“SÜLHMƏRAMLILARA ULTİMATUM VERİLMƏLİDİR!” – “Onlar nə işə yarayırlar?”

“Biz torpaqlarımızda təxribat törədən erməni terrorçularını buraxdıq. Yalançı bir xəritəyə görə onları azad etdik. Hansı ki ermənilərin bizə verdiyi xəritələr yalandır".

"AzPolitika.info" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.

Deputat Ağdərədə əsir götürülən hərbçimiz haqda da danışıb: "Bizim müddətdən artıq xidmət edən MAXE-miz Gəncədəki xəstəxanadan çıxıb Ağdərəyə gedib. Ora necə gedib, bunu bilmirik, haqqında dəqiq bir məlumat yoxdur. Ağdərə Azərbaycan ərazisidir, yaxşı eləyib gedib, insandır da. Hər gün mətbuatdan oxuyuruq ki, kimsə azad olunmuş ərazilərə qanunsuz gedib. Həmin şəxsə neçə sutka iş verirlər. O da Ağdərəyə gedib. Hərbçimizi orada qandallayıb, barəsində cinayət işi qaldırıblar. Ən dəhşətlisi odur ki, onların qondarma “milli təhlükəsizlik xidməti” deyir ki, həmin hərbçi guya “arsax”ın sərhəddini keçib. “Arsax”ın sərhəddi var? Bu nə deməkdir? Rus sülhməramlıları hələ də susur. Onlar nə işə yarayırlar? Ən pisi budur, Müdafiə Nazirliyi deyir ki, onun haqqında cinayət işi qaldırmışıq. Nəyə görə cinayət işi açılır? Xəstəxananı özbaşına tərk etməyə görə cinayət işi açılır? Yaxud da Azərbaycanın hansısa bölgəsinə gedənlərə cinayət işi qaldırırlar? Bundan başqa, Rusiya sülhməramlılarının qarşısında ciddi məsələlər qoyulmalıdır, ultimatium verilməlidir. Ya işinizi görün, ya da çıxın gedin”.

Deputat deyir ki, Azərbaycan hərbçinin geri qaytarılmasını tələb etməlidir: “Qaytarmasalar, gedib onu azad etməlidirlər, Ağdərə öz ərazimizdir. Saxlanılan şəxs bizim vətəndaşımızdır. Müdafiə Nazirliyi belə çıxış etməli deyil ki, onun haqqında cinayət işi qaldırmışıq, ayıbdır, vallah ayıbdır”.

"AzPolitika.info"

635x100

Şərhlər

Aqil Abbasa 2021-08-29 11:24:48

Aql bəy,Siz Milli Məclisin deputatıınız və səlahiyyətiniz var ki,Məclisdə məsələ qaldrıb müzakirə açasnız və müvafiq Qərar qəbul edilməsinə çalışasınız.Bəs niyə bunu etmərsiniz! Bu çıxışın nə mənası vaer?

Niyaməddin 2021-08-29 00:13:08

Şərəfsizlər hər iki tərəfdə öz işini görür... Az qaldı, darıxmayın, dağıdacağıq sizi!

Vətəndaş 2021-08-28 19:53:31

Bu sözdə sülhməramlılar komə hesabat verməlodirər?Ermənistana Azərbaycana yoxsa Rusiyaya?Onlara kim nəzarət etməlidir? Bu sualların cavabı və 10 ayda görüləni şlər nədən ibarətdor.

Son yazılar