İKİBAŞLI “QARABAĞ FƏTVASI” - Və şeyxin Ərdoğanla Xameneini eyniləşdirməsi

“Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.

Bunu İranın hansısa əyalətinin baş mollası yox, müstəqil Azərbaycanın şeyxülislamı deyir.

Ancaq illərin təcrübəsi göstərir ki, Allahşükür Paşazadənin bu cür açıqlama verməsində təccüblü bir şey yoxdur. Belə iranyönümlü yanaşma onun bütün fəaliyyəti dövründə özünü biruzə verib. Odur ki, şeyxülislamın dediklərindən daha çox, onun söylədiklərinə cəmiyyətdəki, sosial şəbəkələrdəki reaksiyalar təəccüblüdür. Sanki şeyxin bu fikirlərinə etiraz edənlər onu birinci gündür tanıyırlar...

Hələ bir neçə gün öncə Şuşada Xameneinin nümayəndəsilə bağlı yaşanan məlum olayı bir çoxları malalamağa çalışdılar ki, bəs, qonaqdır, şeyxin onu qabağa verib özünün arxada durması, sadəcə, qonağa hörmət əlamətidir və s. Ancaq Paşazadə bu son açıqlaması ilə göstərdi ki, malalamağa-filana ehtiyac yoxdur - adam açıq-aşkar İranın dini rəhbərliyini öz rəhbəri, az qala səcdəgahı hesab edir və ona təzim edir, vəssalam! 

Olmazdımı ki, məsələn, elə həmin məlum Şuşa səfərinə İranın təmsilçisi kimi Türkiyənin də yüksək rütbəli din xadimlərindən biri dəvət ediləydi? Ümumiyyətlə, hər yerdə, hər imkan düşəndə İranın din xadimlərini, onların fətvalarını və s. önə çəkmək dini məzhəbçiliyin dərinləşməsinə xidmət etmirmi? Və ölkədə radikal dini cərəyanların getdikcə daha çox yayılmasına, kəskin qütbləşmənin meydana gəlməsinə səbəb olan mühitin formalaşmasında şeyxülislamın və onun idarəsinin fəaliyyəti azmı rol oynayır?... 

“Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz, bəlkə də, olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xamenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm.”

Deməli, belə çıxır ki, A.Paşazadə son 44 günlük müharibədə Türkiyənin Azərbaycana dəstəyi və şəxsən R.T.Ərdoğanın fəaliyyətilə Xameneinin fətvasını tərəzinin eyni gözünə qoyur, onları eyniləşdirir. Bu, ən azından ayıbdır! 

Həmçinin bu, açıq-aşkar Türkiyənin, Ərdoğanın misilsiz xidmətlərini kiçildib, İranın Azərbaycana münasibətdə ”gah nala-gah mıxa” siyasətini göylərə qalıdırmaqdır. Hansı ki, Tehranın Naxçıvana dəhliz açılmasına açıq etirazından tutmuş erməni separatçılarına müxtəlif təyinatlı yüklər ötürməsinə və digər açıq ermənipərəst addımlarına qədər bir çox məqamlar İranla Türkiyəni eyniləşdirməyi ağılasığmaz və mümkünsüz edir.

Elə həmin A.Paşazadədən soruşan lazımdır ki, niyə Ərdoğan ilk gündən Qarabağı Azərbaycan torpağı, onun ayrılmaz hissəsi adlandırdığı və bunun reallaşması üçün əlindən gələni etdiyi halda, Xamenei “Qarabağ Azərbaycan torpağıdır” yox, “Qarabağ islam torpağıdır” deyir? Bununla nəyə eyham vurur?...

Qətiyyən inandırıcı deyil ki, A.Paşazadə bu cür siyasi yüklü açıqlamaları ölkənin siyasi rəhbərliyilə razılaşdıraraq verir. Çünki şeyxin bu yanaşması nə ölkənin xarici siyasəti, nə də cəmiyyətin Türkiyə və İrana münasibətdə mövqeyilə qətiyyən üst-üstə düşmür. Ancaq görünür, bütün bunlar şeyxi çox da narahat etmir...

Yox, əgər şeyxin missiyası İranla yaxın qonşuluq, dostluq əlaqələrinin saxlanması və inkişafına xidmət etməkdirsə və ona bu cür tapşırıq verilibsə, doğrusu, bunun məhz Paşazadə tərəfindən uğurla həyata keçirildiyini düşünmək və söyləmək də çətindir.

Çünki rəsmən din, əqidə adamı hesab olunsa da, var-dövləti, xaricdəki biznesi, lyuks malikanələri, dəb-dəbəsilə məmur-oliqarxlardan seçilməyən, həmçinin bəzi açıqlamaları ilə məzhəkə, ironiya obyektinə çevrilən bir şəxsin, hansı titulu daşımasından asılı olmayaraq, cəmiyyətdə, əhali arasında, həmçinin dindar kəsimdə hansısa nüfuza malik olması qeyri-mümkündür.

Deməli, bu şəxs xalqın, cəmiyyətin adından çıxış edəcək mandata malik deyil. Bunu İranda da yaxşı bilirlər. Odur ki, şeyxülislama belə bir missiya tapşırılıbsa, onun bəri başdan uğursuzluğa düçar olduğunu söyləmək olar... 

Ümumiyyətlə, A.Paşazadənin zaman-zaman söylədikləri cəmiyyətdə birmənalı qarşılanmamaqla yanaşı, onun bir çox həlledici məqamlarda ya susması, ya da ikibaşlı açıqlamalar verməsi düşündürücüdür. Elə Qarabağa dair Xameneinin fətvası barədə dedikləri də bu qəbildəndir. 

İstər-istəməz sual yaranır ki, bu adam nəyə, kimə, hansı xəttə, nəhayət, hansı dövlətə xidmət edir? Özü də bu sual hələ 1980-ci illərin sonundan, yəni xalq hərəkatının başladığı ilk vaxtlardan açıq olaraq qalır....

Cəlal Məmmədov

“AzPolitika.info”


Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Molla 2021-07-29 12:35:40

Bu qədər riyakar,nəzir yeyən.qəbr yerlərini satın, haram mal dövləti ilə seçilən şəxsin müsəlmanlar adından danışmasını Allah qəbul etməz! Bunlar cinayət yolunu seçdiklərindən onların yeri cəhənnəmdir.

Nəbi 2021-07-23 19:25:55

Bütün Dünya bilir ki, nəinki xomeyni, xomneyi, heç iranda Ərdoğanın ayağına su tökməyə belə layiq adam yoxdur.

Telman 2021-07-23 13:21:59

Rəhmətlik Ə.Elçibəy deyirdiki bu adam KQB agentidir və KQB ləqəbi Frolovdur.Gəlsin mənimlə debata mən ona sünut edim.

Vetendas 2021-07-23 11:12:07

Allahshukur Azerbaycan xalqini yeyib talayan adamnan ne gozleyirsiz?. Avropada shirketleri var gadin sherikleri ile

Roma 2021-07-23 10:07:48

Şeyxin başqa gəlirləri heç, ancaq Təzəpirdəki 9 ədəd mərasim zallarından qazandığını heç şadlıq sarayları qazanmır. Bəs israfçılığın qabağını niyə almır. 2012-2013-cü illərdə bir neçə dəfə orada yas məclislərində oldum, hüzür yiyəsindən soruşdum, stulun biri neçəyə başa gəlir, dedi 14 manatdan başlayır. Düzdü səliqə-sahman, təşkilatçılıq yaxşı səviyyədə idi, ancaq o qiymətə istənilən şəraiti təşkil etmək olar...nə isə 9 zal və onun qazancı???...

kamil 2021-07-23 09:05:38

Bu adamla hər şey aydındır. яOnun yerinə də bravodan birini gətirmək olar.

Niyaməddin 2021-07-23 02:18:19

Bu hərəkət riyakarlıqdır! İran mollalarını cəmiyyətimizdə qətiyyən görmək istəmirik! Ayı hara, darayı hara. Ərdoğan hara, molla hara. Allah vətən xainlərinin belini qırsın! Amin!

Veteran 2021-07-23 00:27:46

Qafqaz müsəlmanları idarəsi yox,paşazadə şirkəti deyulsə daha məntiqə üyğun olar.Bu idarəni ləğv emək

Veteran 2021-07-23 00:22:36

ALLAH İsmayıl Şıxlıya rəhmət eləsin.Dəli Kürdəki molla Sadıxın müasir tipi.Kim verib bu adı ona "bütün Qafqazın şeyxi.Yox bir molla Sadıxı.

Eloğlu 2021-07-22 23:26:25

A.Paşazadənin ölkəmizdə islam dini üçün heç bir iş görməyib. O sadəcə KQB ağenti olub və özünü layiq olmadığl kürsülərə qaldırıb sehr dua ilə. Iranın...olması hamıya bəllidir. Onun idarə etdiyi QMİ-də heç nəyə yaramayan bir oyuncaq qurumdur. Ölkədə Qurban bayramı namazı bilinmədi nə vaxt qılındı, heç dəqiq vaxt deyilmədi ...

Rəfael Mərdiyev 2021-07-22 22:44:09

Sovet sisteminin yaratdığı belə növ fərdlər hələdə SSRİ-nin varisi olan Rusiya dövlətinə və bu dövlətin müttəfiqi İrana qulluq edirlər. Bir də unutmaq lazım deyil ki bu çəxs hələdə SSRİ-nin "paqonlarını" daşıyır. ki bu şəxs hələdə çiynində SSRİ-nin paqon

Seyid Ənhu 2021-07-22 22:33:47

Hörmətli Cəlal bəy ölkədə beş-üç jurnalist var ki, sözün həqiqi mənasında əsl mətbuat adamlarıdırlar. Siz də onlarn birisiniz. Və əla bilirsiniz ki, Mirzə Cəlili, Mirzə Sabiri Əzim Əzimzadəni onlarla digərlərini Paşazadə kimi mollalar çərlədib öldürdü. Aradan yüz il keçsədə hələ bunlara qarşı effektliv bir mübarizə metodu tapılmayıb. Yüz il əvvəl necə idi indi də elədir.Həmişə nadanlar iş başında olur. Hecə işdirsə bu ölkədə aqillərin cahillərə gücü çatmır. Hamımız bilir və görürük ki, Paşazadə savadsız və ən yumşaq mənada intellektsizdir , o, heç cür Qafqaz müsəlmanlarını təmsil edə bilməz və bilmir.Adamın adı haralarda hallanır. Belə olan halda nədən millətin iradəsi nəzərə alınmır? Biz kimdən, hansı konktet şəxsdən qorxuruq ki, millətimizin arzusunu gerçəkləşdirə bilmirik? Qonşu ölkədə yaşayan kinli və kirli bir qocadan bu qədər qorxmağa dəyərmi ? Ay camaat, ay adamlar, ay insanlaaaaar, ay müsəlmanlar!!!! Bu ruhani deyil! Cəlil Məmmədquluzadənin yazdığı ŞEYX NƏSRULLAHIN ÖZÜDÜR. XORTLAYIB DIR. YENƏ AZƏRBAYCANA GƏLİBDİR. YENƏ HƏMİN MƏSƏLƏ ÜÇÜN GƏLİBDİR. EY MÜSƏLMANLAR, HEÇ NƏ DEMİRƏM. ALLAHIN ALTINDA ƏTƏYİNDƏ NAMAZ QILDIĞINIZ NƏSRULLAHI ÖZ HÜCEƏSİNDƏ XƏLVƏTƏ ÇƏKİLƏNDƏ GÖRƏYDİZ. Hörmətli Cəlal bəy, növbə sənə çatıbdır, çalış ki, çərləməyəsən...

t.ədalət 2021-07-22 20:37:27

Allahşükür Paşazədənin əyləşdiyi kreslo çoxdan iylənir.Bu adam sonaqədər Rusiya-İran casus şəbəkəsinə sadiq olub.Onun anti-türk mövqeyi başa düşüləndir.....Ölkədə yaşayıb ölkənin əleyhinə olmaq çox böyük xəyanətdir.Biz,bu xəyanətin konturlarını vaxtında məhv etməliyik.İrançı meyilləri isə xüsusilə məhv etməliyik!

Müəllim 2021-07-22 19:42:53

Cəlal bəy Allah sizi qorusun! qələmin müqəddəs vəzifəsi həqiqətə xidmət etməkdir. Paşazadə İranın xidmətçisidir farslara xidmət edir onun zamanı bitibdir "təntənəli" surətdə getməlidir

Xalq 2021-07-22 19:25:02

Cəlal müəllim! Məqalənizi tam dəstəkləyirik! Bütün iradlar tam doğrudur!

Veten dashi 2021-07-22 18:54:36

Bunlar Süleymanini də bizim vətən şəhidlərinə bərabər tuturlar məclislərdə yeri gəldikcə ortaya atirlar.Biz müsəlmanıq amma hər şeydən əvvəl türkük.

Vetendash 2021-07-22 18:04:33

Azerbaycan xalqini yeyib talayan adamnan ne gozleyirsiz? 1 nomreli xalqin dushmenidi. Avropada shirketleri var gadin sherikleri ile

Aborigen 2021-07-22 17:47:49

Əzəmətli şeyximizin səyi və zəhmətidir ki, son 20 ildə mübarək Ramazan ayını demək olar ki 29-dan hesablayırıq. Bir gün də qənimətdir. Böyük şeyximizin bizə olan məhəbbətindəndir ki, cavanlığı bir az elə-belə olan bəzi qadınları mollalıq edir. Maşallah! Böyük şeyximizin təyyarəsindən çıxan çaxır çəlləkləri göstərdi ki, dinimiz, imanımız və təriqətimiz etibarlı əllərdədir və heç kim bizim inancımıza zərər verə bilməz. ....

JJ 2021-07-22 17:41:24

Bu hemishe Iranin qulu olub

Roma 2021-07-22 16:46:39

Mən məqalənin müəllfinə çox sağ ol deyirəm və Allaqhşükür Paşazadənin Türkiyə ilə İran rəhbərliyinə eyni səviyyədə hörmətlə yanaşmasına pis baxıram. Burada 2 variant vardır, ya o bu dövlətlərin Qarabağ müharibəsində göstərdikləri dəstəyi başa düşmür ya da bilərəkdən nala-mıxa vurur, hər 2 halda bu ya hiyləgtərlik və ya nadanlıq kimi başa düşülməlidir. Məncə o 1-ci varianta xidmət edir...

Son yazılar