ŞEYXİN ƏNDAZƏNİ AŞAN İRAN SEVGİSİ – Qələbəmiz üçün kiminsə fətvasına ehtiyacımız vardımı?

“Dədə Qorqud” filmində maraqlı bir epizod var. Qazan Xan düşməninə qalib gələndən sonra Alp Aruz başının dəstəsilə guya köməyə gələrək deyir ki, tonqalları görüb, sənin yardımına yetişdik. Hansı ki, savaş artıq bitmişdi. Əslində isə Aruz bütün savaş dövründə kənarda dayanıb kimin qalib gələcəyini gözləyirdi və heç də Qazan Xanın qələbəsini arzulamırdı. İranın 44 günlük müharibədən sonra Azərbaycana ünvanladığı ismarıclar da buna bənzəyir. Azərbaycanın “yandırdığı tonqallar” dünyanın dörd bir yanında görünəndən sonra, “qulağımızın dibindəki” Tehran ünvanımıza “xoştəhər” ismarıclar göndərməyə başladı.

İranın 30 il ərzində istər Qarabağdakı separatçılara, istərsə də Ermənistana hər cür yardım, dəstək göstərməsi, heç vaxt Azərbaycanın haqq mübarizəsini birmənalı olaraq dəstəkləməməsi, hətta işğal altındakı ərazilərimizdə Azərbaycandan icazə almadan müxtəlif işlər görməsi, Şuşa məscidinin “fars məscidi” elan olunaraq təmir etdirilməsi, 44 günlük müharibədə Azərbaycanın qələbə çalmasından sonra isə ölkəmizə səmimiyyətdən uzaq “dəstək bəyanatları” səsləndirməsi istər-istəməz “Dədə Qorqud”dakı həmin səhnəni xatırladır... 

Ancaq İran rəhbərliyindən soruşan lazımdır ki, bu 30 illik işğal dövründə hardaydılar, Azərbaycanın haqqı tapdanan, ərazisi işğal olunan tərəf olduğunu görmürdülərmi? Paşinyanın ilk dəfə məhz İranda “Qarabağ Ermənistandır” şüarını irəli sürməsinə niyə imkan verirdilər? Özünü islam aləminin lideri və müdafiəçisi sayanlar niyə susurdular? Niyə ermənilərin işğal altındakı ərazilərimizdən İrandan keçməklə gen-bol istifadə etməsinə imkan verirdilər? Niyə Qarabağdakı ermənilərin İranda işləməsinə şərait yaradırdılar, onlarla hər cür ticarət əlaqəsi qururdular? Niyə Ermənistanı haqq etdiyi blokadadan çıxarmaq üçün dəridən-qabıqdan çıxırdılar və indi də çıxırlar? Niyə 30 il ərzində İranın iştirakı ilə işğal olunmuş ərazilərimizdə kənd təsərrüfatı işləri aparılırdı? Niyə İran 44 günlük müharibə dövründə böyük ehtimalla hərbi təyinata malik olan yüklərin öz ərazisindən Ermənistana daşınmasına imkan yaradırdı?

Ümumiyyətlə, İrana bu qəbildən veriləcək suallar çoxdur. Yeri gəlmişkən, Ermənistana və xüsusilə hələ də nəzarətimizdə olmayan Qarabağdakı ərazilərimizə bu gün də İran maşınları müxtəlif təyinatlı yüklər, yanacaq daşımaqdadırlar. Bəs bütün bunların fonunda Xameneinin “Qarabağ islam torpağıdır” kimi ikibaşlı fətvasını, yaxud İranın yeni Prezidentinin Qarabağla bağlı Azərbaycana “təbrik məktubunu” necə başa düşək?...

Ümumiyyətlə, İranın Azərbaycan siyasəti heç vaxt səmimiyyətə söykənən dəstək siyasəti olmayıb. Bunu Ermənistanda da yaxşı bilirlər. Təsadüfi deyil ki, ermənilər az qala Rusiyaya, Fransaya güvəndikləri qədər də İrana güvənirlər. Əgər fikir vermisinizsə, İranın yeni Prezidentinin Azərbaycana ünvanlanan işğal edilmiş torpaqların azad edilməsi münasibətilə təbrikinə Ermənistan heç bir mənfi reaksiya vermədi, hansı ki, bunu edən digər ölkələrə dərhal nota verilir, səfirləri XİN-ə çağırılırdı. Bəs niyə İrana qarşı bu addım atılmadı? Çünki ermənilər yaxşı bilir ki, Azərbaycana münasibətdə İranın sözü ilə əməli heç vaxt üst-üstə düşmür. Eynilə İran tərəfindən Ermənistana verilən dəstək də göz qarşısındadır. Bu səbəbdən İranın Azərbaycana az-çox dəstək bəyanatları İrəvanı qətiyyən narahat etmir...

Təbii ki, qonşu ölkə kimi İranla normal münasibətlərə can atmağımız vacibdir. Lakin bu münasibətlər səmimi, gerçək əsaslar üzərində qurulmalıdır, Azərbaycana dini məzhəbçiliyin yeridilməsi, suverenliyimizlə bağlı ikibaşlı bəyanatlar, sərhədlərimizin daim narkoticarətin hədəfinə çevrilməsi, ölkəmizə mümkün qədər narkotik vasitələrin yayılmasına şərait yaratmaq cəhdi və s. bu kimi əməllərlə yox.

Təəssüf ki, İranın məlum dairələrinin Azərbaycana bəzi hallarda mənfi təsirinə ölkəmizin öz daxilindəki müəyyən qüvvələr də şərait yaradır. Bunların adını “5-ci kolon” qoysaq, istər-istəməz onun başçısı kimi təsəvvürümüzdə Allahşükür Paşazadənin siması canlanacaq. Baxmayaraq ki, əslində Tehrana yönəlik yuxarıda sadaladığımız sualları İran tərəfinə ünvanlamalı olan bir nömrəli şəxs də məhz A.Paşazadə olmalıdır. Lakin o, nəinki bu sualları dilinə gətirmir, əksinə, bir sıra davranış və açıqlamaları ilə özü barəsində Azərbaycan cəmiyyətindəki şübhələri daha da qüvvətləndirir. Onun son günlərdəki davranışları və əndazəni aşan siyasi açıqlamaları da bu qəbildəndir və yenidən Azərbaycan xalqı və dövləti üçün çox aydın siqnallar ötürür. Bu siqnallar ondan ibarətdir ki, “Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” deyəcək qədər ziyanlı bir siyasi mövqe sərgiləyən, özünü qonşu ölkənin mollası kimi aparan bir şəxsin Azərbaycanda əsas və ən böyük rəsmi dini quruma rəhbərlik etməsi, əslində böyük təhlükə və strateji xətadır...

Sual olunur: Hansı məntiqlə rəsmən Azərbaycanın dini lideri sayılan (reallıqda təbii ki, belə deyil –C.M.) şəxs hansısa digər ölkənin dini rəhbərinin ikibaşlı fətvasını əlində bayraq etməli, minlərlə şəhidimizin, qazimizin, bütünlükdə xalqımızın və dövlətimizin qələbəsinə, zəhmətinə, qanına kimlərisə şərik, calaq etməlidir?! Hamıdan əvvəl A.Paşazadə bilməlidir ki, Azərbaycanın nə İranın, nə İraqın, nə Səudiyyə Ərəbistanının, nə də hansısa başqa bir ölkənin dini rəhbərinin fətvasına ehtiyacı yoxdur! Və biz bu qələbəmizi kimlərinsə fətvası yox, öz gücümüz – Ali Baş Komandanın iradəsi, komandirlərimizin hərbi fəhmi və vətənpərvərliyi, əsgərimizin rəşadəti sayəsində, yəni canımız, qanımız bahasına, bir də həqiqi dost və qardaşlarımızın hərtərəfli dəstəyi hesabına əldə etmişik!

Ümumiyyətlə, Xameneinin heç vaxt Qarabağa dair Azərbaycana açıq dəstək fətvası, bəyanatı da olmayıb axı. Yalnız müharibə bitəndən, Azərbaycanın birmənalı qələbəsi qeydə alınandan, Ermənistanın diz çökdüyü, heç bir ciddi beynəlxalq dəstəyə malik olmadığı üzə çıxandan sonra Azərbaycanın ünvanına “gah nala, gah da mıxa” xarakterli qulağa xoş bəyanatlar verilməyə başlandı. Hansı ki, hətta müharibə dövründə də İranın daha çox Ermənistana dəstəyi hiss olunurdu, nəinki Azərbaycana.

Təkcə onu qeyd etmək kifayətdir ki, İranın rəsmi mətbu orqanları 44 günlük müharibə dövründə guya Azərbaycan tərəfdə suriyalı yaraqlıların döyüşdüyünə dair gecə-gündüz saxta məlumatlar yayır, təbliğat aparırdılar. Bəlkə bundan Allahşükür Paşazadənin göylərə qaldırdığı Xameneinin xəbəri olmayıb?...

Nəhayət, A.Paşazadənin uzun illərdir davam edən və artıq bütün əndazələri aşan iranpərəstliyinə gəlincə - onun üçün qonşu ölkənin dini rəhbərləri bu qədər əziz və müqəddəsdirsə, bu qədər onlara sitayiş edirsə, o zaman kreslosuyla vidalaşıb, Azərbaycandakı və xaricdəki hansı yollarla qazanıldığı məlum var-dövlətini, biznesini, malikanələrini xalqa qaytarandan sonra gedib İranın əyalətlərinin birində mollalıq etsin.

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2021-08-09 12:07:54

ermənilərin işğaldakı ərazilərdə olan məscidlərdə donuz saxlamaları, mülkü əhalini qırmaları, işğaldakı ərazilərdəki tikililəri son daşınadək söküb aparmaları,həmin ərazilərdə təbii sərvətlərin tar-mar edilməsinin bir fətva ilə həll olunmasını həşəmətli şeyximizin "yüksək səviyyədə" qabartması onun "Vətən sevgisinin" göstəricisidir...

Firuz 2021-07-29 12:28:19

Butün burada yazılan məlumatlardan da artığını bizim DTX bilməmiş deyil.bəs belə halda məsələyə hökumətin yanaşması,paşazadəyə hörmətli bir şəxs kimi hörmət edilib,başda oturdulması necə anlaşılır?Bu 5-ci kolon niyəaşkarlanmır? f

Aborigen 2021-07-24 20:14:10

İranda 40 milyondan çox Azərbaycanlının yaşaması, bizdən mütləq mənada İranla dost olmağı tələb edir və biz də bu istiqamətdə irəliləyirik. Ancaq “əzəmətli” şeyximizin bu hərəkəti buna xidmət etmir. Ona görə ki, müstəqilliyimizi əldə edəndən sonra bizə düşmən olan millət və dövlətlərin təzyiqinə qarşı ölüm-dirim savaşı apardığımız bir dövrdə bu insanın dinimizə və mənəviyatımıza vurduğu yaralar hələ uzun müddət bizə rahatlıq verməyəcəkdir. Onun sözü gedən deyimi riyakarlıq və hiyləgərliklə Vətən müharibəsindəki möhtəşəm qələbəmizin dəyər və qiymətinə yapışdırmaq istədiyi, ancaq heç vaxt yapışmayacaq bir çirkabdır. Mən belə hesab edirəm ki, bu insan günahlarımıza görə ALLAHIN bizə verdiyi cəzadır. Böyük Yaradan günahlarımızdan geçsin! Amin!!!

Sabir Rehimbeyli 2021-07-24 04:45:07

Hökumət niyə bunlari gormur?

Mehman 2021-07-24 04:44:00

Polshada allahshukur polyak gadinla sherikli biznesi var . Bu adam nece dini lider ola biler?

Shamil mellim 2021-07-24 04:42:31

.... Avrupada xristian kadinlarla ruspu biznesi var.

Aşkaranə 2021-07-24 02:04:08

Allahşükürün limitini çoxdan bitdiyinə,onun fırıldaqlarına göz yumulur?

Niyaməddin 2021-07-24 01:25:46

Cəlal bəyə çox böyük təşəkkür edirik, minnətdarıq! Cənab prezidentdən artıq dərəcədə xahiş edirik ki, bunu bir şəkildə rədd eləsin və həbsə göndərsin!

Veteran 2021-07-24 01:20:50

Molla Sadıx hazırlaş, növbə sənin və dələduz mollalarınındır. Məkkədə ki obyektlərini dövlətə təhvil verməyin vaxtı çatdı.

Alı 2021-07-23 22:09:14

Cəlal bəy, Allah Mirzə Ələkbər Sabirimizi rəhəmət etsin! "Hələ Siz bildiklərinizin onda birini yazmayırsınız"!!1 Bu bioloji rini yazmayırsınız" !!!O isə istəsə belə...Xalqımızı eşidə bilən deyil... onu ancaq və ancaq öz biznesi maraqlandırır....Ölkəmizdə bu tip adamların

Vahid 2021-07-23 20:07:51

Paşazade artiq bitmişdir.Getmelidir.

turan 2021-07-23 20:02:51

Mən başa düşmədim gərək bu adam İran vilayətlərinin birində mollalıq eləməlidir ki, hansı yolllarlasa qazanıldığı var dövləti xalqa qaytarsın?

Nəbi 2021-07-23 19:21:20

Allahşükürə iran sevgisi vacibdir, çünki o heç vaxt Türk sevgisi qazana bilməmişdir və bilməyəcəkdirəmişdir

Cavan 2021-07-23 17:59:49

Hələ 1981 -ci mən ali məktəbdə oxuyarkən çox hörmətli müəllimlərdən biri bizim qarşımızda Paşazədənin KQB-nin polkovniki olduğunu bildirdi.Cəlal Məmmədova həmişə olduğu kimi vətəndaş mövqeyini bildirdiyinə görə təşəkkürümü bildirirəm.İrandakı türk qardaşlarımızın Qarabağ müharibəsi vaxtı İran fars rejimi tərəfindən Ermənistana göndərilən hərbi yüklərin qarşısını almaq üçün özlərini sipər etdiklərini Paşazadə görməyibmi.Onu tərifləyənlər Sizin kimə qulluq etiyiniz xalqa məlumdur.Müharibə vaxtı İsrail dövləti Azərbaycana köməklik etdi buna görə sağ olsunlar.

Araz 2021-07-23 17:39:11

İrandan bizə narkotikdən başqa heçnə gəlmir. İranı tərifləyənlərə bu xidmətinə görə tümen-real verən rəisləri arazın o tayından bizim məscidlərdə donuz saxlayan dostlariniz erməniləri görmürdülər.”Darıxma çox az qalıb” Allahın izni ilə Azərbaycan Dövləti daha da böyük qələbələr qazanacaq,həmd yalnız Allahadır.

oxucu 2021-07-23 16:45:13

Moskvada KQB Arxivi var , indi bu Arxive Rusiya FSB NEZARET EDIR , rehberi Patrushevdir . Bu Arxivde , KQB agenti A . Paşazadənin DOSYE " ДЕЛО Nr. ...... " papka - qovluq var ve KQB agenti A. . Paşazadənin BUTUN " ......... fealiyyeti " barede GENISH , CHOX SAYLI MELUMATLAR VAR ......... , A. . Paşazadə , hemchinin IRAN KESHFIYYATI - nin agentidir . Bu " adam " indiki zamana qeder , ANLAMIR VICDAN SOZUNUN MENASINI , bu barede , INTERNETDE melumat var idi .

t.ədalət 2021-07-23 14:22:04

Ümumiyyətlə,şexülislamlıq ləğv edilmədi.Bu vəzifə Rusiyanın Qafqazı işğalından sonra çar Rusiyasının arzusu ilə yaradılıb.Məqsəd regionun işğal altında saxlanılmasını asanlaşdırmaq idi.İndi biz,bu lüzumsuz təşkilatın ləğvi barədə "fətva"nın verilməsinə nail olmalıyıq.Paşazadənin timsalında bir Fransa səfirini saxlamaq lazımdırmı?C.Məmmədovun bu yazısı problem haqqında vaxtında yazılmış məqalədir.İslam dininə rəxnə salan bu qurumun fəaliyyəti dəırhal dayandırılmalıdır.

Son yazılar