“PAŞİNYAN TƏRƏDDÜD İÇƏRİSİNDƏDİR...” – Moskvada keçirilən üçtərəfli görüşdən gözləntilər

Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinləri Şahin Müstafayev, Mher Qriqoryan və Aleksey Overçukun iştirakı ilə üçtərəfli işçi qrupun növbəti iclası keçirilib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Məlumata görə, avqustun 17-də Moskvada keçirilən iclasda tərəflər Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini nəzərdən keçirib və üç ölkə liderinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində aparılacaq işlərin gedişini müzakirə ediblər.

Xatırladaq ki, iyunun 1-də üçtərəfli işçi qrupunun fəaliyyəti dayandırılıb. Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan İrəvanda jurnalistlərlə görüşü zamanı bəyan etmişdi ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətə görə Ermənistan hesab edir ki, bu formatda konstruktiv işləmək mümkün deyil.

Görüşü "AzPolitika.info"-ya şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, uzun fasilədən sonra üçtərəfli işçi qrupunun Moskvada toplanaraq kommunikasiya xətlərinin açılmasıyla bağlı müzakirələri davam etdirməsi hələ Ermənistan hakimiyyətinin məsələni uzatmayacağından xəbər vermir: "Ermənistanın Baş naziri Nikol Paşinyan bir tərəfdən deyir ki, Azərbaycanla dəhlizin açılması zərurəti yarana bilər, o biri tərəfdən Zəngəzur koridorunun əleyhinə olduğunu vurğulayır. Paşinyan tərəddüd içərisindədir. O, bir tərəfdən koridor vasitəsilə bölgədə sülhün bərpası istiqamətində önəmli addımın atılacacağını anlayır, digər tərəfdən, güzəştə gedən tərəf kimi görsənmək istəmir".

Politoloq hesab edir ki, Paşinyanın tərəddüdünü Moskva çözə bilər: "Rusiya 11 yanvar bəyanatının əsas bəndini əlində rəhbər tutaraq koridorun açılmasını təmin edə bilər. Ancaq problem ondadır ki, Rusiyanın özü də 10 noyabr və 11 yanvar bəyanatlarına sadiq deyil. Laçın dəhlizindən silah, hərbi texnika və hərbçilər Qarabağa keçir, Qarabağda qanunsuz postlar qurulur, erməni separatçıları mövqelərini gücləndirməyə çalışırlar. Rusiyanın bölgədə sülh quruculuğu ilə məşğul olmadığını Prezident İlham Əliyev də son müsahibəsində etiraf etdi. Ona görə də Moskvanın kommunikasiya xətlərinin açılması məsələsində də ikili oynadığına dair şübhələrim var. Ancaq Moskvada onu da anlamalıdırlar ki, erməni separatçıları mühasirədədirlər və İlham Əliyevin təlimatıyla Azərbaycan Ordusu bu mühasirəni daraltmağa çalışacaq. Ona görə nə qədər ki, növbəti müharibə başlamayıb, Moskvanın 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini təmin etməsi vacibdir. Yeni müharibə Ermənistan kimi Rusiyanın da maraqlarına cavab vermir. Biz isə istənilən varianta hazırıq. Növbəti mərhələdə Ermənistanın Azərbaycanla sülh sazişi və sərhədlərin müəyyənləşməsi məqsədilə danışqlara başlaması zərurəri yaranacaq. Biz istədiyimiz nəticələri əldə etmək üçün təzyiqlərimizi davam etdirməliyik".

“AzPolitika”

635x100

Şərhlər

Roma 2021-08-19 11:44:15

Ümumiyyətlə harda düzgünlük varsa, erməni ordan qaçır, ermənininki, fırıldaqdır, yalandır, şərəfsizlikdir. Sovet dönəmində ərazisi və əhalisi Azərbaycandan 2-3 dəfə az olmasına baxmayaraq büdcədən hər ikisinə ayrılma demək olar ki, bərabər idi. Təsəvvür edirsiniz bu nə deməkdir, Azərbaycan Rusiya və məncə Belarus müsbət ödəmədə idi yəni çox verib az alırdı büdcəyən, ermənistan tam dotasiyada idi, bundan başqa Azərbaycan Dağlıq Qarabağı da öz rayonlarından daha yaxşı saxlamalı idi...

SƏHV yanaşma 2021-08-18 18:49:23

Zəngəzur dəhlizi Ermənistanın güzəşti deyil və de fakto Azərbacanın və dəhlizi quranların Ermənistan əsaslı MADDİ-İQTİSADİ yardımıdır! Boş yerə hələ danışılmamış işləri qurcalamayın! Bu həm də Rusiyadan Türkiyəyə quru YOLdur!

Son yazılar