"LAÇIN DƏHLİZİNİ BAĞLAMALIYIQ!" – “Biz niyə Ermənistan ərazisini minalamayaq?"

"Televiziya kanallarımızdan biri müharibəyə qədər xəbərlər proqramına təxminən bu sitatla başlayardı ki, dünya hələ də BMT qətnamələrinin Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı qətnamələrin yeriə yetirilməməsinə seyrçi qalır. Bu sitatı hazırda bu şəkildə dəyişdirməyə ehtiyac var: Dünya Azərbaycan vətəndaşlarının minalarda partlamasına seyrçi qalır. Müharibədən keçən günlərdə minaların partlaması nəticəsində onlarla vətəndaşımızı itirmişik".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Kəlbəcərdə jurnalistlərin və mülki şəxslərin minaya düşərək həlak olmasını şərh edərkən bildirib.

Politoloqun sözlərinə görə, Ermənistanın ağası Rusiyaya gur səslə deməliyik ki, Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb etsin.

"Moskvada sərhəd məsələsinə dair üçtərəfli görüş keçirdilər. Moskva zəhmət çəksin bir dəfə də görüşü minalanmış ərazilərə həsr etsin. Erməni hərbçiləri həmin minaların əksəriyyətini müharibədə məğlub olduqlarını anladıqdan sonra harda gəldi düzüblər. Bəlkə də buna görə 10 noyabr bəyanatının əksinə olaraq Ağdam və Kəlbəcədin geri qaytarılmasını təxminən bir ay yubatdılar ki, ərazini boşaldarkən bölgəyə minaları döşəsinlər” - deyə, ekspert vurğulayıb.

E. Şahinoğlu ermənilərin indi də Azərbaycan torpaqlarına minalar döşəmək üçün diversantlar göndərdiyini xatırrladır. Eyni zamanda Qarabağdakı separatçıların da bu istiqamətdə “fəaliyyətlərinin” ola biləcəyini istisna etmir.

E. Şahinoğlu deyir ki, minaların partlaması bizə hər iki istiqamətdə ermənilərin qarşısını almaq üçün hərəkətə keçməyə imkan yaradır: "Sərhəddi (bu sıraya Laçın üzərindən sərhəddin qapadılması da daxildir) qapatmalıyıq ki, diversantlar Azərbaycan tərəfə keçə bilməsinlər, Qarabağdakı separatçıları da tərksilah etməliyik ki, yolları və meşələri minalaya bilməsinlər. Gözləmək olmaz. Gözlədikcə minalarda həlak olan vətəndaşlarımızın sayı artacaq. Onlar Azərbaycan torpaqlarına minalar döşəyə bilirlərsə, bizə niyə Ermənistan ərazisini minalamayaq?"

"AzPolitika.info"

635x100

Şərhlər

Veteran 2021-06-08 10:10:57

Bunu "başbilənlər" etməlidirlər.

Türk 2021-06-07 21:56:48

O ərazi verilib erməniyə a millət

Fərəməz 2021-06-06 11:16:10

Erməniləri "sülh məramlılar Xankəndində yerləşdirir,Bəs bizim qaçqın olan Xankəndi sakinləri niy oraya köçürülmür?

Xalq 2021-06-05 23:25:17

Elxam müəllimi dəstəkləyirik!Çox düzgün fikirdir. Qanı qanla yuyarlar!

turan 2021-06-05 17:21:18

hələ ayyılmamışıq

Eli 2021-06-05 15:47:13

Bu şerefdizlrt hansı derenin tulslarıdır ki bizim torpaqlatda at oynadırlar.Yaxın müddetde bunlar layiqli cavablatını alacaqlar

t.ədalət 2021-06-05 15:33:58

"Laçın dəhlizi" Putinin ermənistandakı hərbi baza ilə Qarabağdakı işğalçı ordunu əlaqələndirmək planıdır.Bu məsələ birbaşa Rusiyanın regiondakı işğalçılıq məqsədini daşıyır.Qarabağ erməniləri ilə ermənistan erməniləri arasında "dəhliz yaratmaq" doğru deyil.ermənilər dünya təcrübəsində olduğu kimi sərhəd-gömrük məntəqələrinin nəzarəti ilə keçiddən istifadə etməlidirlər.

Son yazılar