“PREZİDENTLİYƏ NAMİZƏD OLSA, TƏƏCCÜBLƏNMƏRƏM...” – Deputatla Agentlik arasında qalmaqal böyüdü

"BNA (Bakı Nəqliyyat Agentliyi-red) qədər vətəndaşı soyan ikinci bir qurum yoxdur. Bu qurum şəhərdə lazımi infrastruktur yaratmayıb, yolun yarısını avtobuslar üçün nəzərdə tutub, amma vətəndaş tıxacda qalır. Necə yəni, onların vaxtı dəyərli deyil? Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan? Üstəlik də, hər gün minlərlə nəqliyyat idarə edən Azərbaycan vətəndaşı müəmmalı şəkildə qeydiyyat aparan kameralar vasitəsi ilə cərimələnir və haradasa ölkədə boynunda cəriməsi olmayan vətəndaş tapmaq çətindir. Hamımız bilirik ki, pandemiya dövründə vətəndaşların gəlirləri xeyli azalıb, insanlarımız yoxsullaşıb, məşğulluq səviyyəsi də aşağı düşüb".

"AzPolitika.info" xəbər verir ki, bunları deputat Fazil Mustafa sözügedən qurumu tənqid edərkən deyib. Millət vəkili, 44 günlük savaşda canı, qanı, malı ilə böyük fədakarlıq göstərmiş vətəndaşların hər gün şəhərdə iki dəqiqə avtomobilini saxlamaqla böyük bir cərimə yükünü öz boynuna götürməli olduğunu vurğulayıb: "Üstəlik də, avtobus yollarının digər nəqliyyat vasitələrinin yolunu daraltmaq hesabına zolaqla ayrılması da şəhərdə lüzumsuz tıxacların yaranmasına səbəb olur. Bütün bunların ağrı-acısını onsuz da yoxsul vəziyyətdə olan vətəndaşımız çəkməkdədir. Bu, həm də 44 günlük savaşda qələbəmizin memarı olan ölkə Prezidentin apardığı siyasətə qarşı narazılıq elementlərinin armasına səbəb olan ciddi amillərdən biridir".

BNA-dan deputata sərt cavab və ittihamlar

BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev Fazil Mustafanın tənqidlərinə sərt reaksiya verib. O, deputatın Agentliyin ünvanına səsləndirdiyi tənqidləri qərəzli və subyektiv fikirlər adlandırıb. Eyni zamanda vurğulayıb ki, bu cür əsassız fikirlər dövlət başçısının tapşırığına əsasən vətəndaşların rahatlığı üçün şəhər nəqliyyat sistemində görülən tədbirlərə kölgə salır, ictimaiyyətdə çaşqınlıq yaradır: "Deputat açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ünvanına açıq ittiham irəli sürüb ki, bu da ağ yalandır və həqiqəti əks etdirmir. Millət vəkilinin avtobus zolaqlarına qarşı səsləndirdiyi fikirlər isə ümumiyyətlə heç bir məntiqə sığmır. Bu zolaqların təşkilində məqsəd gündəlik ictimai nəqliyyat istifadəçisi olan və sayı iki milyondan artıq olan insanların hərəkət imkanlarını asanlaşdırmaqdır. Onların rahat, maneəsiz və təhlükəsiz gediş-gəlişini təmin etməkdir. Bu səbəbdən də bir millət vəkilinin ona mandat verən vətəndaşların rahatlığı üçün yaradılan şəraitə qarşı çıxması, məqsədli şəkildə tənqid etməsi təəccüb doğurur".

Mias Ağayev sonda millət vəkilinə şəhərdə piyada gəzməyi və ya ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib. "Yalnız bu halda Fazil Mustafa ötən beş ildə şəhər nəqliyyatının ayrı-ayrı istiqamətləri üzrə görülən infrastruktur işlərinin əyani şahidi ola bilər", - deyə BNA təmsilçisi qeyd edib.

"Kürdəxanıdakı korrupsionerlərin yanına getməyi tövsiyə edəcəklər..."

Fazil Mustafa isə M.Ağayevin bu cavabına sosial şəbəkədə paylaşdığı yazı ilə cavab verib: "... Bu irad və ittihamları səsləndirməkdə məqsədimiz var və əsas məqsədimiz də Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimə oyunbazlığı vasitəsi ilə sürücülərin kütləvi şəkildə soyulmasının qarşısını almaqdır. Qurumun rəhbərliyi və bütün kollektivi adından mənə şəhərdə piyada gəzmək və ictimai nəqliyyatdan istifadə etmək tövsiyə olunur. Burada, əlbəttə, tövsiyənin hər iki variantından aydın olur ki, qurumun rəhbəri kimi onun mətbuat xitmətinin rəhbəri də sadəcə savadsızdır...

Hər kəs bilir ki, mənim, ümumiyyətlə sürücüm yoxdur və şəhərdə avtomobilimi özüm idarə etdiyimdən sürücülərin BNA soyğunçularının əlindən nələr çəkdiyini çox yaxşı bilirəm...

Sadə bir cümləni qura bilməyənlər bir yerə yığışıb Bakı nəqliyyatını da beləcə iflic vəziyyətə salıblar. Mətbuat xidməti rəhbərinin bu tövsiyəsinin etik tərəfinə gəlincə, açığı anlaşılan budur ki, vətəndaşların kütləvi soyulması hesabına yığılan cərimələrin əhəmiyyətli hissəsi bu qurumun hesabına keçirilir. Demək ki, nə qədər vətəndaşın boğazından kəsilən pul çox olarsa, bu qurum və onun rəhbəri daha çox varlanacaq... 

Bu qurumun belə bir iddialı rəhbəri bu minvalla 2025-ci ildə özünün prezidentliyə namizədliyini versə, qətiyyən təəccüblənmərəm!... 

Bakı Nəqliyyat Agentliyi adından verilən uğursuz açıqlamada diqqət çəkən əsas məqam isə başqadır. Bu açıqlamada hər şeydən danışılıb, "ağıllı" tövsiyələr verilib, ancaq vətəndaşları zinhara gətirmiş cərimələrdən, onların əsassızlığından, onların vətəndaşı ölkə rəhbərliyindən narazı salmağından bircə kəlimə də olsun danışılmayıb. Açığı, burada hiyləgər gedişi etiraf etmək lazımdır. Ancaq hiyləgər olmaq hələ ağıllı olmaq mənasına gəlmir. Ölkə Prezidentinin vətəndaşa layiqli xidmət etmək niyyəti ilə yaratdığı Bakı Nəqliyyat Agentliyini Bakı Nəqliyyat Soyğunçuluğu Agentliyinə çevirdiyiniz üçün vətəndaşların məhkəmələrə kütləvi şikayətləri başlasa və sizlərə qarşı vurulmuş mənəvi və maddi ziyana görə kompensasiya tələbləri çoxalsa, əmin olun ki, Kürdəxanıda korrupsioner dostlarınızın yanına hansı formada getməyi millət vəkilləri hamınıza dəqiqliklə tövsiyə edəcəklər".

Etibar Əliyev: "İnanmıram, kimsə BNA-nın fəaliyyətindən razı qalsın"

Deputat Etibar Əliyev də Mais Ağayevin Fazil Mustafaya cavabının heç bir əndazəyə sığmadığını bildirib. O, qeyd edib ki, kiminsə BNA-nın fəaliyyətindən razı qalmasına inanmır: "Fərz edək ki, biri özünü pis hiss edir, qan təzyiqi yüksəlib. Adam bunların qorxusundan aptekin yanında maşın saxlayıb, dərman ala bilməz. Avtobusların hərəkətinə gəldikdə isə, bunun üçün uzağa getməyə ehtiyac yoxdur, 20 Yanvar, Neftçilər metrosunun ətrafını, Sabunçu və Suraxanı rayonlarındakı acınacaqlı və xaotik vəziyyəti müşahidə etmək kifayətdir. Millət vəkilinə şəhərdə piyada gəzməyi tövsiyə edən mətbuat katibinin özü bunu edibmi? Etsəydi, vəziyyəti görərdi və belə kobud cavab verməzdi. İnsanların hərəkəti üçün səkilər yoxdur. Səkilərdə maşınları park edirlər. Maşınların arasından keçmək mümkün olmadığından, vətəndaş asfalta düşür və bunun nə qədər təhlükəli olduğunu yəqin ki, Mais Ağayev bilmir".

Sahib Məmmədov: "Cərimə olmasa, şəhərdə hərəkət mümkün olmayacaq"

BNA yanında İctimai Şuranın üzvü Sahib Məmmədov isə bildirib ki, Agentliyin ən çox cərimə etdiyi sürücülərdən bir də odur: "Amma inanın, onların cəriməsi olmasa, şəhərdə hərəkət mümkün olmayacaq. Problem BNA-lıq deyil axı... Şəhərdəki parklama yerlərini BNA idarəçiliyinə verməlidirlər. Amma vermirlər. Naməlum bir qrup qanunsuz olaraq pulları toplayır. O naməlum şəxsin adını öyrənmək çox asandır. Amma çətin ki, o şəxs barədə kimsə əks fikir yazmaq fikrinə düşsün. Problem şəhər icra hakimiyyətindədir və tənqid obyekti əsas onlar olmalıdır. Bu məsələdə BNA tənqid olunmalıdırmı? Bəli, ancaq ən axırıncı tənqid olunası qurum BNA-dır".

"AzPolitika.info"

635x100

Şərhlər

Rəhman Rzayev 2021-08-11 15:15:22

Fazil bəyə təşəkkür edirəm, ona mandat verən mənim kimi seçicilərin hər gün rastlaşdığı problemin həlli istiqamətində müvafiq qurumlara fəaliyyətlərindəki qüsurları izah etməyə çalışır. Fazil bəy Millət Vəkilidir, eyni samanda siyasi partiya rəhbəridir, eyni zamanda hüquqşünasdır, nə dediyini, necə dediyini, kimə dediyini yaxşı biləndir. Qananlar qanır, qanmayanları isə bu tonda qandırmaq lazımdır.

GƏNCƏ 2021-08-11 11:32:37

Bu naxırçıların əksəriyyəti bir rayonun "yüksək" dərəcəli,hozu qanunları ilə işləyən "təcrübəli"üzəduranlardır .Bunlar həyasızlıqda QAİ işçilərini ötüb keçiblər.

Rəşad 2021-08-11 09:15:25

5-ci kalona xidmət edən qurumdur!! Səlahiyyətləri ikibaşlıdır.dünyanın heç bir yerində hansısa nəqliyyat agentliyi insanları cərimə edib pul yığa bilməz!! Hər bir pul ianə yığan qurum şəffaf olmalı hesabat verməli gəlirlərini açıqlamalı ən əsası insanlara xidmət etməlidir.

Quliyev 2021-08-11 07:55:27

Fazil bey haqliydir.BNA is metodu ancaq cerimeden ibaretdir.

Vətənoğu 2021-08-11 01:18:18

Lotu qaqa Vüsal bəy bütün tənqidçilərini pul ilə bağlayır. Yəqin bu səfər də belə olacaq

Niyaməddin 2021-08-10 23:57:45

Rədd edin bu lənətlənmiş BNA-nı. Allahsızlar, belə cərimələr qeyri-insani davranışlardır. Vicdansızlıqdır. Fazil Mustafa bəyə təşəkkür edirik, minnətdarıq.

vətəndaş 2021-08-10 19:22:16

hormetli azpolitika.info oxuculari - orta yashli , Bak i sakinleri , yadiniza salin 1962 - 1970 - ci illerde , Bakida YAXŞI IŞLEYIRDI TRAMVAY və TROLEYBUS PARKLARI . Sonralar " DIRIBAŞ DELEDUZLAR " SATDILAR TRAMVAY RELSLERINI və CHOXLU PULLARLA DOLDURDULAR " CIBIŞDANLARINI " ........., LEQV ETDILER TRAMVAY , TROLEYBUS SERNIŞIN DAŞIMALARINI ............, TRAMVAYLAR , TROLEYBUSLAR METAL LOM kimi , SATILDI........ , o zamanki Bak .Sovet - ə TABE idi Baki Şəhər Sərnishin Dashima Nəqliyyat Idarəsi , bu Idarə , YAL dNIZ ve YALNIZ , Baki Şəhərində , sərnishin dashiyan AVTOBUS PARKLARININ , TRAMVAY , TROLEYBUS PARKLARININ TEXNIKI , IQTISADI , YENI TEXNIKA , MUXTELIF TEMIR AVADANLIQLARININ , DEZGAH -larin ( STANOK - larin ) , DEQIQ, TEXNIKI - DIAQNOSTIKA STENDLERININ TETBIQINI və TEMIR EMALATXANALARINDAKI BUTUN TEMIR SEXLERININ ( TEMIR POSTLARININ ) EFFEKTIV FEALIYYETINI TEŞKIL EDIRDI , Avtobuslara , Troleybuslara , Tramvaylara, VAXTINDA TEXNIKI XIDMET GOSTERILIRDI ve TEMIZ , SANITARIYA TELEBLERINE UYQUN , MARŞRUTLARA BURAXILIRDI . Avtobus , Tramvay , Troleybus marshrutlarinda biletsiz sernishinleri cerime ede bilerdi YALNIZ ve YALNIZ kontrolyor - nezaretchi, VESSALAM . Baki sheherinin kuchelerinde ГАИ (DOVLET AVTOMOBIL INSPEKSIYA ) PATRUL XIDMET NEZARETI AKTIV FEALIYYET GOSTERIRDI ve AVTOMOBIL YOL HEREKET QAYDALARINI POZANLARA PROTOKOL YAZMAQA SELAHIYYETLI idi . Bu meqaleden aydin olur ki , BNA Bakida HOQQABAZLIQ TOREDIR ve OZ IŞI ile MEŞQUL OLMUR , chunki , " CIBIŞDAN " DOLDURMAQ , ESAS MEQSED OLUB.............Bu BIABIRCHILIQDIR Bakida . Avropada TRAMVAYLAR , TROLEYBUSLAR RAHAT IŞLEYIR ve INSANLAR TEMIZ HAVA ile NEFES ALIRLAR , chunki , HAVAYA ZEHERLI QAZLAR BURAXILMIR .

A.Məmmədov 2021-08-10 18:33:56

Millət vəkilinə bu cür cavab yol verilməzdir! Küçələri əlində bir parça taxta olan pul yığanlarla doldurublar. Manatı verib bu cür dayanacaqlarda maşın saxlayırsan, bir müddətdən sonra bu dayanacaqlarda maşın saxladığına görə cərimə gəlir. BNA soyğunçunun yekəsidir! Millət vəkili haqlıdır!

VIDADI GOYCE 2021-08-10 17:46:06

HORMETLI TELEBE YOLDASHIM SAHIM BEY DEYILENLER TAM HEQIQETDIR.HAVA LIMANINDAN GELIB KOROGLU METROSUNDA DUSHEN SERNISHINI MEN HARADA DUSHURTMELIYEM SAXLAYAN KIMI 20 AZN CERIME YAZILIR ,BU BNA LEGV EDIMELI YENI QURUM YARADILMALIDIR

t.ədalət 2021-08-10 17:31:49

BNA Bakı şəhər İH-nin bir idarəsinə çevrilməsə heç nə düzələn deyil.

ümid 2021-08-10 17:05:56

Nalum şəxs kimdi ki?

Arif 2021-08-10 14:17:14

BNA uzun müddətdən sonra nəhayət düzgün tədbirlər görməyə başlayan kimi tənqidçilər sıraya düzülüb. Hamı anlamalıdır ki, bütün meqapolislər də olduğu kimi, Bakıda da üstünlük piyadalara və ictimai nəqliyyata verilməlidir. Şəhərdə bu qədər fərdi avtomobil üçün sadəcə yer yoxdur…

Maks 2021-08-10 13:29:42

BNA və DYP vətəndaşların maddi vəziyyətini mütləq nəzərə alaraq fəaliyyətuni aparmalıdır

Veteran 2021-08-10 12:20:50

Fazil bəy Sizinlə tam razıyıq.

t.ədalət 2021-08-10 12:03:26

BNA öz vəzifələrini daha çox tərbiyəsiz üsulla aparır.Ən çox kobudluğu Qarabağ müharibəsi əlillərinə qarşı edirlər.Yoi qırağında dayanıb aptekə,yaxud mağazaya girən kimi cərimələr gəlir.Hətta iş o yerə gəlib ki,aylıq aldıqları dükan-bazarların və ofislərin qarşısını da cərimələrlə "mühafizə" edirlər.Ölkədə müharibə bitmədiyi bir vaxtda anti-vətənpərvərlik sərgiləyən BNA rəhbərliyi haqqında bir ölçü götürülməsinə ehtiyac var.

Vetendash 2021-08-10 11:43:07

BNA gardash yigib bizi bogaza

Son yazılar