“Ermənistanla Azərbaycanın Tovuz, Qazax, Ağstafadan keçən dövlət sərhədində sülhməramlı yoxdur və heç bir şey baş vermir..."

"AzPolitika.info"nun məlumatına görə, Bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində rusiyalı sülhməramlıların getməsindən sonra Qarabağdakı vəziyyətin necə inkişaf edəcəyi sualını cavablandırarkən deyib.

“Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Biz öz mövqeyimizi rusiyalı tərəfdaşlarımıza bildirmişik. Bu, nə üçün edilir? Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”- deyə Prezident qeyd edib.

Rusiyanın sülhməramlı kontingenti regionu tərk edəndən sonra nə olacaq barədə suala cavab verən dövlətimiz başçısı deyib ki, bizim Tovuzda, Zəngilanda Ermənistanla sərhədlərimiz var: “Bizim sərhəd qoşunlarımız Ermənistan tərəfinin bilavasitə yaxınlığındadır. İnsidentlər varmı? Yoxdur. Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb, bizim qoşunlarımız beş metrlikdə dayanıblar. Lakin bizim heç bir hərbi planımız yoxdur”.

Prezident Azərbaycan tərəfinin xoşməramlılığına nümunə olaraq Qafanı Yerevanla birləşdirən 21 kilometrlik yolu göstərib: “O, bizim ərazimizdən keçir, orada sərhədçilərimiz dayanıb, orada hətta “Azərbaycana xoş gəlmisiniz” plakatı da quraşdırılıb. Onun niyə orada erməniləri qıcıqlandırdığını bilmirəm, biz sadəcə onları öz ərazimizdə salamlamaq istəyirdik, ora bizim ərazimizdir, amma onlar hətta plakata atəş açıblar. Yolu bağlaya bilərdik, amma bunu etmirik”.

“Müharibədən sonrakı vəziyyət çox kövrəkdir. Atəşkəsə riayət olunmasına baxmayaraq, münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var" - deyə, Prezidenti İlham Əliyev  bildirib.

Dövlət başçısı münaqişədən sonrakı inkişaf və əməkdaşlıq olduğunu vurğulayıb: “Buna görə, iştiraka görə hər kəsə təşəkkür edirəm. Biz bunu yalnız bölgədə baş verən hadisələrə maraq kimi deyil, həm də 30 ildir işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı ilə həmrəylik əlaməti olaraq qəbul edirik.”

"AzPolitika.info"