarı ola, müxalifət, hökumətyönlü mövqedə dayana bilərsiniz. Amma sizin ixtiyarınız yoxdur ki, sizdən fərqli düşünənləri, uşaq pulu verilməsinin tərəfdarı olanları "yaramaz", "debil" adlandırasınız. Siz, İlqar Məmmədov, sadə riyazi hesablamanı düzgün apara bilmirsiniz (il 10 aydan deyil, 12 aydan ibarətdir, ildə 1 milyon uşağa 100 manat ödəniləndə 1 milyard deyil, 1,2 milyard manat edir), belə olanda uşaq pulu ilə bağlı indiyə qədər əsaslandırılan mövqeləri, aparılan hesablamaları, uşaq pulunun ödənilməsi üçün göstərilən maliyyə mənbələrini necə başa düşəcəksiniz?...

Siz, İlqar Məmmədov, dövlətin büdcəsinin qayğısına qalırsınızsa, onda hər il qapalı formada bölüşdürülən investisiya büdcəsinin, büdcə fondlarının şəffaflığını, hesabatlılığını, məmurların gəlir bəyannaməsini tələb edin.

Siz, İlqar Məmmədov, siyasətlə məşğul olmaq istəyirsinizsə, ifadələrinizə fikir verin, leksikonunuzu təmizləyin, başqalarını aşağılamayın, alternativ fikrə, müstəqil, müxalif mövqeyə hörmət edin, onsuz da çirkli olun mühiti daha da korlamayın!

Siz, İlqar Məmmədov, yaxşı olar ki, başqalarının ünvanına işlətdiyiniz "yaramaz" və "debil" ifadələrinə görə üzr istəyin, ondan sonra sizinlə uşaq pulu mövzusunda harda istərsinizsə, debat aparmağa hazıram. Amma öncə bu mövzuda mövqe qoyanların hamısından üzr istəyin!"

"AzPolitika.info"

635x100

Şərhlər

E.H 2021-04-19 17:42:29

ReAL partiyasının reallıqdan uzaq sədri

Veten dashi 2021-04-05 10:20:38

Mənim bu şəxsin ətrafında olanlara yazığım gəlir.Bir vaxtlar Fazil Qəzənfəroğlunu,Qüdrət Həsənquliyevi bütləşdirib onların ətrafında olanlar kimi onlar da yanlışlıqa uğradıqlarını biləcəklər....

Zakir 2021-04-04 12:18:01

Ilqarin yeri ele hebsxana imiw.

Aborigen 2021-04-03 20:09:30

"Sadəcə “uşağım var, dövlət mənə pul versin” təsəvvürünü insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamırlar, ya da xalqa vicdanlı xidmət hissini tam itiriblər." Məm=nim bu fikrin sahibinə bir sualım var: uşaq sahibi olmaq və övladını normal böyüdüb tərbiyə etmək üçün dövlətdən yardım istəyənlərin günahı nədir ki, sizdə və sizi kimi düşünənlərdə bu insanlara qarşı belə kor nifrəti yaradan nədir?

RR 2021-04-03 18:12:58

Yeni evlənənlər üçün ailə məsləhətxanası açsın uşaqları necə böyütmək qarnını doydurmaq üçün hardan bazarlıq etməyə qədər məsləhətlərini versin

Yengibar 2021-04-03 14:20:13

İlgar Məmmədov sadəcə "политический выкидыш" , yəni siyasətdə ölü doğulmuş döldür....

Avtandii 2021-04-03 12:10:46

İqbal Məmmədov artıq kim olduğunu sübut edib.Daha onun təklifinin mənası olmayacaq.Çünji o artıq Vanka- vstanka olub.Ona görə onu dialoqa çağırmaq mənasız və iyrənclikdir.O tabae olduğu,satıldığı adamlarn zonasından kənara çıxa bilməz.Buna görə də onun fikri mənaszdır.0u

Irsad Elekberov 2021-04-03 10:54:18

Ilqar Memmedovun....i vaxtinda vurdu hakimiyyet

Eko 2021-04-03 07:31:17

Yadimnan cixdi (((( boynuva qamish ôlcûm ay Ilqar ))))

Eko 2021-04-03 07:28:49

Adam ne qeder alcalarmish )))) Ne deyim , Vallahi bu qederde yoxdaaaa !!!! Ilqar sennen adam olmayib , olmayacaqda. Deputat ola bilersen , amma adam olmassan bunu bil!!!

Vətəndaş 2021-04-03 07:07:07

İnsan əqidəsini dəyişəndə insanlığını itirməli deyil,heç olmasa dilini sakit saxlamalı,xaldın əleyhinə danışmamalıdır.

RT 2021-04-03 05:47:39

Ilqar zonda , yaxshi ders kecib ))) ( dirnaqarasi) Ôl yere qireeeee Vallahi !!!!!

Seyid Ənhu 2021-04-02 22:54:04

İlqar Məmmədov sən türmədə olanda xalq həmişə səni dəstəkləyib. HARAM OŞUN OLSUN.

.EJDER 2021-04-02 22:45:42

ilqar memmedof ....sensen,wexsen menim ucun

Veteran 2021-04-02 22:32:35

İlqar sən ....Nəmənəsən özün yaxşı bilirsən. Amma hörmətli QUBAT müəllim çox düz deyir. Təkcə uşaq pulu deyil.Camaata pul vermək lazımdır.Özüdə təcili.Cammat normal qidalanmal

Çoban 2021-04-02 22:18:27

Təhsil Nazirliyi 2 manatlıq futbol topunu 61 manata alır, görün bir stolu neçəyə alır, belə şişirdilmiş qiymətlər olmasa hamıya uşaq pulu yetər

heçkim-yoxsa hərkim 2021-04-02 21:31:14

ilqar--soyteridir--onu ellikcə başmax silgəci kimi zibil qutusuna atın və heç vaxt xatırlamayın- əgər xalıqsa belə etməliyik

Cefer Memmedov 2021-04-02 20:55:08

ilqar məmmədov türmədə dərsini əzbər öyrənib. İndi gözyumlu oxuyur. " Xouzdan" soruşurlar niyə banlayanda gözyumlu banlayırsan, deyir dərsimi əzbər bilirəm. Amma vaxtsız banlayan "xoruzun" da başına pis iş açarlar.

Xalq 2021-04-02 20:40:25

İlqar Məmmədov belə çıxışlarla iqtidarın rəğbətini qazanmaq istəyirsinizsə olan qalan hörmətinizi də itirəcəksiniz.

miri 2021-04-02 20:31:58

Fərqli fikiri, hətta qəbulunu kimlərsə məqbul saymasa belə "debilizm" adlandıran özü elə debil siyasətçi adlanmalidir. Vəssalam.

[email protected] 2021-04-02 20:22:13

Dibil İlqarın özüdür

Mahir 2021-04-02 19:56:49

Müxalifətçilik dən .....liyə tam sürətlə yuvarlanan İlqar Məmmədov....Bu fikirləri söyləyən siyasətçi ola bilməz. Müxalifətdə heç ola bilməz.Bu nəyin peşindədir? Son zamanlar bu ona səs verəcək insanların cəmdəyinə tüpürmək üçün mövzunun güdüyündədir.Deməli bu yolla parlamentə düşmək istəyir....

BAKILI 2021-04-02 19:19:07

Minnetdariq Qubad bey

omar 2021-04-02 18:35:42

Debil sənsən ki,hələ də bilmirsən ki,ən inkişaf etmiş ölkələrdə də uşaqpulu verilir.Qulağının dıbındı o acından günorta duran Ermənistan belə 100 dollar uşaqpulu verir.Görünür zindan səni debilə döndörib ki,növbəti seçkilərdə deputat olasan ay İlqar.Əvvəl necə hörmət edirdim buna,yaxşı ki,zindana düşdü tanıdıq.

Bitərəf 2021-04-02 18:14:11

İlqar Məmmədov artıq müxalifət deyil,ona görə də əyri də olsa düz deyəcək

Son yazılar