"AZƏRBAYCANDA RUSİYA KƏŞFİYYATINA SATILMIŞLARIN SAYI ÇOXDUR..." - "Rus məktəblərinin sayının artması bu satqınları ruhlandırır"

“Rusiya Göbbels rolunu Mariya Zaxarovaya həvalə edib və onun ultimatumları...” 

“Talibanın Kabulu tutmasından sonra Rusiya xarici siyasətini kifayət qədər aqressivləşdirib. Mərkəzi Asiya, Azərbaycan, Baltik ölkələri, İran, Ukrayna müstəqil ölkələrinə açıq aşkar təhdidedici mövqe tutub. Rusiya Hitler hökumətində Göbbels rolunu Mariya Zaxarovaya həvalə edib və onun ultimatumları bu dəqiqə zəncirni qırıb kimisə parçalayacaq təsirini bağışlayır”.

Bunu Azərbaycan Parlamentinin eks-spikeri Rəsul Quliyev özünün "facebook" səhifəsindən paylaşdığı yazıda deyib. 

Onun sözlərinə görə, Rusiya hətta Türkiyənin mövqeyinə də fikir vermir: Zaxarovanın axırıncı uıtimatumu: Biz Rusiya olaraq keçiriləcək Krım plotformasında iştirak edənlərlə xüsusi münasibət formalaşdıracağıq. Bu platformada iştirak edənlər Rusiyanın müstəqqilliyinə təhlükə doğurur və biz bu ölkələri Rusiyanın düşmənləri kimi qəbul edəcəyik”.

R. Quliyev sual edib ki, iqtisadiyatına görə dünyanın 10-cu yerində, neft və neft məhsulları (QAZ) nəzərə alınmasa 60-cı yerində dayanan Rusiya kimi hədələyir: “NATO-nun üzvü olan, dünyanın 2 və ya 3-cü ranqlı yerlərini tutmuş Avropa İttifaqını?! Ola bilər Göbbels də nəinki 1945-in yanvarında, hətta 1945-ci ilin martında Almaniyanın qələbə çalacağından danışırdı. Bu tipli ağıl sahiblərini sayaqlamaq üçün ortaya atıblar.

Məsələ ondadır ki, mən Putinin bütün çıxışlarına qulaq asıram. Çünki fikirləşirəm ki, ətrafından kimsə tapılacaq və ona, qərbi hədələməsinin heç bir əhəmiyyəti olmadığını izah edəcək.

Bu gün insan tələfatına getmək istəməyən NATO bir şey baş versə, Rusiyanı dağıtmaqdan çəkinməyəcək. ABŞ nüvə silahlı bomba atan təyyarələri Moskvanı viranəyə çevirər, heç o təyyarələrin birini də Rusiya vura bilməz. Son 10 ildə bir ABŞ təyyarəsinin vurulduğunu görsətsələr, mən sözümü geri götürərəm".

Rəsul Quliyev Azərbaycanda Rusiya kəşfiyyatına satılmışların sayının çox olduğunu iddia edib: "Azərbaycanda Rusiya kəşfiyyatına satılmışların sayı da istənilən ölkədən çoxdur. Rus məktəblərinin sayının artması sözsüz bu satqınları ruhlandırır və tezliklə qələbə çalacaqlarına inanırlar.

Ancaq bu xalqın dəmir kimi birləşmək qabiliyyətinin olduğunu unudurlar. Azərbaycanda bu rus agentlərinin sayını bizim kəşfiyyat bilməmiş olmaz. Onlar bunu heç gizlətmirlər və fəxr edirlər. Dünyada heç bir əhəmiyyəti olmayan rus dili öyrənməyin nə əhəmiyyəti ola bilər, bilmirəm. Bu dil Rusiyanın bazarlarında meyvə, göy-göyərti və başqa məişət şeyləri satmaq üçündür. 

Son müharibə azərbaycanlıların mərd və qorxmaz döyüşçülər olduğunu göstərdi. Ordunun zabitlərinin ön cəbhədə vuruşmaları və həlak olanların bir çoxunun zabit olduqları əsgərlərin əhval ruhiyyəsini qaldırıb. Qalib gələcəklərinə olan şübhələri aradan qaldırdı. Əgər müharibə istəmirsənsə müharibə etməyə həmişə hazır olmalısan nəzəriyyəsi bizim ordunun əsas devizi olmalıdır”.

635x100

Şərhlər

Eli 2021-08-25 16:11:06

Putin prezifent kimi yox ,KQB işçisi kimi ölkeye rehberlik edir yeni ağlı kesenden meşğul olduğu işle hereket edir yemi o eger ağıllı prezident kimi işleseydinrudlar yağ bal içınde üzmeli idiler eksine millet acından ölür ysşayış seviyyesi mğqayisede diger ölkelerle çox aşağıdır nu dz mğveqqetidir.Bir de bunların bğrün işleri”Blefdir”Ger şeyi zaman gösterecek.Sebrli olaq.Bu ruslar Dünyaya qTşı duruş getire bilmeyecekler ve dövlet çökecek.

Oxucu 2021-08-25 08:46:28

Yaxşıki bu sözləri ona yazılı şəkildə veriblər

Rəsul Quliyevə 2021-08-24 23:16:29

Rusiya-Azərbaycan münasibətinə KƏŞFİYYAT sözü heç də uyğun gəlmir! Axı, məktəblərdən daha dərin əlaqələri məmurlar qurur, dil və digər haqqların da verilməsiniməmurlar özü təblığ eib, edir də!

Kor gozlere 2021-08-24 15:41:01

Rus kesfiyyatinin agentura sebekesi sadece herbi arenada yox butun sahelere yerlesdirilib. Esasen siyasi sahede daha coxdur. GRU hele de cox hessas isleyir, esen her bir kulekden bunu hiss etmek mumkundur. Xususi istedada malik sexsler bunu daima askar ede biler. Dovletin esas diqqet yetirmeli sahe kadr teyinatlaridir. Cunki esas bu yolla verbovkalar davam edir. Merd, qorxmaz, savadli, milli, vetenperverler vezifeye teyin edilmelidirler. Bu cetin meqamda cenab Prezidente desteyi artiqmaq mutleqdir. Azpolitikadan xahis edirem

t.ədalət 2021-08-24 12:46:04

Biz Azərbaycan ordusunu ilk dəfə bərpa edəndə ətrafımıza toplaşan rusiya təhsilli zabitlərin çoxu Baş kəşfiyyat idarəsinin(QRU) casusları idi.Fikirləşirdik ki,İlahi düşmən ölkəyə xidmət edən inə qədər adam var?Rusiyaya casusluq edən zabvitlərin hamısını Putin mükafatlanbdırdı.....Biz rusiyada hazırlanmış zabitləri ordudan tam uzaqlaşdırmayana kimi ordumuzun etibarlılığına nail ola bilməyəcəyik.

Son yazılar