"BU ADAM DƏFƏLƏRLƏ İFŞA OLUNMASINA BAXMAYARAQ..." - Ramiz Mehdiyevə ağır ittihamlar

"Ramiz Mehdiyev akademiyanı ailə şirkətinin bazasına, qohum-əqrəba, dost-aşna klubuna çevirib, AMEA-nı əsl akademiklərdən “təmizləyib", keçmişi qaranlıq kadrları isə irəli çəkib..."

"Yusif Məmmədəliyev kimi işıqlı akademikin yerində hazırda akademiyanı ailə şirkətinin bazasına, qohum-əqrəba, dost-aşna klubuna çevirən Ramiz Mehdiyev əyləşib...Onun irəli çəkdiyi kadrların, demək olar ki, hamısının keçmişi isə qaranlıqdır. Bir çoxları məhz bu qara əməlləri nəticəsində işdən uzaqlaşdırılıblar. AMEA məhz bu adamın 1 il 7 aylıq xidməti sayəsində əsl akademiklərdən “təmizlənib”..."

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin vitse-spikeri Adil Əliyev Ovqat.com-a müsahibəsində səsləndirib

Jurnalistin "Azərbaycan ordusunun yeni texnologiyalarla təchizi elmi inkişaf səviyyəmizdən birbaşa asılıdır. Tarix sübut edir ki, ondan-bundan silah almaqla bir ordunu güclü hala gətirmək mümkün deyil. Ölkələr həm də öz hərbi sənaye komplekslərini qurmalı və müasir texnoloji kəşflərlə buna nail olmalıdır. Bu hədəfə çatmaq üçün Azərbaycanın elm xadimlərinin üzərinə böyük məsuliyyətlər düşür. Necə hesab edirsiniz, AMEA bu çağırışlara cavab verəcək səviyyədədirmi?" sualına cavab olaraq Adil Əliyev deyib:

"Çox yaralı yerimizə toxunursunuz. Bilirsiniz ki, Şuşa Bəyannaməsində də Azərbaycanın müasir tələblərə cavab verən hərbi sənayə kompleksinin qurulması nəzərdə tutulur. Prinsip etibarilə, Azərbaycan xalqı bu potesiala malik toplumdur. Heç uzağa getməyək, II Dünya müharibəsində SSRİ-nin alman faşizmi üzərində qələbə qazanmasında Azərbaycanın elm xadimlərinin, xüsusilə Yusif Məmmədəliyevin məşhur kəşfləri mühüm rol oynamışdır. Onun tank əleyhinə yaratdığı kimyəvi kokteyl düşmən tanklarını əridib sıradan çıxarır, təyyarələr üçün hazırladığı yanacaq sovet hava qüvvələrini hərəkətə gətirirdi. Müharibədən sonra bir çox rus mütəxəssislər Yusif Məmmədəliyevin bu uğurlarını etiraf edərək deyirdilər: müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udduq. Məhz bu nailiyyətlərinə görə, Yusif Məmmədəliyev müharibədən dərhal sonra – 1945-ci ildə AMEA-nın prezidenti vəzifəsinə gətirilmişdi. Yəni indiki Ramiz Mehdiyevin yerinə. Müharibədən sonra onun raket yanacağını kəşfi nəticəsində SSRİ kosmosa çıxa bilmiş və dünya hegemoniyasında əsas rəqibi ABŞ-ı ən azı 15 il qabaqlamışdı. Qısası, SSRİ-nin həm II Dünya müharibəsində, həm də soyuq savaşda nailiyyətində Azərbaycan elm xadimlərinin misilsiz rolu var. Bu gün belə, o kəşflər hərb sənayesinin başlıca uğurlarından sayılır. Mən bu misalları çox uzada bilərəm. Amma sualdan yayınmamaq xətrinə Azərbaycanın digər bir çox alimlərinin elmə gətirdiyi yeniliklər üzərində çox dayanmaq istəmirəm. 

Demək istədiyim odur ki, dünya elminin istiqamətini, qlobal müharibələrin taleyini dəyişən AMEA-nın indiki vəziyyəti ürək ağrıdıcıdır. Yusif Məmmədəliyev kimi işıqlı akademikin yerində hazırda akademiyanı ailə şirkətinin bazasına, qohum-əqrəba, dost-aşna klubuna çevirən Ramiz Mehdiyev əyləşib. Səhv etmirəmsə, sizin saytdan oxudum, adını akademik qoyan bu adam həmin vəzifəyə təyin olunandan bəri 1 il 7 ay ərzində bir dəfə də olsun akademik tədbir keçirməyib. Bu müddət ərzində gördüyü iş savadlı akademikləri vəzifələrindən uzaqlaşdırıb yerlərinə elmlə əlaqəsi olmayan insanları gətirmək olub. 

Onun irəli çəkdiyi kadrların, demək olar ki, hamısının keçmişi isə qaranlıqdır. Bir çoxları məhz bu qara əməlləri nəticəsində işdən uzaqlaşdırılıblar. AMEA məhz bu adamın 1 il 7 aylıq xidməti sayəsində əsl akademiklərdən “təmizlənib”. Özü də tam qanunsuz şəkildə. Onlardan biri (Yəqin ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevi nəzərdə tutur – Ovqat.com) bu yaxınlarda qanunsuz işdən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə hökmü ilə işə bərpa olunmuşdu. Kim Ramiz Mehdiyevin yerinə olsa, məhkəmənin bu qərarından sonra bir gün də o postda oturmaz, dərhal istefa verib nəvələri, nəticələri ilə vaxt keçirməyə gedərdi. Bu adam isə dəfələrlə ifşa olunmasına baxmayaraq, öz postundan dörd əlli yapışır və AMEA kimi elm mərkəzini şəxsi qara biznesinin ofisinə çevirir.

Bilirsiniz ki, Azərbaycan prezidenti dəfələrlə elmə ayrılan vəsaitin tətbiqi elmlərin inkişafına sərf olunmasını tapşırıb. Elə bu tapşırığın özü, siz dediyiniz kimi, hərbi sənaye kompleksinin və iqtisadi böyümənin inkişafına yönəlməsini tələb edir və Şuşa Bəyannaməsinin ruhunu əks etdirir. Və bir daha sübut edir ki, ölkəmizin inkişafı, xüsusilə də müasir hərbi sənaye komplekslərinin yaradılması Şuşa Bəyanatından əvvəl də Ali Baş Komandanın başlıca prioriteti olub. Təbii ki, ölkə başçısı öz hərbi və iqtisadi hədəflərinin bundan daha aydın deyə bilməzdi. 

AMEA prezidenti isə mənasız qurumalar yaradaraq və o qurumlara özünün yaxınlarını gətirərək, akademik büdcəni göyə sovurmaqla məşğuldur. Hesab edirəm ki, akademik büdcənin hansı sahələrə yönəldildiyini araşdırsanız, daha dəhşətli faktlar ortaya çıxararsınız. Prezident çıxışlarında dəfələrlə jurnalistləri özünün ən yaxın dostları və etibar etdiyi mənbələr adlandırıb. Siz də bu etimadı doğruldaraq, Azərbaycanın elmi potensialının necə məhv olunduğunu araşdırıb əsl həqiqətləri ortaya qoymalısınız. Qoy, Azərbaycan rəhbərliyi də, ictimaiyyəti də sizin vasitənizlə kimin kim olduğunu tam aydınlığı ilə görsün".

635x100

Şərhlər

Firuz 2021-06-25 10:59:25

Mehdiyevi onun törətdiyi kadr.rüşvət cinayətlərinə görə həbs edə bilmədilər?

Veten dashi 2021-06-23 10:23:30

Mən bu cahan mülkündə doğru düz halət görmədim.Hər nə gördüm əyri gördüm özgə kəramət görmədim.Mən şəxsən iyrənirəm bu tipli əməl və hərəkətlərdən...

Veten dashi 2021-06-23 10:20:02

Mən bu cahan mülkündə doğru düz halət görmədim.

A.Məmmədov 2021-06-23 00:24:17

SSRİ EA-da və İttifaq respublikalarının EA-sında hərbidə tətbiq ediləcək işlərin böyük əksəriyyəti Fizika İnstitutlarında görülürdü. AMEA-nın Fizika İnstitutu da akademik Arif Həşimov institut rəhbəri vəzifəsindən uzaqlaşdırılana kimi AMEA-da ən qabaqcıl institut idi. Akademik A,Həşimov vəzifəsindən uzaqlaşdırılandan sonra Fatma Abdullazadənin əri Oktay Ələkbərovun oyuncaq direksiyası təmir adı altında institutun bütün təcrübi bazasını məhv etdilər. İşləyən cihazları ora-bura satdılar, bəzilərini metalloma verdilər. Akademik Eldar Salayevin uzun illər rəhbərlik etdiyi “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının adını dəyişib nəzəri laboratoriyaya çevirdilər, əmlakını dağıtdılar. Halbuki bu laboratoriyanın məşğul olduğu sahə hərblə sıx bağlıdır. Hazırda təcrübə bazası dağıdılmış institutda əməkdaşları məcbur edirlər ki, səhər 9-dan axşam 5-ə, 6-ya kimi oturub divara baxsınlar. Divara baxmaqla elmi inkişaf etdirmək olarmı? Mən hesab edirəm ki, F.Abdullazadənin bütün əmlakı müsadirə edilərək satılmalı və əldə edilmiş maliyyə vəsaiti ilə Fizika İnstitutnun dağıdılmış təcrübə bazası bərpa edilməlidir.

Alim 2021-06-22 23:46:59

Gəlin milisə Adili də akademik seçək. Ağıllı-ağıllı danışmağa baəlayıb. Pensiyaya çıxanda AMEA-ya prezident seçərik. Bununla da AMEA-nın bütün problemləri həll edilmiş olar.

OXUCU 2021-06-22 23:37:14

ÜMÜD QALIB ANCAQ ƏZRAYILA

Amon 2021-06-22 21:31:26

Gomruk sistemi ve sistemindekiler yenilenmese ne qeder islahat olur olsun bahalasma davam edecek

Adil Əliyev - ə 2021-06-22 19:07:09

Niye Ramiz Mehdiyev mesuliyyete celb olunmur ?

surxay 2021-06-22 18:42:24

Müshibin fikirlərindəki bəzi məqamlarıyla razılaşmaq olardı,əgər bu yazı,və müsahibin bu fikirləri çox yox 5-6 il öncə meydana çıxsaydı.Bu günsə atılan addımı daldan atılan daş kimi qiymətləndirmək olar...

Niyaməddin 2021-06-22 18:29:28

Az qalıb onun kimilərin dəmir barmaqlıqlar arxasından baxmağına!

İ.Mustafaoğlu 2021-06-22 16:53:50

Bəli, əlbəttə keçmişi qaranlıq olanların hamısı vəzifədədir, siz kimə nə deyrisiniz ? Cavanlara iş tapılmır, 90-yaxın yaşı oanlara vəzifə verilir, budur sosial narazılıqları yaradan hallar.... Deməli qanun kasıblar üçündür...? Ölkəmizdə gedən özbaşnalıqlara yol açmasına şərait yaradanlar birinci növbədə məmurlardır, kimi hara qoyursan, sırazı özünün savadsız adamlarını vəzifəyə təyin edir, qanunlara əməl etmir ? Korrupsiya haqqında qanunda qohum-qardaş, dost-tanış bir-birinin tabeçiliyində işləyə bilməz ? Qanuna əməl edən varmı, kasıb-kusub qanunun aliliyinə əməl edir,yalnız vəzifə sahibləri əməl etmir ? Qanun var,ancaq əməl edən yoxdur....Qanunu pozanlar haqqında ciddi cəza tədbiri görülməlidir, yoxsa məmur özbaşnalıqları hökm sürəcəkdir ?

Hadi 2021-06-22 13:57:31

Belə danışmağa haqqın var.Çünki sən oturduğun stulda elə həmişə sənin kimilər əyil əşib.........

Nazim 2021-06-22 12:46:10

haqli yazidir, ancaq 5-ci kolonun uzvleri ramiz mehdiyevin yerlileri ve kendlileri yuksek vezifelerdedidr, Toyun qonaqlari boy gosterir...

Son yazılar