“MÜHARİBƏ EHTİMALI SIFIRA DÜŞDÜ” – “Erməni xalqı Rusiyanın qəzəbindən qorxmadı, Putin mifini yerə vurdu”

“Parlament seçkisində güclü əzm və iradə göstərən Nikol Paşinyanın qalib gəlməsi və Robert Koçaryan kimi bir caninin hakimiyyətə yolunun bağlanması müsbət hadisədir. Xalqın əksəriyyəti Rusiyanın qəzəbindın qorxmadı, Putin mifini yerə vurdu, müharibəyə və dolayısı ilə Qarabağ avantürasına “yox” dedi”.

“AzPolitika.info” xəbər verir ki, bunları siyasi şərhçi Qulu Məhərrəmli Ermənistanda parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.

Xatırladırıq ki, iyunun 20-də baş tutan seçkilərdə 44 günlük müharibədə Ermənistanın sarsıdıcı məğlubiyyətinə baxmayaraq, Nikol Paşinyanın partiyası inamlı qələbə qazanıb.

Q.Məhərrəmli hesab edir ki, Paşinyanın qələbəsi ilə regionda yeni müharibə ehtimalı sıfıra düşdü, revanşizm aktuallığını itirdi. “Qarabağ klanı biabırcasına məğlub oldu. Məlum oldu ki, Paşinyan düşünüldüyü qədər də sadə fiqur deyildir. O, Rusiyadan qaynaqlanan müharibənin acı nəticələrini, ölkəyə və xalqa hansı zərbələr vurulduğunu görüb-yaşadığından Qərb yönümlü siyasətini davam etdirəcək, bu kontekstdə Türkiyə və Azərbaycanla münasibətlər yaxşılaşacaq. Bakı ilə sərhəd məsələləri və Zəngəzur dəhlizi problemi tezliklə həll olunacaq, nəqliyyat xətləri işləyəcək. Bunlarla yanaşı Yerevan-Moskva münasibətlərində gərginlik artacaq, Rusiya Qarabağ kartını fəallaşdıracaq”.

Siyasi şərhçi belə hesab edir ki, Qərbin iştirakilə birbaşa Azərbaycan-Ermənistan dialoqu başlasa hər iki ölkə Rusiya təhlükəsini minimuma endirə biləcək.

Rasim ƏLİYEV

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2021-06-23 11:31:16

erməni elə "yaxşı" millətdir ki, burada el deyimi tam düzgün yerinə oturur, itlə dostluq elə çomağı daim hazır saxla, və ya ilanın ağına da, qarasına da lənət...

Sehidlere-.orcluyuq! 2021-06-21 12:22:32

Sulhe-sulhle.savasa-savasla -cava.-vermeye-haziriq!

t.ədalət 2021-06-21 10:59:38

Etiraf etmək lazımdır ki,ermənistanda hakimiyyət zəbt edilməyib.Demokratik yollar çox abaddır.

esger 2021-06-21 10:45:34

Azərbaycan rəhbərliyinin düzgün siyəsəti nəticəsində bu prosesi bizim dövlət tərəfindən idarə olunur və idarə olunacaq. Heç kəs biz bu yoldan çıxara bilməz və Azərbaycan kimi sülhsevən millətə qara yaxa bilməz

Son yazılar