BAKI BƏYANNAMƏSİNƏ QARŞI MOSKVADA NİYƏ HARAY-HƏŞİR QALDIRILDI? – “Rusiya üçüncü Ermənistana çevrilib...”

Kommunist rejimlərinin ümumi xarakterik cizgilərindən biri də onların xüsusi sevimli jurnalistlərinin, siyasi icmalçılarının olması idi. Bu favoritlər hökumət məmurlarının söyləyə bilmədiklərini dilə gətirə, diktatorlarla birlikdə nahar edə, yay məzuniyyətlərində onların bağ evlərinə baş çəkə bilərdilər.

Sovet İttifaqında, Çində, Kubada və bütün Şərqi Avropada belə olub. İndi onların yerini “imtiyazlı qruplar” tutub. Cansıxıcı partiya rəhbərlərini “diktator-populist” tiplər əvəzləyib. İndi bu siyasətçilərin ruporu jurnalistlər yox, dövlətin adından danışa biləcək etnik qruplardır. Əlbəttə, elə hallar olur ki, diktatorların kimliyindən asılı olmayaraq, onların da ictimai dəstəyə ehtiyacları yaranır.

Məsələn, əgər Çində uyğurlar ikinci sinif xalq hesab edilirsə, etnik hanlar əksinə, orada müasir dövrün ən imtiyazlı etnik qrupudur. Rusiyada isə ermənilər istər sovet dövründə və istərsə də indiki dövrdə imtiyazlı etnik qrupdur. Hazırda Rusiya praktiki olaraq Ermənistanın beynəlxalq arenadakı hamisi və həm də, sanki onun dünya siyasətindəki təmsilçisidir.

Türkiyə, Azərbaycan və Pakistan arasında imzalanan Bakı Bəyannaməsinə qarşı Moskvada qaldırılan haray-həşir də bunun növbəti nümunəsi idi.

Əlbəttə, Rusiya hökuməti və prezident administrasiyası bu bəyannamənin əleyhinə bir kəlmə də mənfi fikir söyləməyib. Əgər biz Moskvadakı beyin mərkəzləri deyilən təşkilatları və oradakı erməni araşdırmaçı ekspertlərin və jurnalistlərin reaksiyasını diqqətə alsaq, onda bunu “haray-həşir” adlandırmamaq mümkün deyil.

Parlament sədrləri səviyyəsində imzalanmış bu bəyannamə üç ölkə arasında daha intensiv əməkdaşlıq vəd edir. Amma Rusiyanı üçüncü Ermənistana çevirən (ikinci Ermənistan ABŞ-dır) lobbiçi təşkilatlar yalan xəbərlər yaymağa başladılar.

Bu bəyannamənin imzalanması mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun guya, üç ölkə arasında vahid ordunun yaradıdığını dediyinə dair həqiqəti əks etdirməyən məlumatın yayılmasının ardından gələn şərhlər karvanına erməni assosiasiyaları və təşkilatları ilə yanaşı Rusiya KİV-ləri də qoşuldu.

Türkiyəndən bunun yalan olduğuna dair verilən açıqlamalar bir neçə gündən sonra öz bəhrəsini verdi, lakin yalan xəbərlər və onun əsasında qurulmuş şərhlər birinci səhifələrdə artıq özünə yer tapmışdı. Bunun təkzib olunması isə daxili səhifələrin kənar köşələrində verilmişdi.

Bu, Rusiyadakı erməni lobbisinin ictimai fikri formalşdırmasına dair birinci əməliyyat deyil. Düzdür, Putin və onun nazirləri bu məsələyə münasibət bildirmədilər. Ancaq ən pisi odur ki, bu xora Rusiyanın bəzi rəsmi şəxsləri də qoşuldular.

Dağlıq Qarabağdakı işğalın dayandırılması üçün qurulmuş üçtərəfli komissiyanın üzvləri olan Rusiya və ABŞ 30 il ərzində bu istiqamətdə heç nə etməyiblər. Onu da xatırladaq ki, üçtərəfli komissiyanın digər üzvü olan Fransada da çox güclü erməni lobbisi var.

Hazırda Türkiyə, Azərbaycan və Pakistan vahid bir ordu qurmasalar da, hər halda “Çommonwelth”(Millətlər birliyi) kimi qardaşlıq həlqəsi yaradacaqlar. Əlbəttə, üçüncü Ermənistanın varlığına baxmayaraq.

“Milliyet” - Türkiyə

Hazərladı: Vaqif Nəsibov 

635x100

Şərhlər

Roma 2021-08-06 11:58:45

Dünyada Rusiya kimi ikibaşlı siyasət aparan 2-ci bir dövlət yoxdur. Yer kürəsi ərazisinin 8-də biri, əhalisinin isə 60-dan biri Rusiyanan payına düşür və dünya dövlətlərinə hərbi silah-sursat satışı bəzilərinə qorxu gələrək həm silah-sursat həm təbiisərvətlərinə şərik çıxaraq hamını qorxu həyəcan içində saxlamaq üzrə Rusiya analoqu olmayan dövlətdir...O ki qaldı ermənistana, o rusiyanın çaldığı havaya oynayandır, öz siması olmayan bir fahiçə...

Veteran 2021-08-06 11:40:37

TURAN birliyidə,TURAN ordusuda,TURAN parlanetidə,yaradırıq.Mərkəzidə, BAŞ ofisi də Azərbaycanda-SUSADA olacaq.BMT-də Təhlükəsizlik Surasının üzvü də olacağıq.Əcəb edəcəyik.Nə RUS kopəklərindən ,nədə onların caqalları olan olan dığalardan,nə də qoluboy Fransadan rəyi alınmayacaq.

Son yazılar